Azərbaycan və Özbəkistanın Xalq artisti Firudin Səfərovun 85 illiyi qeyd edilib

Daşkənddə Əlişir Nəvai dına Özbəkistan Dövlət Opera və Balet Teatrının baş rejissoru, Azərbaycanın və Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı Firudin Səfərovun 85 illiyi qeyd edilib. Teatrda keçirilən yubiley tədbirində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, digər səfirlər, diplomatlar, elm, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər. Özbəkistan Mədəniyyət Nazirliyinin nümayəndəsi Müqəddəs Axmedcanova və SSRİ Xalq artisti Yaqub Əhmədov Firudin Səfərovun həyat və yaradıcılığı haqqında məlumat verərək bildiriblər ki, rejissor artıq 40 ildir Daşkənd teatrında ölməz əsərlərə səhnə həyatı verir. Firudin Səfərovu 85 illik yubileyi münasibətilə təbrik edən səfir Hüseyn Quliyev onun yarım əsrdən çoxdur ki, istedadlı opera rejissoru kimi öz parlaq istedadı ilə Azərbaycan və özbək xalqlarına xidmət etdiyini bildirib. O, öz istedadı ilə xalqlarımız arasında sarsılmaz körpü yaradıb. Diplomat deyib ki, indiyədək Firudin Səfərov Bakı və Daşkənd teatrlarında 70-dən artıq klassik və müasir operaya quruluş verib. Böyük Üzeyir Hacıbəylinin “Koroğlu”, “Leyli və Məcnun”, Vasif Adıgözəlovun “Natəvan” operaları onların arasındadır. O, dünya azərbaycanlılarının Bakıda keçirilmiş qurultaylarının iştirakçısı olub, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir neçə il əvvəl “Tərəqqi” medalına layiq görülüb. Hüseyn Quliyev yubilyara səfirliyin fəxri fərmanı və “Qarabağ xanəndələri” albomumu təqdim edib. Özbəkistan Bəstəkarlar İttifaqının sədri Rüstəm Abdullayev bildirib ki, Daşkənddə gəlməmişdən əvvəl F.Səfərov 14 il Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru işləyib. Onun 70 və 80 illik yubileyləri Daşkənddə yüksək səviyyədə qeyd olunub və opera sənəti qarşısındakı xidmətlərinə görə Özbəkistan prezidentinin fərmanı ilə “Əmək şöhrəti” ordeni ilə təltif edilib. Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov F.Səfərovun rejissor kimi fəaliyyətindən danışıb, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təbrik məktubunu oxuyub. Teatrın bədii rəhbəri Eldar Əzimov Firudin Səfərovun Daşkənd teatrındakı xidmətlərindən söhbət açıb. Qeyd olunub ki, görkəmli italyan bəstəkarı C.Verdinin bu teatrda tamaşaya qoyulan altı operasından beşinin müəllifi məhz F.Səfərovdur. Tədbirdə Firudin Səfərova diplomlar, Özbəkistanın milli geyimi və digər hədiyyələr təqdim olunub. Yubilyar təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirib. Sonra Firudin Səfərovun səhnələşdirdiyi Cüzeppe Verdinin “Aida” operası nümayiş etdirilib, tamaşa anşlaqla keçib.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Erik Bentlinin “Dramın həyatı” kitabı Azərbaycan dilində

Bu günlərdə tanınmış ədəbiyyatşünas, tənqdiçi və dramatik sənət tədqiqatçısı Erik Bentlinin “Dramın həyatı” adlı kitabı Azərbaycan dilinə tərcümə olunub. Kitabın tərcüməçisi Azərbaycan Dövlət Mədəniyyət...

Xəyalə Rəis – Zaqatalada xalq teatrı da varmış

Davamlı olaraq mətbuatda bölgələrdə fəaliyyət göstərən dövlət teatrları ilə bağlı xəbərlərə rast gəlirik. Ancaq onlarla bərabər, bölgələrdə özünəməxsus xalq teatrları da var. Onlar öz...

“Adriano Çelentano” açıq havada film festivalı

İtaliyanın tanınmış kinoaktyorunun 80 illiyi Bakıda qeyd ediləcək Sentyabrın 9-dan 13-dək Bakıda Adriano Çelentanonun 80 illik yubileyinə həsr olunan “Adriano Çelentano açıq hava film festivalı”...

Recent

Həmyerlimiz beynəlxalq festivalda qalib oldu

Koreya Xalq Demokratik Respublikasının paytaxtı Pxenyan şəhərində keçirilən, “Aprel baharı” adlanan XXXI Beynəlxalq Bədii Dostluq Festivalı başa çatıb. Xəbər verdiyimiz kimi, “Aprel baharı” adlanan Festivalda...

Sənətçilərimiz Vyanada “Bulmuşam həqqi” deyiblər

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində dahi Azərbaycan şair-mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilib. Xalq artisti Mehriban Zəkinin verdiyi məlumata görə,...

Gənc Tamaşaçılar Teatrı növbəti premyeraya hazırlaşır

Oktyabrın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Migel de Servantesin “Don Kixot” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib...