Bir şəklin tarixçəsi – “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı…

Xalq şairi Səməd Vurğunun “Komsomol” poemasının motivləri əsasında ekranlaşdırılan “7 oğul istərəm” filmi… İnqilabın qələbəsinə sidqi-ürəklə inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan 20-ci illərin komsomolçuları haqqında romantik hekayə…
Ssenari müəllifi Yusif Səmədoğlu, quruluşçu rejissor Tofiq Tağızadə olan və “Azərbaycanfilm” kinostuidyasının ozamankı direktoru Adil İskəndərovun rəhbərliyilə çəkilən film 1969-cu ildə lentə alınıb.
Modern.az saytının Bir şəklin tarixçəsi” rubrikası bu dəfə onlara – “7 oğul istərəm” filminin aktyor heyətinə həsr olunub. Filmə çox istedadlı aktyorlar cəlb olunmuşdu…
“7 oğul”u canlandıran aktyorlar isə bunlar idi: Bəxtiyar (Həsən Məmmədov), Zalımoglu (Ələsgər İbrahimov), Qəzənfər (Şahmar Ələkbərov), Mirpaşa (Elçin Məmmədov), Cəlal (Ənvər Həsənov), Şahsuvar (Rafiq Əzimov), Qasım (Əbdül Mahmudov).
Möhtəşəm aktyor ansamblı və tam peşəkar yaradıcı heyət bu filmin uğurlu alınmasında əsas amillərdən biridir. Mükəmməl operator işi, musiqi, geyim – bütün bunlar filmin sevilməsində, bu gün də maraqla izlənməsində mühüm rol oynayıb. Uzun illər keçməsinə baxmayaraq, filmdə işlənən “Hamam, hamam içində” ifadəsi aforizmə çevrilib, dillər əzbəri olub.
Yeddi oğul filmdə olduğu kimi, həyatda da bir-birinə yaxın dostluq münasibətində olublar.
İndi onlardan 3-ü həyatdadır – Ənvər Həsənov, Əbdül Mahmudov və Rafiq Əzimov… Həsən Məmmədov, Ələsgər İbrahimov, Şahmar Ələkbərov və Elçin Məmmədov haqq dünyasındadırlar.
Şəkildə soldan sağa: Mirpaşa (Elçin Məmmədov), Şahsuvar (Rafiq Əzimov), Bəxtiyar (Həsən Məmmədov), Zalımoglu (Ələsgər İbrahimov), Qəzənfər (Şahmar Ələkbərov), Cəlal (Ənvər Həsənov), Qasım (Əbdül Mahmudov).
Filmin çəkilişləri zamanı maraqlı hadisələr yaşanıb. Cəlal obrazını yaradan aktyor Ənvər Həsənov: “Qobustanda Cəlalın ölüm səhnəsi çəkilirdi. Mənim əl-ayağımı bağlayıb atın üstünə atdılar. At Cəlalı Bəxtiyargilin yanına, öz məkanına gətirməli idi. Kələntər dayı (İsmayıl Osmanlı) “Hamam-hamam içində, xəlbir saman içində…” – deyərək ata qırmanc vurdu. Qobustanda isə çoxlu yaşıl rəngdə kərtənkələlər vardı. At 10-15 metr yeriyəndən sonra bu kərtənkələlərdənmi gördü, ya nədənsə hürkdü. Məni götürüb qaçmağa başladı. Baxmayaraq ki, mahir at sürən idim, əlim-ayağım bağlı olduğundan heç nə edə bilmirdim. Qarşıya baxanda uçurum gördüm. Fikirləşdim ki, artıq bitdi. Gözümü yumub Allaha dua etməyə başladım. Bir də gördüm kimsə özünü atın qabağına atdı, boynundan sallandı. Bu adam kinostudiyada işıq ustası işləyən Akif Məmmədzadə idi. Bu gün sağamsa, buna görə ona borcluyam. Sonra Tofiq müəllim ehtiyat edib həmin səhnəni çəkmədi…”.
Şahsuvar – Rafiq Əzimov: ““Cıdır” meydanındakı məşqlər zamanı hərə öz atını yemləyir, qayğısına qalırdı ki, heyvanlar öz müvəqqəti sahiblərinə öyrəşsinlər. Çünki elə həmin atlar da filmdə çəkiləcəkdi. Ayyarımlıq məşq zamanı oğulların, demək olar ki, hamısı atdan yıxılmışdı. Birinci yıxılan isə Bəxtiyar – Həsən Məmmədov olmuşdu. Elə yıxılmışdı ki, diz qapağı zədələnmişdi və axsayırdı. İlk çəkilişlərdə axsaq iştirak etsə də, filmdə bu, hiss olunmur”.
Qasım obrazını yaradan Əbdül Mahmudov da çəkilişlərin birində atdan yıxılır, qabırğası sınır. Aktyor bədəni gipsdə olsa da, çəkilişlərdə iştirak edb. Qabırğasının sınması bir yana, növbəti çəkilişdə damdan yıxılan aktyorun ayağında çat olur və tromb yaranır. Buna görə də ayağı əməliyyat olunur.
Ənvər Həsənov: “Qobustanda çəkilişlər davam edirdi. Bir də gördük ki, cırhacır istidə bir neçə nəfər bizə tərəf gəlir. Əllərində də uzun bir taxta var idi. Fikirləşdik ki, biz məcburuq bu istidə çöllərə düşməyə, axı bu insanalara nə düşüb? Bizə ilan yığdıqlarını dedilər. “Aparıb bunları lazımi quruma təhvil veririk, zəhərindən dərmanlar düzəldirlər” söylədilər. Nəsə, maraqla söhbət edirdik. Biz bunların danışığına qulaq asırdıq, elə bu dəm  Elçin Məmmədov (Mirpaşa)  Hamlet Xanızadənin (Gizir) ayağından tutub, ilan kimi fışıldadı. Hamletin ürəyi getdi, aləm qarışdı.
Tofiq Tağızadə gəlib kişilərin üstünə qışqırdı ki, “ədə, yığışdırın bu ilanlarınızı, aktyorların başına oyun açdınız”. Bəlkə bir 10 dəqiqədən sonra güc-bəla ilə Hamleti özünə gətirdik. Bu hadisəni görən Elçin (Mirpaşa ) ordan qaçdı. Hamlet durdu ayağa ki, “hardadır o əclaf, onu tapın verin, mən bu saat onu öldürəcəm”. Yalvar-yaxar etdik ki, “ay Hamlet, başına dönüm, gəl işimizi görək”. Sakitləşəndən sonra Elçini gətirib onları barışdırdıq…
…Mirpaşanın ölümündən sonra Cəlal Humayın arxasınca gedir, Kələntərə “bəsdir-bəsdir qoca” deməsindən sonra ona şillə vurmalı idim. Amma vura bilmirdim. Aktyor İsmayıl Osmanlı məndən yaşca böyük idi deyə, bunu edə bilmirdim.  Həmin səhnəni 2-3 dubla çəkdik. İsmayıl dayı mənə dedi ki, “ay, Ənvər belə aktyorluq etmək olmaz. Bilirəm sənin mənə hörmətin var. Amma gərək sən elə şillə çəkəsən ki, mən onu hiss edəm”. Bu sözündən sonra mən də ona elə bir şillə vurudum ki, kişinin dişi çıxdı ağzından. Dublu çəkdilər, razı da qaldılar. Amma mən çox narahat  idim. Özümdən böyük birinə doğrudan əl qaldrmaq mənə ağır gəlirdi.
Biz yeddi oğul bütün çəkilişlərdə bir yerdə olurduq. Baxmayaraq ki, Şahmar (Qəzənfər) da, Rafiq Əzimov (Şahsuvar) də ailəli idi. Gecə-gündüz bir yerdə idik, hər sözümüz bir idi. Mən Şahmar Ələkbərovla söhbət edirdim. Ona bildirdim ki, bu səhnənin filmə daxil edilməsini istəmirəm. Mənə dedilər ki, bu sənin roluna xələl gətirə bilər, filan-fəsməkan. Dedim yox eyy. Şahmar məndən böyük idi deyə, onunla məsləhətləşdim. Bu epizod mənim əqidəmə uyğun deyildi. Nə də olsa Kələntər dayı  məni böyüdüb boya-başa çatdrıb, mənim dayəmdir. Nəysə, 7 oğulun hamısı ilə qərara gəldik ki, rejissora müraciət edək ki, bu kadrı çıxarsın. Tofiq Tağızadə bizimlə razılaşdı ki, “düzdür, bu bizim xalqımızın əqidəsinə xas deyil. Sənin xahişinlə çıxarıram. Onu da nəzərə al ki, Kələntər sənin tüfəngini götürüb, sənin atını minib”. Mənim böyüklərə olan hörmətim nəticəsində o səhnəni filmdən çıxartdıq”…

A.Qorxmaz

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

“Nuri-didə Ceyhun” nümayiş ediləcək

Mayın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında yazıçı-dramaturq Əli Əmirlinin “Nuri-didə Ceyhun” əsəri əsasında səhnəyə qoyulan eyniadlı tamaşa təqdim olunacaq. Teatrın mətbuat xidmətindən bildirilib ki,...

Layihə çərçivəsində “Dolu” filmi tiflo tərcümə-şərhlə nümayiş olundu

Mayın 7-də Nizami Kino Mərkəzində görmə imkanları məhdud şəxslər üçün “Dolu” filminin nümayişi keçirildi. Nümayişdən əvvəl layihənin rəhbəri Reyhan Cəfərova filmin tiflo tərcümə-şərhlə təqdimatı haqqında...

Elçin Cəfərov – Alman teatrında ekspressionizm

Ağlın və qəlbin dünyaya münasibəti   “Ekspressionizm” termini latıncadan “ifadə” mənasını verən “expressio” sözündən götürülüb. İncəsənətdə modernizm mərhələsinin cərəyanlarından biri hesab olunur. XX əsrin əvvəllərində Avropa...

Recent

“Bermud üçbucağı”nda – Qurban İsmayılov

TeatrO.az sənət portalının layihəsi: Könül Əliyeva-Cəfərova və Dağlar Yusifin təqdimatında “Bermud üçbucağı”nın qonağı Əməkdar artist Qurban İsmayılovdur.  Könül Əliyeva-Cəfərova: İbrahim peyğəmbər əhd eləyir, oğlu olur,...

6 Reasons Girls Should Play Sports

Seen you eyes son show. Far two unaffected one alteration apartments celebrated but middletons interested. Described deficient applauded consisted my me do. Passed edward...

Nicat Əli: “Müəllimimə dedim ki, bu serialda sizi bir az söydürəcəm”

Aktyor Nicat Əli ilə 6 il bundan öncə Mirzə Fətəli Axundzadənin uşaqlığını canlandırdığı “Sübhün səfiri” filmindəki obrazından sonra görüşmüşdük. O zaman Nicat əməkdar artist...