Ana səhifə » Sosium » Bölgə teatrlarının Yeni il “sərgüzəştləri”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Resenziya
İyul 4, 2019

Şarpantye, musiqini ver! Buyurun teatra                     

Xəbər
İyul 3, 2019

Lənkəran teatrı İrana festivala gedir

Xəbər
İyul 3, 2019

Əməkdar artist ürəyindən əməliyyat olunub

Xəbər
İyul 3, 2019

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Müsahibə
İyul 2, 2019

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Müsahibə
İyul 2, 2019

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Xəbər
İyul 2, 2019

21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Xəbər
İyul 2, 2019

“Dovşanın ad günü”nə hazırlaşanlar

Xəbər
İyun 24, 2019

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Mövqe
İyun 24, 2019

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

Bölgə teatrlarının Yeni il “sərgüzəştləri”

Yeni il gəldikdə ətraf bəzənir, hamının üzündə sevinc hiss olunur. Ancaq hamıdan çox körpələr, məktəblilər bayram edir. Uşaqların ən sevimli bayramı olan yeni ili istirahət, şənliklər, Şaxta baba, Qar qız, hədiyyələr və ən əsası, yeni il tamaşaları olmadan təsəvvür etmək olmaz. Paytaxt Bakımızda al-əlvan bəzədilmiş küçələr, hər teatrın qarşısında bayram tamaşalarının afişasını gördükdə belə bir sual yarandı – “görəsən, bölgələrimizdə vəziyyət necədir? Uşaqların görüşünə onlar necə gələcəklər?” Elə bu sualla bölgə teatrlarına müraciət etdik. Məlum oldu ki, bölgə teatrlarımız da bayrama əməlli-başlı hazırlıq görüblər.  

İlk olaraq, Sumqayıt Dövlət Dram Teatrı ilə əlaqə saxladıq və mətbuat katibi Leyla Eynullayevadan öyrəndik ki, bu il teatrın kollektivi bayram münasibəti ilə “Çeburaşkanın Yeni il sərgüzəştləri” tamaşasını hazırlayıb. Tamaşanın quruluşçu rejissoru, rəssamları Nizami Dadaşov və Arif Müzəffərov, rejissoru Fuad Kazımov, rejissor assistenti Fazilə Rzayevadır. Rəqslərin quruluşu Ceyhun Dadaşova aiddir.  Əsas obrazları Əməkdar artist İzaməddin Bağırov, aktyorlar Şəhla Məmmədova, Firuzə Şərifova, Kamran Muradlı, Şəmistan Süleymanlı, İlahə Səfərova, Sevda Hüseynova, Yusif Dadaşov, Dağlar Rüstəmov, Elay Xasiyev və başqaları ifa edəcəklər. Tamaşalar bu il dekabrın 29-dan 2019-cu il yanvar ayının 3-dək  gündə 3 seans (saat 11.00, 13.00 və 15.00-da) nümayiş olunacaq.

Növbəti müsahibimiz Zaqatala Xalq Teatrından oldu. Teatrdan verilən məlumata görə, bu il 30-31 dekabr saat 11:00-da Zaqatala Rayon Mədəniyyət Mərkəzində xalq nağılı “Şəngülüm, Şüngülüm, Məngülüm”ün motivləri əsasında “Üç dəcəl keçi balası” adlı nağıl-tamaşa oynanılacaq. Bundan əlavə, tamaşanın kənd mədəniyyət evlərində də nümayişi planlaşdırılır. Nağıl-tamaşanın quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Bayram Qurbanov, musiqi tərtibatçısı Kənan Şəkərov, səhnə tərtibatçısı Çingiz Məmmədovdur.

Tamaşada rolları Aysel Yusubova (Ana keçi), Qaragöz Məmmədova (Şəngülüm), Şahin İsayev (Şüngülüm), Nazən Bulacova (Məngülüm), Bayram Qurbanov (Dəmirçi) və Kənan Şəkərov (Canavar) canlandıracaq. Səhnə əsərinin ədəbi materialında hər kəsə məlum olan xalq nağılına bir qədər dəyişikliklər və əlavələr edilib. Tamaşadan əvvəl Qar qız və Şaxta baba uşaqlarla görüşəcək, kloun uşaqlara müxtəlif nömrələr göstərəcək. Tamaşadan sonra da uşaqlar Şaxta baba ilə birlikdə rəqs edə və əylənə biləcəklər.Yeni il tamaşası hazırlayan daha bir bölgə teatrımız Mingəçevir Dövlət Dram Teatrıdır. Teatrın mətbuat katibi Vüsal Məmmədov bildirdi ki, Mingəçevir Teatrı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2019-cu il üçün yeni il proqramına kiçik yaşlı tamaşaçılar və məktəblilər üçün nəzərdə tutulmuş “Ağıllı dovşan” tamaşasını daxil edib. Yelena Sokolovanın Rus xalq nağılı əsasında səhnələşdirdiyi əsəri Azərbaycan dilinə Ayla Osmanova tərcümə edib. “Musiqili, birbaşa ibrətamiz tamaşa” janrında hazırlanmış səhnə əsərində dovşanın və dostu kirpinin ağıllı, uzaqgörən, fərasətli olmasından bəhs edilir. Tamaşanın seyrçilərə ötürdüyü mesaj bundan ibarətdir: həyatda böyük uğurlara qol gücü ilə deyil, ağılla, dərrakə ilə imza atmaq olar. Tamaşanın quruluşçu rejissoru Emil Əskərov, musiqi tərtibatçısı Elnur Rəsulov, quruluşçu rəssamı Kəmalə Əsgərova, rəqslərin quruluşçusu Eyvaz Əliyev, rejissor köməkçisi Məlahət Ağayevadır. Obrazları teatrın gənc və orta yaş nəslinə mənsub aktyorlarından Hüseyn Mustafayev, Turqut Məsimli, Asim Məmmədov, Paşa Salmanov, Ceyhun Əhmədov, İlqar Rəhimov, Firuz Hacıyev, Eyvaz Əliyev, Elmira İbrahimova, Ruhəngiz Abdullayeva, Amil Fərzəliyev və Elvin Əkbərli ifa edirlər. Qeyd edək ki, səhnə əsərinin premyerası dekabrın 17-si baş tutub. Tamaşa yanvar ayının 5-ə qədər nümayiş olunacaq.

Şəki Dövlət Dram Teatrı isə yeni ildə balacaların görüşünə “Qarqız, Qardənəsi və Dəniz Quldurları” tamaşası ilə gələcək. Tamaşa Natalya Abramtsevanın “Qarqız və Ağqar” adlı pyesi (tərcümə – Sevinc Məmmədova) əsasında hazırlanıb. Tamaşanın rejissoru Orxan Həmidli, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Sahib Əhmədovdur. Rəqslərin quruluşu Çingiz Novruzəliyevə, musiqi tərtibatı Zeynəb Orucovaya məxsusdur. Səhnə əsərində  rolları Xanlar Həşimzadə, Aydın Əlibalayev (Şaxta baba), Fidan Xəlilova, Nuranə Mirzəliyeva (Qar qız), Nazilə İmaməliyeva, Türkan Xəlilova (Qardənəsi), Rəhim Qocayev (Ayı), Rəsul Məmmədrəhimov, Hüseyn Hüseynli (Toplan – it), Xəyal Salahov (Cek-Sərçə – dəniz qulduru), Lalə Məmməd (Madam – dəniz qulduru), Fərahim Fətəliyev, İqrar Salamov (Barbos – dəniz qulduru), Pərviz İsmayılov, Rəşad Rüstəmov (Aparıcı oğlan), Günay Novruzəliyeva, Arzu Mustafayeva (Aparıcı qız), Qurban Rəsulov, Rəşid Mirizadə, İlkin Rüstəmov, Elvin Mabudov (Dəniz quldurları) və digərləri çıxış edirlər. Tamaşa dekabrın 29-dan yanvarın 4-ə kimi gündə dörd seans nümayiş olunacaq.Bu il Gəncə Dövlət Dram Teatrının yeni il tamaşası Mehman Musabəylinin M.Müşfiqin eyni adlı poeması əsasında yazdığı “Şəngülüm, Şüngülüm, Məngülüm” tamaşası olacaq. Tamaşanın bədii rəhbəri İradə Gözəlova, quruluşçu rejissoru Elşad Əhmədov, quruluşçu rəssamı Vahab Cəfərovdur. Rollarda Nailə Əhmədova (Ana keçi), Elmir Məmmədov (Şəngülüm), Emil Salmanov (Şüngülüm), Könül Kazımova (Məngülüm), Murad Meyfəliyev (Canavar), Şükufə Salmanova (Küpəgirən), Samir Abbasov (Div), Ruslan Hüseynov (Mələk), Rəşad Hüseynov (İblis) oynayacaq. Yeni il tamaşaları 1-8 yanvar tarixlərində, saat 11:00, 12:30, 14:00, 15:30-da olmaqla 4 seans göstəriləcək.

Lənkəran Dövlət Dram Teatrı isə məktəblilərin görüşünə Ağəddin Babayevin əsəri əsasında səhnələşdirilmiş “Yeni il möcüzəsi” tamaşası ilə gələcək. Quruluşçu rejissor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Tərlan Abdullayevdir. “Yeni il möcüzəsi”ndə teatrın nəzdindəki studiyanın yetirmələri ilə yanaşı qocaman aktyorlar da çıxış edirlər. Tamaşada Əlibaba Əsgərov, Emin Fərzullayev, Günel Abbasova, Ülkər Quliyeva və başqaları iştirak edirlər.

Ağdam Dövlət Dram Teatrının yeni il münasibəti ilə bağlı hansı tamaşanı hazırladığını teatrın baş rejissoru Novruz Cəfərovdan öyrəndik. Məlum oldu ki, kollektiv bu yeni ili şəhər (Quzanlı) mərkəzində birlikdə keçirəcək. Teatrın aktyorları da həmin tədbirdə müxtəlif obrazlarda çıxış edərək sakinlərlə görüşəcəklər.

Qax Dövlət Kukla Teatrı isə Yeni il ərəfəsində balaca tamaşaçıları üçün unudulmaz proqram hazırlayıb. Dekabrın 29-undan yanvarın 2-nə qədər təşkil olunacaq şənlik proqramında Şaxta Baba və Qar Qız uşaqlara yeni tamaşa hədiyyə edəcəklər.

P.S. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bəzi bölgə teatrlarının internet səhifələri, demək olar ki, işlək vəziyyətdə deyil. Sonuncu dəfə xəbərlər bir ay öncədən bəlkə də əvvəl paylaşılıb, yazılan ismarıclara cavab verilmir. Teatrlarda baş verən yeniliklər haqqında məlumat əldə etmək əməlli-başlı əngələ çevrilir. Bəzi mətbuat katibləri ilə əlaqə saxlamaq olmur. Bəzi teatrın mətbuat katibləri ya yoxdur, ya da fəal işləmirlər. Məlumatları əldə etmək üçün rejissor, direktor, yaxud aktyorlarla əlaqə saxlamalı olursan. Halbuki teatr xəbərlərini teatrın mətbuat katibi bildirməlidir. Ümid edək ki, növbəti ildən bu problemlə üzləşmərik.

P.P.S. Yeni ildə bütün teatrlarımıza bol tamaşa və seyrçi diləyi ilə, BAYRAMINIZ MÜBARƏK!

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir