Ana səhifə » Persona » Müsahibə » Azərbaycan tarixinə işıq salacaq film

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Azərbaycan tarixinə işıq salacaq film

Artıq rejissorların və kino mütəxəssislərinin arzusu gerçəkləşmək üzrədir. Belə ki, uzun müddətdir mütəxəssislərin müzakirə mövzusu olan İrəvan xanlığı ilə bağlı film çəkilir. Film “Run Group” şirkətinin media layihəsi kimi fəaliyyət göstərən “Run Film” tərəfindən hazırlanır.
Filmin baş rejissoru Namiq Ağayev, baş prodüseri isə Rəşad Cəfərovdur. Ssenari müəllifi isə Namiq Ağayevlə, Rəşad Cəfərovdur. Bu layihə çərçivəsində  Azərbaycanda ilk dəfə olaraq xalq filmi çəkiləcək. Belə ki, istənilən Azərbaycan vətəndaşı onun ərsəyə gəlməsinə dəstək ola biləcək və hətta kütləvi səhnələrdə iştirak edəcək.
Filmin adı “İrəvan xanlığı” adlanır. Onun  ərsəyə gəlməsinə bir sıra ölkələrin, o cümlədən Türkiyə, İran, İsveç, İsrail və ABŞ-dan Hollivud şirkətlərinin cəlb olunması da gözlənilir.
“İrəvan xanlığı” filmində hər hansı kiçik yanlışlıqlara belə yol verilməməsi və ən yüksək səviyyədə hazırlanması məqsədilə “Run Film” bir sıra dövlət qurumları, elmi təsisatlara rəy almaq üçün müraciət edib.
“Run Group” şirkətinin rəhbəri İranə Talışxanova deyir ki, şirkət bununla Azərbaycana, milli kinomuzun 120 illik yubileyinə töhfə vermək niyyətindədir:
“Kino sənayesi iqtisadiyyatın bir qolu olmaqla yanaşı, həm də böyük təbliğat əhəmiyyəti daşıyır. Ona görə, biz də Azərbaycanın kino sənayesinin inkişafına töhfə verməyə çalışırıq. Bu, həm iqtisadi, həm də ölkəmizin, onun tarixinin, mədəniyyətinin, həqiqətlərinin dünyaya daha çox çatdırılması və düzgün təbliğ olunması baxımından çox önəmlidir. Əgər biz dünya səviyyəsinə çıxa biləcək, daha çox və səviyyəli filmlər istehsal edə, onları peşəkar formada təqdim edə bilərik. Bununla da ölkəmiz daha çox tanınacaq, haqqında müsbət fikirlər yaradacağıq. Azərbaycan hazırda müharibə şəraitində yaşayır. Media və filmlər isə informasiya müharibəsində güclü təsir qüvvəsinə malik silahlardır. Biz də Azərbaycanımızın informasiya müharibəsində uğur və zəfərlər qazanması üçün əlimizdən gələni etməyə hazırıq və bu “silahlardan” maksimum dərəcədə düzgün istifadə etməklə, dəstəyimizi bundan sonra da əsirgəməyəcəyik”.
Filmin baş rejissoru və ssenaristi Namiq Ağayev, onun həyat yoldaşı, aktrisa, teatrşünas Vüsalə Ağayeva “Kaspi”nin qonağı oldu. Qonaqlarımızla “İrəvan xanlığı” filmi ilə bağlı danışdıq.
Namiq Ağayev deyir ki, bu filmi lentə almaq onun uşaqlıq arzusudur: “Şah İsmayıl, Babək, Cavanşir, Koroğlu kimi tarixi qəhrəmanlarımızın həyatını qələmə almağı uşaq yaşlarımdan xəyal edirdim. İrəvan xanlığı ilə bağlı film çəkmək isə mənim çoxdankı arzumdur. Qeyd edim ki, nəsil şəcərəmin bir tərəfi irəvanlılara gedib çıxır. Anamın adı Rənadır, ona İranə deyərdilər.
Filmin baş prodüseri Rəşad Cəfərov mənim ruh qardaşımdır. “Run” qrupunun təşəbbüsü ilə ideyaları birləşdirdik. Məlumat üçün bildirim ki, “Run group” vətənpərvər bir təşkilatdır. Bundan əlavə, uğur qazanılmasına vasitə olmuş bir sıra reklam videoçarxlarının, həmçinin Azərbaycanın xarici investorlar üçün maraq doğura bilən bölgələri barədə tanıtım filmlərinin ərsəyə gəlməsi, eyni zamanda “Ol” filminin hazırlanması  “Run Film”in adı ilə bağlıdır.
Artıq çəkilişlərin birinci mərhələsinə başlamışıq. Hazırda tezis çəkilişlərinə başlayacağıq. Geniş çapda tritment hazırdır və ssenari üzərində iş gedir. Bütün tarixi arxivləri araşdırırıq. İrəvan xanlığı elə bir məsələdir ki, bütün hadisələr dəqiq faktlara əsaslanmalıdır. Düzdür, müəllif baxışı olacaq. Ancaq tarixi faktlar əsasında. Filmin adı şərti olaraq “İrəvan xanlığı” adlanır. Hələ adla bağlı müəyyən müzakirələr gedir”.
Layihədə xarici aktyorların iştirakı məsələsinə gəlincə isə N.Ağayev deyir ki, xarici aktyorların dəvət edilməsi ədabazlıq deyil. Əgər filmin dünya statusu almasını istəyiriksə, ora xarici aktyorları da dəvət etmək məcburiyyətindəyik.
Dörd il bundan əvvəl AzTv-də İrəvan xanlığı ilə bağlı bədii-sənədli film çəkən Namiq Ağayev üçün belə bir layihədə yer almaq heç də çətin deyil. Söhbət əsnasında  məlum oldu ki, layihə çərçivəsində böyük bir ərazidə İrəvan xanlığının maketi qurulacaq, eyni zamanda, müvafiq qurumlar tərəfindən təsdiqlənmiş layihə əsasında böyük pavilyonda İrəvandakı Xan sarayının modeli inşa ediləcək. Cənubi Qafqazda baş verən tarixi həqiqətlərin dünyaya çatdırılmasına və erməni yalanlarının ifşa edilməsinə dəstək olmaq istəyən hər bir vətənpərvər azərbaycanlı, filmin ərsəyə gəlməsinə yardım edəcək, kütləvi səhnələrdə könüllü olaraq çəkilə biləcək.
Layihədə yer alan Vüsalə Ağayeva da qərbi azərbaycanlıdır və  uşaqlığı həmin torpaqlarda keçib: “O gözəl torpaqlar həqiqətən bizim olub. Azərbaycanlılar bir neçə dəfə  İrəvandan köçürülüb. Biz o torpaqları 1988-ci ildə məcbur tərk etdik. İndi Namiqlə İrəvan xanlığı ilə bağlı filmin ərsəyə gəlməsi proseslərində iştirak etdiyimiz üçün həqiqətən xoşbəxtik.  Bizi dünyaya tanıdacaq istənilən vətənpərvər layihələrdə işləməyə hazırıq. Ancaq İrəvan xanlığı bir az həssas və siyasi məsələdir.  İrəvan tarixən bizimdir. Sənin olanı çox müdafiə edəndə, bu, insanlara şübhəli gəlir. Bu filmi çəkməklə sadəcə, bunu yada salmağa çalışırıq. Beyinlərin pası açılsın, yada düşsün deyə.  Bizim hazırlayacağımız filmdə qala uğrunda döyüş, qəhrəmanlıq dastanı var. Belə ki, filmdə İrəvan qalasının tikilməsi, məişəti, pulu, folkloru, xalqın özünəməxsus geyimi, kultu nümayiş olunacaq. Onların hamısı kinoda estetik baxımdan gözoxşayan şəkildə olacaq”.
Vüsalə Ağayeva bu filmdə tarixi faktları dəqiq araşdırmağın vacibliyindən danışdı. Qeyd etdi ki, tarixi faktların araşdırılması bədiiliyi və faktların itməməyi üçün əsas amildir: “O dövrün tarixi faktları daha çoxdur, nəinki məişət hadisələri. Tarixi materialların hamısını bir-bir araşdırır, daha çox materiala və ən əsası, dəqiq faktlara əsaslanmaq istəyirik”.
Xaricdən gələn aktyorların çox qonorar tələb etdiyini xatırlatdıqda isə   rejissor bildirdi ki, filmə dünya statusu qazandırmaq üçün heyətin müxtəlif ölkələrindən toplanması vacibdir: “Hələ ki, kimlərin olacağı dəqiqləşməyib. Çünki aktyor seçiminə başlamamışıq. Hətta, dünyaca tanınmış aktyora görə, o filmə baxırlar. Layihənin beynəlxalq xarakter daşıması xarici aktyorların cəlb olunması mütləqdir. Dünya aktyorlarından 4-5 nəfər olacaq ki, onlar tamaşaçını öz ardınca aparsın. Tamaşaçı aktyora qoşulur. İçimdə bu layihə ilə bağlı böyük bir əminlik var. Çünki işə sevərək başlamışıq. Bu hiss məni heç zaman tərk etmir. Bir işi sevərək etdikdə, o, mütləq alınır. Azərbaycanın potensialı bu filmi ərsəyə gətirməyə kifayət edir”.
Söhbətdən aydın olur ki, film iki ilə ərsəyə gələcək. Professional çəkim-inşaat qrupu bu layihəni işləyəcək. Bu işə xarici mütəxəssislər də cəlb olunacaq.
Namiq Ağayev hələ kastinq prosesinə başlamadıqlarını da vurğuladı: “Buna hələ xeyli var. Ancaq müəyyən rollar kastinq yolu ilə seçiləcək. Bu filmdə “xətir” o qədər böyük rol oynamayacaq. İndi çəkilən filmlərin çoxunda bu “xətir” deyilən şeydən çox istifadə olunur. Biz bir-birimizi çox istəyən millətik. Bir də görürsən ki, birinin istedadı yoxdur, ancaq yalandan tərifləyirik, deyirik ki, əlasan. Həmin  adam da tez bir zamanda məşhurlaşır. Lakin tamaşaçını aldatmaq olmur.
Namiq Ağayev bildirdi ki, həmin dövrdə bir çox imperiyaların İrəvan xanlığına  böyük maraqları olub. Ona görə də, filmdə həmin dövrdə dünyada baş verən prosesləri də göstərməyə çalışacaqlar: “Tarixi və siyasi xətlər də olacaq. Belə ki, bizə aidiyyəti olan bütün hadisələri qeyd edəcəyik. Misal üçün, Peterburq sarayında çar ailəsini göstərməyə çalışacağıq. Hətta çəkilişlərin bir hissəsi Peterburqda olacaq Xalqımız o dövrdə olan prosesləri görəcək, tarixi ilə tanış olacaq. O dövrlərdə İrəvan xanlığı öz pulunu kəsirdi.  Filmin girişi 15-ci əsrdə qalanın tikilməsi ilə başlayacaq və hadisələr bu ardıcıllıqla cərəyan edəcək. Şəhərin quruculuğu, maarifçiliyi, hər bir məqamı əks olunacaq. Film 2 saat yarım nəzərdə tutulub. Çünki bu, geniş zamanı əhatə edir və o dövrdə çox hadisələr baş verib. Hadisələr 30 ili əhatə edəcək. İrəvan xanlığının işğalının bir ili tamam olanda Qriboyedov qətlə yetirilir. Bunun özü də bir əhvalatdır.
Namiq Ağayev bildirdi ki,  təcrübə qazanmaq üçün tarixi janrda çəkilən xarici filmləri də izləyirlər: “Mənim üçün örnək film 2015-ci ildə Ridley  Skotun çəkdiyi “Cənnətin krallığı”dır. Bizdə heç bir tarixi filmin plagiatlığı, “copy paste”sı olmayacaq. Hətta bəzi tarixi filmlərdə döyüş səhnələri oxşardır. Ancaq bizim filmimizdə siz bu oxşarlığı da görməyəcəksiniz.
Rejissor bildirdi ki, İrəvan xanlığı ilə bağlı film hamımızın işidir  və bu mövzu hamımızı birləşdirir: “Bu gün Azərbaycanın kinosunun külüng vuranları, prosesi ləngidən kommersiya xarakterli film çəkənlər də gəlib bu filmə baxacaqlar və bunu özlərininki kimi qəbul edəcəklər. Bu məsələdə “sənin-mənim” söhbəti yoxdur. Hər kəsi vətənpərvərlik ruhu birləşdirəcək. Ortalığa yaradıcı bir iş qoyanda, bütün məsələlər onun yanında cılız qalacaq.
Vüsalə Ağayeva qeyd etdi ki, tarixi filmlərdə əsas problem geyimlərlə bağlı olur: “Tarixi geyimləri tapa bildiyimiz qədər tapacağıq. Tapa bilmədiklərimizi isə özümüz istehsal edəcəyik. Bəzən hər hansı bir geyimi axtarmaq, gedib onun parçasını alıb tikməkdən daha uzun çəkir. Tapmasaq, çalışacağıq ki, özümüz hazırlayaq”.
Namiq Ağayev hansı məsuliyyətin altına girdiklərinin fərqində olduğunu da etiraf etdi: “Mənim ixtiyarım yoxdur ki, pis film alınsın. Düzdür, çox tanınmış rejissorların da hərdən uğursuz filmləri olur. Ancaq bu məsələdə başqa şansımız yoxdur. Hər hansı bir əsər rejissorun fərdi energetikasından keçməlidir. Bu, kollektiv sənətdir. Hətta mən bu işdə rejissor kaprizləri, şəxsiyyətimə aid olan bəzi məsələləri arxa plana atıram. Qorxsam, ehtiyat etsəm, təbii ki, bu, məndə alınmayacaq. Ancaq nəticə vacibdir”.
Cütlük filmdə aktyor kimi yer almaq istədiklərini də bildirdilər: ”  Əlbəttə ki, hər ikimiz bu layihədə yer almaq istəyərdik. Ancaq hələ ki, rol bölgüsü olmayıb. Vüsalə xanımın anatomik mənsubiyyəti o bölgənin insanlarını xatırladır. Yəqin ki, bu filmdə maraqlı obrazlardan birini canlandıracaq. Biz özümüzü ən axıra saxlamışıq”.
Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir