Xəbər Bakı Uşaq Teatrının “Günay” studiyası beynəlxalq festivalda Qran-pri qazanıb

Bakı Uşaq Teatrının “Günay” studiyası beynəlxalq festivalda Qran-pri qazanıb

-

Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr-studiyası “AMBERSTAR 2019” 10-cu yubiley beynəlxalq incəsənət müsabiqəsində uğurla iştirak edib. Festival-müsabiqə 16-20 avqust tarixlərində keçirilib. Müsabiqə müxtəlif ölkələrdən gənc istedadların iştirakı ilə baş tutub. Açılışı Latviyanın paytaxtı Riqada keçirilən festival, daha sonra isə 18-19 avqust tarixlərində Riqa-Stokholm-Riqa kruiz turu ilə səyahət edən “Romantika” gəmisində davam edib. “Günay” teatr studiyası “Kitabi-Dədə-Qorqud” dastanı əsasında “Üç ocaq” tamaşasını nümayiş etdirib.


Tamaşa münsiflər heyətinin və tamaşaçıların təkcə marağına deyil, hətta göz yaşlarına səbəb olub. Müsabiqənin nəticələri Qala konsertdə açıqlanıb. Festival- müsabiqənin Qran-pri mükafatı Azərbaycan kollektivinə təqdim olunub. “Günay” studiyası ölkəmizi layiqincə təmsil edib. Bütün kollektiv festivalın medalı ilə və 100 avro sertifikatı ilə təltif olunub. Gənc aktyorlardan- Əliyeva Leyla, Qədimli Leyla, Cəbrayılbəyov Təyyar və Həmidli Tuncay ən yaxşı rola görə diplomla təltif ediliblər. Studiyanın bədii- rəhbəri, tamaşanın ssenaristi və quruluşçu rejissoru Larisa Tarusova festivalın idarə heyəti tərəfindən münsif seçilib, gənc istedadların inkişafındakı fəaliyyətinə və beynəlxalq mədəni əlaqələrin möhkəmlənməsinə göstərdiyi köməkliyə görə beynəlxalq diplom-sertifikatla təltif olunub.


Müsabiqə ərəfəsində – 17 avqust tarixində “Günay” studiyasının gənc artistləri Riqa şəhərində tamaşa-konsert proqramı ilə çıxış ediblər. Azərbaycan Səfirliyinin dəstəyi və gənc diaspor fəallarının təşkilatçılığı ilə Latviya Universitetinin Akademik Kitabxanasında keçirilmiş tədbirə truppa Azərbaycan icması və Latviya ictimaiyyətinin üzvləri tərəfindən dəvət olunublar. Proqramı giriş sözü ilə açan Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə Azərbaycanın zəngin teatr ənənələri və musiqi mədəniyyəti barədə tamaşaçılara məlumat verərək, teatr sənətinin gənclərin estetik tərbiyəsinin formalaşmasındakı rolundan bəhs edib. Bu istiqamətdə Bakı Uşaq Teatrının “Günay” studiyasının fəaliyyətini yüksək qiymətləndirən xanım Z.Dadaşzadə, Azərbaycan teatr sənəti ənənələrinin təbliğində onlara uğurlar arzulayıb.
Həmçinin, çıxış edən “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Roman Əliyev bugünkü tədbirin xalqımızın tarixi-mədəni irsinin təbliği baxımından əhəmiyyətini vurğulayıb və “Günay” studiyasının gənc istedadlarına uğurlar arzu edib. Sonra çıxış edən “Günay” teatr-studiyasının rəhbəri xanım Larisa Tarusova studiyanın fəaliyyəti və gənc artistləri barədə məlumat verərək, tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib. Çıxışların ardınca “Günay” studiyasının gənc istedadları öz bacarıqlarını nümayiş etdiriblər.


Proqramın yekununda çıxış edən tədbirin əsas təşkilatçısı, Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Latviyadan olan üzvü Elnur Rəhimov “Günay” studiyasının gənc istedadlarına öz təşəkkürünü bildirərək, xalqımızın tarixi, milli və mənəvi dəyərlərinin təbliğində bütün soydaşlarımıza uğurlar arzu edib. Konsert proqramından sonra qonaqlara Azərbaycan milli mətbəxi nümunələrindən ibarət ziyafət verilib.
Festivaldan sonra isə Azərbaycanın Latviyadakı fövqaladə və səlahiyyətli səfiri cənab Cavanşir Axundov “Günay” studiyasının kollektivini qəbul edib. İştirakçılara qazandıqları uğura görə təbriklərini çatdıran səfir Bakı Uşaq Teatrının “Günay” studiyasına səfirlik adından təşəkkürnamə təqdim edib.
Bakı Uşaq Teatrının Günay teatr-studiyası Riqada olduğu müddət ərzində göstərilən daimi diqqət və qayğıya görə cənab Cavanşir Axundova, xanım Zümrüd Dadaşzadəyə, Elnur Rəhimova və bütün səfirlik əməkdaşlarına dərin minnətdarlığını bildirir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik