Ana səhifə » Pəncərə » MDB » Baharın 8 əsas premyerası

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Baharın 8 əsas premyerası

1. “Zamanın və hissizliyin təntənəsi” – Konstantin Boqomolov
May ayında Stanislavski və Nemiroviç-Dançenko adına Musiqili teatrda rejissor Konstantin Boqomolovun bəstəkar Hendel haqqında düşündüklərini görmək olacaq. Librettonun bədii tərcüməsi üzərində Vladimir Sorokin işləyib. Tərtibatı Larisa Lomakinaya məxsus olan operanın rus dilində hazırlandığı qeyd edilsə də, hazırda saytlar italyan dilində oynanılacağını yazırlar.
2. “Üç gombul” – Andrey Moquçi
Moquçinin bir hissəli tamaşası üç hissəyə qədər artırılaraq qeyri-adi tərzdə – hissə-hissə göstərilib. Belə ki, tamaşaya gah yalnız tələbələri, gah da hamını buraxıblar, lakin tənqidçi və jurnalistlərə daxil olmaq qadağan edilib. Hətta bir dəfə tamaşa başlanmasına bir saat qalmış təxirə salınıb. Artıq mart-aprel aylarından etibarən sıravi tamaşaçılar üç hissədən ikisini görə biləcəklər. Tamaşaya gələnlər həmçinin, Andrey Moquçinin rejissorlar Andrey Joldaka və Robert Uilsona olan vurğunluğunun da şahidi olacaqlar.
3. “Mu-mu” – Dmitri Krımov
Rejissor və teatr rəssamı D.Krımov Millətlər Teatrında ilk işini tamamlamaq üzrədir. Aprel ayının ortalarında onun “Mu-mu” tamaşasının premyerası baş tutacaq. Krımov özünə əmindir: “Klassik ədəbiyyatdan əsər götürürük, adını məzəli bir şəkildə təhrif edirik, hətta, dəqiqliklə süjetə də baxmaq lazım deyil, əsas ümumi xətti götürməkdir. Bu dəfə janr “del arte komediyası” kimi təyin edilib. Təsiredici komediya, çoxlu həzin dialoqlar, lirik sevgi, kəskin heç bir şey. Həyacanlanmaq istəyən hər kəsə tamaşaya baxmağı tövsiyə edirik.
4. “Qurbanlıq keçi” – Dmitri Volkostrelov
Millətlər Teatrı mövsümə başlayanda Yevgeni Mironov xəbər vermişdi ki, tamaşaçılar artıq oktyabrdan Volkostrelovun Pavel Pryajkonun pyesi əsasında hazırladığı “Qurbanlıq keçi” tamaşasını izləyə biləcəklər, lakin üstündən beş ay keçməsinə baxmayaraq? hələ də afişalarda bu tamaşanın adına rast gəlinmir. Ümid edilir ki, müasir rus teatrının ən dəyərli rejissorlarından biri sayılan D.Volkostrelovun bu tamaşası yaya qədər seyrçilərə təqdim olunacaq.
5. “Sos” – Vera Martınov, Aleksey Sısoyev
Rejissorlar tərəfindən “səhnə kantatası” kimi janr təyini alan bu musiqili performans artıq dekabr ayında NET festivalında iki dəfə oynanılıb. Lakin mart ayında tamaşanın dəyişiklik və əlavələrlə yeni formatda nümayişi gözlənilir. Performans “Mahnılar mahnısı” (“The song of songs”) adı ilə təqdim olunur.
6. “Russofobiya” – Varvara Faer
Mart-aprel aylarında Teatr.doc-da Varvara Faerin Ukraynalı dramaturq Maksim Kuroçkinin pyesi əsasında hazırladığı sənədli tamaşanın premyerası gözlənilir. Tamaşa son illər Rusiya ilə Ukrayna arasında baş verən münaqişələrə həsr olunub.
7. “Təmsil” – Andrey Kaydanovski
Taqanka teatrında yeni tamaşa gözlənilir. Teatr Vyana operasının solisti, bir çox nüfuzlu mükafatların sahibi Andrey Kaydanovskinin quracağı tamaşanın premyerasına hazırlaşır. Gənc xoreoqraf artıq Vyanadan gələrək ciddi məşqlərə başlayıb. Bu sintetik dram-plastik teatr janrında bir tamaşa olacaq. Tam adı “Təmsil. İdeal müşahidəçinin nəzəriyyəsi” olan tamaşada hadisələr sırası Krılov və Lafontenin təmsilləri əsasında qurulub. Tamaşanın premyerası aprel ayına planlaşdırılıb.
8. “Orfey” – Boris Yuxananov
Mayda Elektroteatrda Boris Yuxananovun yeni “Orfey” layihəsi baş tutacaq. Necə və nə şəkildə olacağı hələ ki sirr qalsa da, o məlumdur ki, tamaşanın teatrın truppası və MİR-5 studiyasının tələbələrindən ibarət yüzlərlə iştirakçısı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir