Xəbər “Bir səbət tənhalıq” tamaşası Ərdəbildə

“Bir səbət tənhalıq” tamaşası Ərdəbildə

-

Bu günlərdə Gənc Tamaşaçılar Teatrı İran İslam Respublikasında keçirilən “Fəcr” Beynəlxalq Teatr Festivalına dəvət alıb. Festival çərçivəsində “Bir səbət tənhalıq” tamaşası Ərdəbil şəhərində yanvar ayının 8-9-u teatrsevərlərə ve festival jurisinə təqdim olunacaq. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nofəl Vəliyev, işıq üzrə rəssamı Vadim Kuskovdur. Musiqi tərtibatı İradə Muradovaya, səhnə tərtibatı Zəminə Orucovaya aiddir. Tamaşada rolları əməkdar artist Güşvər Şərifova, aktyor Anar Seyfullayev canlandırıblar. Səhnə əsəri əbədi bir tənhalıq ideyasını müxtəlif baxış bucaqlarından göstərir. Qəhrəmanlar tənhalığın əziyyətini çəkirlər, lakin həyatdan ümidlərini üzməyiblər və hər biri öz könül şahzadəsini gözləyir. Xoşbəxtliyin onların da evlərinə daxil olacağında ümidləri var. Tamaşanın məziyyəti bu əbədi ideyaları dinamik və plastik oyun vasitəsiylə çatdırmasıdır. Qeyd edək ki, Məcid Vahidzadənin eyniadlı pyesi esasında hazırlanmış “Bir səbət tənhalıq” tamaşasına hələ 2013-cü ildə quruluş verilib. Tamaşa 2013-cü ildə Azərbaycanda keçirilən “2+1” Eksperimental Tamaşalar Festivalında Diplomla təltif edilib. 2014-cü ildə isə Türkiyədə keçirilən Beynəlxalq Teatr Festivalında diploma layiq görülüb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik