Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Türkiyənin Amasiya şəhərində Qaradəniz Teatrlar Birliyinin və Amasiya Universtitetinin təşkilatçılığı ilə 7.Tiyatro Köyü Eğitim Kampı adlı tədbir keçirilir. Təlim düşərgəsində Türkiyənin hər yerindən 30-dan çox teatrı əhatə edən 150-ə yaxın iştirakçı var. Geniş teatr bayramı formatında gerçəkləşən düşərgədə iştirakçılar 8 müxtəlif istiqamətdə teatr təlimləri alırlar. Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, respublikanın əməkdar artisti İntiqam Soltan bu düşərgədə uşaq tamaşalarının hazırlanması ilə bağlı, teatrın ədəbi-hissə müdiri Arzu Soltan isə Forum teatrı ilə bağlı təlimlər verir. Teatrın aktyoru Rauf Hüseynli də assissent olaraq yaradıcılıq emalatxanalarında iştirak edir. Azərbaycan Dövlət Gəncə Kukla Teatrının heyəti də öz tamaşaları və kukla hazırlamaq və oynatmaqla bağlı təlimləri ilə Amasiyadadırlar. İyulun 4-də geniş teatr yürüşü ilə başlayan düşərgə ayın 7-ə qədər davam edəcək. Amasiya Bələdiyyə Başkanlığının dəstəyi ilə keçirilən tədbir günlərində iştirakçılar şəhərdə muzeyləri və başqa mədəniyyət ocaqlarını ödənişsiz ziyarət edirlər.

 

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

İran film günləri

Azərbaycan dilində çəkilən İran filmləri Bakıda təqdimatı olacaq. “Sərhədsiz kino” adlanan təqdimat 29-31 may tarixlərində, saat 17:00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş...

Jan-Lui Barro – “Teatr haqqında düşüncələr”

(I yazı) “Teatro.az” sənət portalı “Mədəniyyət”AZ” jurnalına istinadən oxucularının diqqətinə görkəmli fransız aktyor və rejissoru Jan-Lui Barronun (1910-1994) “Teatr haqqında düşüncələr” kitabından tərcümələri təqdim edir....

Akademik Milli Dram Teatrı Konya şəhərində

Akademik Milli Dram Teatrı Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı uğurla təmsil edib. Teatrın mətbuat xidmətindən verilən...

Recent

Rasim Aşın – YUĞ Teatrın həmişə var olsun!

Bu gün Azərbaycan teatrının böyük simalarından biri, YUĞ Teatrının yaradıcısı rejissor Vaqif İbrahimoğlunun doğum günüdür. Teatro.az sənət portalının əməkdaşları adından müəllimlərin müəllimi Vaqif İbrahimoğlunun...

Xəyalə Rəis – Əfsanəvi rolların qəhrəmanı bizi tərk etdi

Uşaq idik, o zaman televiziyada yayımlanan “Babək”, “Arxadan vurulan zərbə”, “İstintaq davam edir”,  “Əhməd hardadır?”, “Sən niyə susursan?”, “Qanun naminə”, “Alma almaya bənzər”, “Dədə...

Bakı Dövlət Sirkində Yeni il

Bakı Dövlət Sirki Yeni il şənliyi üçün Rusiya və Belarus artistlərindən ibarət komandanı ölkəmizə dəvət edib. Sirkdən bildirilib ki, tamaşalar dekabrın 28-dən...