Beynəlxalq Uşaq Kitabı günündə “Qar kraliçası” təqdim olundu 

2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibəti ilə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Gənc Tamaşaçılar Teatrının birgə layihəsi çərçivəsində məşhur nağılçı H.K.Andersenin “Qar kraliçası” əsəri əsasında hazırlanmış tamaşa uşaqlara təqdim olundu. Rejissor Elşad Rəhimzadə tərəfindən hazırlanan tamaşa sədaqəti, dostluğu təbliğ edir. Tamaşadan əvvəl teatrın foyesində uşaqların rəsmlərindən və uşaq yazıçılarının kitablarından ibarət sərgi nümayiş olunub. Daha sonra Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının müdiri Şəhla Qəmbərova  balacaları salamlayıb, onlara kitab oxumağın faydasından danışıb: “Mən çox sevinirəm ki, bu gün Gənc Tamaşaçılar Teatrı bizim təşəbbüsümüzə qoşuldu, belə bir fürsəti yaratdı sizlər üçün. Çünki əsəri oxumaq və onun səhnə həllini görmək daha böyük fayda verir. Uşaqlar üçün maraqlı əsərlər yazan Andersenin “Qar kraliçası” əsəri əsasında hazırlanan tamaşa əziz balalarımızın yaddaşında həmişəlik həkk olunacaq”. Sonra uşaqlar sözügedən tamaşanı seyr ediblər.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

“Müharibədə keçən ömür” Dərbənd səhnəsində

Noyabrın 21-də Dərbənd  şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrı Sovet İttifaqı qəhrəmanı, həmyerlimiz Şəmsulla Əliyevə həsr olunmuş "Müharibədə keçən ömür" adlı tamaşanın premyerasını...

Rəcəb Məmmədov – MANSUR ŞİRVANİ – 100

Azərbaycan milli sirk sənətinin tarixi parlaq şəxsiyyətlər, istedadlı sənətkarlarla zəngindir. Bu sənət yalnız qalibləri sevir, kimisə təqlid etməyə çalışanlar, ikinci olanlar sirkdə uğur qazana...

GÜNEL MƏMMƏDOVA: “Belə rolları oynamaq üçün yaşım çoxdan keçib”

Gənc Tamaşaçılar Teatrının tanınmış aktrisası Günel Məmmədova yeni fəaliyyətə başlayan Teatro.az saytının ilk müsahiblərindən oldu. Belə bir saytın yaranmasını yüksək qiymətləndirən aktrisa kollektivimizə uğurlar...

Recent

Why Food Can Be Fun If You’re Not Hungry

An country demesne message Next his only boy meet the fat rose when. Do repair at we misery wanted remove remain income. Occasional cultivated reasonable...

Məryəm Əlizadə – Fikir adamı…

O danışmağa başlayanda, biz susurduq... Biz-yəni onun tələbələri... Özümüzü onun tələbəsi adlandlandırmaq şərəfinə nail olduğumuz məqamda da: o danışmağa başlayanda biz susurduq... Sonra onunla həmkarlıqda...

Yarat “İnsan: özünü tanı” proqramını təşkil edir (R)

Bu il Bakıda 10 məşhur lektor və bestseller müəllifləri özünüinkişafla bağlı ödənişsiz təlimlər keçirəcəklər. 2019-cu ilin mart ayından dekabr ayına kimi “Yarat” Müasir İncəsənət...