Ana səhifə » Xəbər » Bakıda “Medeya Evripidə qarşı”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Resenziya
İyul 4, 2019

Şarpantye, musiqini ver! Buyurun teatra                     

Xəbər
İyul 3, 2019

Lənkəran teatrı İrana festivala gedir

Xəbər
İyul 3, 2019

Əməkdar artist ürəyindən əməliyyat olunub

Xəbər
İyul 3, 2019

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Müsahibə
İyul 2, 2019

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Müsahibə
İyul 2, 2019

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Xəbər
İyul 2, 2019

21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Xəbər
İyul 2, 2019

“Dovşanın ad günü”nə hazırlaşanlar

Xəbər
İyun 24, 2019

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Mövqe
İyun 24, 2019

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

Müsahibə
İyun 20, 2019

Xəyalə Rəis – Səhnədə 400 qərənfili öldürən ingilis tamaşası 

Bakıda “Medeya Evripidə qarşı”

Aprelin 5-də saat 19:00-da Akademik Milli Dram Teatrında “Medeya Evripidə qarşı” tamaşası təqdim olunacaq. Gürcüstanın Msxeti Dövlət Dram Teatrı Gürcüstan-Azərbaycan mədəni əməkdaşlığı çərçivəsində Bakıda qastrol səfərində olacaq. Liya Suluaşvilinin bədii rəhbəri olduğu gürcü teatrı Akademik Milli Dram Teatrının səhnəsində Janri Kaşianın eyniadlı əsəri əsasında rejissor Georgi Şalutaşvilinin quruluş verdiyi “Medeya Evripidə qarşı” tamaşasını bakılı teatrsevərlərin diqqətinə təqdim edəcək. Tamaşanın bəstəkarı Aleksey Turiaşvili, səhnə tərtibatçısı Lela Peradze, geyim üzrə rəssamı Nana Koranaşvili, xoreoqrafı Tamta Tavdişvilidir.

Xronometrajı 1 saat 10 dəqiqə olan tamaşanın məzmunu belədir: kiçik əyalət şəhərlərinin birində teatr Evripidin “Medeya” əsəri tamaşaya qoyulur. Rejissor Avropa qrantını qazanır və Yunanıstana qastrola səfərinə hazırlaşır. Premyera günü artıq bəllidir. Amma teatrda problemlər var: dekorasiya yoxdur, rejissorun həyat yoldaşı – prima aktrisa narazıdır, Medeya rolunu ifa edən gənc aktrisa (öz adı da Medeyadır) gecikir. Səhnə fəhlələri avaralanır, rejissor özünü elə aparır ki, sanki işləməkdən yorğun düşüb.Nəhayət, Medeya peyda olur. Sən demə, haradasa səhnə arxasında yatıbmış. Məşqlər başlayır. Medeya (aktrisa) etiraz edir. O bu hekayənin gerçəkliyinə inanmır, rejissor isə əksinə, dahiyanə bir əsər olduğunu iddia edir. Mübahisədən sonra rejissor Medeya rolunu ondan alıb, başqa bir aktrisaya verir. O, ilk dəfə olaraq uşaqlıq arzusunun Egey dənizində balıq tutmaq olduğunu bəyan edir.

Premyera baş tutmalıdır. Medeyanın yuxusu başlayır. Premyeradadır, o, əsərin qəhrəmanının məhkəmə prossesini görür. Görür ki, Korinda vətəndaşları Evripidi həqiqəti təhrif etməsi üçün ələ almağa çalışır. Yuxunun sonunda Medeya (aktrisa və ya personaj) göyə ulduzlara yüksəlir.

Yunanıstan. Premyera baş tutur. Səhəri gün Egey dənizinin sahilləri. Aktyor və işçilər birlikdə hazırlaşırlar. Hamı Avropada qalmağa hazırlaşır, planları haqqında mübahisə edirlər. Rejissor gəlir, arzusunun yerinə yetdiyini deyərək, hər kəsi balıq ovuna dəvət edir. Hər kəsin əlində tilov var, birdən güclü külək başlayır. Hamı donur, yerindən tərpənə bilmir. Bir gəmi onlara yaxınlaşır. Bu Medeyadır. Heç kim heç nə başa düşmür. Bu apokalipsisdir. Heç kim küləyin dilini anlamır. Zülmət çökür…

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir