Ana səhifə » Pəncərə » Bakıda Yəhudi Teatrı

Son yazılar

Afişa
Avqust 23, 2019

3-cü M.A.P Beynəlxalq Teatr Festivalı başlayır

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Bakıda Yəhudi Teatrı

Bakı Yəhudi Teatrının fəaliyyət dövrü çox qısa bir zamanı əhatə edir. Bu kollektivin Bakıda ilk çıxışları XX əsrin əvvəllərinə aid olunur.

Bakı Yəhudi Teatrının yerləşdiyi bina Budaqov küçəsində (indiki Rəşid Behbudov), Opera və Balet teatrının 100 metrliyində yerləşirdi. Binanın əsası 1910-cu ildə qoyulmuşdu. Bakı Yəhudi Sinaqoqu adıyla tikilən bina Azərbaycandakı yəhudi mesenatların ianə və yardımları ilə ərsəyə gəlmişdi.

Kommunist hakimiyyəti qurulduqdan sonra ateizm ideologiyası əsas tutularaq, ölkə ərazisindəki sinaqoqlar ləğv olunmağa başlandı. Elə bu ərəfədə – 1932-ci ildə bağlanan sinaqoq 1934-cü ildə Bakı Yəhudi İşçi Teatrı kimi fəaliyyətini yenidən davam etdirdi. Tamaşalar, əsasən, ivrit dilində göstərilirdi. 1936-cı ildən Azərbaycan Dövlət Yəhudi Teatrı adlanan kollektiv yəhudilər arasında  komunist ideologiyasını təbliğ etməli idi.

Bakı Yəhudi Teatr truppasının  tərkibi yerli aktyorlardan, Ukrayna Yəhudi Teatrının aktyorları və Moskva Yəhudi Teatr texnikumunun tələbələrindən ibarət idi. Truppada Sofiya İoffe, Xromçenko, Kanevskaya, Jabotinski, Epşteyn, Spivakovski, Vellis, Estrin, Qoldberq, Tokman, Kremer və başqaları çıxış edirdi. Teatrın ilk bədii rəhbəri İlya Korik olmuş, 1935-ci ildə isə bu vəzifəyə İosif Mindlin gəlmişdi.

Teatrın ilk tamaşası Avrom Vivorkanın “Mənim düşmənim” əsəri əsasında qurulmuşdu. Daha sonra repertuar Şolom Aleyxemin “Yəhudi xoşbəxtliyi”, “İki yüz min”, “Südçü Tevye”, “Qoldqrebor”, A.Puşkinin “Xəsis cəngavər”, A.Ostrovskinin “Tufan”, “Cehizsiz qız”, Karlo Haldoninin “Mehmanxana sahibəsi”, Lope de Veqanın “Qoyun bulağı”, A.Çexovun “Albalı bağı”,  Cəfər Cabbarlının “Sevil”, “Od gəlini”, Mirzə İbrahimovun “Həyat” və s. əsərləri ilə zənginləşdi.

1938-ci ildə teatrın Tbilisi və Batumiyə qastrol səfəri baş tutdu. Qastrol səfərindən sonra yenə yerli dramaturgiyaya müraciət edən teatr Mirzə İbrahimovun “Həyat” əsərini tamaşaya qoydu. Tamaşanın rejissoru Məhərrəm Haşımov idi. Pardon Qurbanəli rolunda isə İosif Mindlin çıxış edirdi.

1939-cu ildə bir çox teatrlarla yanaşı, Yəhudi Teatrının da bağlanması haqqında əmr verildi. Mindlin və bəzi aktyorlar Belostakda yeni açılan yəhudi teatrına göndərildi. Burada qalan yerli aktyorlar isə Rus Dram və Gənc Tamaşaçılar Teatrının rus truppalarına yerləşdirildi.

1980-ci illərdə Rəşid Behbudov vaxtilə Yəhudi Teatrının yerləşdiyi binanın Mahnı Teatrına verilməsi üçün Mədəniyyət Nazirliyinə müraciət etdi. Müraciət müsbət cavablandırıldıqdan sonra binanın əvvəlki memari quruluşu qorunub saxlanılmaqla yenidənqurma və bərpa işləri başlandı. İndiki “Rəşid Behbudov adına Mahnı teatrı” 1988-ci ildən indiyə qədər bu binada fəaliyyət göstərir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir