Ana səhifə » Mövqe » Azərbaycan məktəbliləri Beynəlxalq Məktəblərarası Teatr festivalında iştirak edir

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Resenziya
İyul 4, 2019

Şarpantye, musiqini ver! Buyurun teatra                     

Xəbər
İyul 3, 2019

Lənkəran teatrı İrana festivala gedir

Xəbər
İyul 3, 2019

Əməkdar artist ürəyindən əməliyyat olunub

Xəbər
İyul 3, 2019

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Müsahibə
İyul 2, 2019

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Müsahibə
İyul 2, 2019

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Xəbər
İyul 2, 2019

21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Xəbər
İyul 2, 2019

“Dovşanın ad günü”nə hazırlaşanlar

Xəbər
İyun 24, 2019

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Mövqe
İyun 24, 2019

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

Azərbaycan məktəbliləri Beynəlxalq Məktəblərarası Teatr festivalında iştirak edir

Festival bizlərə birlik olmağa və bir məqsəd, bir amal, bir istək üçün yola çıxmağa köməkçi olur. Festival bayramdır, hələ bu bayram canlı sənət növlərindən olan teatr bayramıdırsa, bizim üçün iki, üç, hətta dördqat sevincdir. Bu dəfə festivalda məktəb şagirdlərimiz öz məharətini göstərəcək.

Belə ki, aprelin 15-də Türkiyənin Kayseri Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilən və bu il 14-cü dəfə keçirilən Beynəlxalq Məktəblərarası Teatr festivalında ölkəmizi Azərbaycan Milli Konservatoriyasının təkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyası təmsil edir.

Festival ilk olaraq, iştirakçıların meydana yürüşü ilə başladı. Kayserinin mərkəzi küçələrində baş tutan yürüşdə iştirakçılar səhnə geyimləri ilə meydan küçəsində böyük bir yürüş etdilər. Bu yürüşün səsi-sədası nəinki Türkiyə, hətta Avropa mediasından da eşidildi. Yürüşdə xarici ölkələrdən qatılan iştirakçılar arasında Azərbaycan iştirakçılarına xüsusi önəm verildi. Yürüşün sonunda Kayseri Böyükşəhər Bələdiyyə başqanı Memduh Büyükkılıç festivalda iştirak edən xarici ölkələrin nümayəndələri ilə görüşdü. Bir masa ətrafında iştirakçıları başına toplayan Bələdiyyə başqanı festivalda iştirak edən məktəbliləri bu layihədə görməkdən məmnunluq hissi duyduğunu dilə gətirdi.

Memduh Büyükkılıç incəsənətə, teatra böyük maraq  göstərdiyini, bir ölkənin tanınması üçün onun mədəni  həyatına baş vurmağın vacibliyini qeyd etdi. Sonra sözü layihənin Azərbaycan üzrə rəhbəri, tərtibatçısı və dekoratoru Günay Mehdizadəyə verən Memduh Büyükkılıç Azərbaycanla Türkiyənin bir millət-iki dövlət olduğunu və hər zaman Azərbaycanı doğma ölkə hesab etdiklərini vurğuladı.

G.Mehdizadə çıxışında bu festivalda olmaqdan məmnunluq hissi duyduğunu qeyd etdi, belə mötəbər layihənin bir parçası olmağın əhəmiyyətini qeyd etdi danışdı: “Teatr böyük bir kütləni öz arxasınca apara bilən, birbaşa insanların qəlbinə yol tapan əsrarəngiz sənət növüdür. Nə xoş bizə ki, festivalda öz tamaşamızla çıxış edəcəyik”.

Layihənin kuratoru, Gimnaziyanın rəhbəri Aytən Əhmədova da çıxışında Kayseridə özlərini evdəki kimi hiss etdiklərini bildirdi və xüsusi diqqətə görə bələdiyyə başqanına təşəkkür etdi.

Yürüşdən sonra bələdiyyə başqanının festival iştirakçıları ilə ilk görüşündə Memduh Böyükkılıç Günay Mehdizadəyə “Təşəkkürnamə” və hədiyyələr təqdim edərək Azərbaycan şagirdlərinin bu festivalda iştirak etdiyi üçün məmnunluğunu bildirdi.

Rəsmi görüşdən sonra tədbir Kayserinin Şəhər teatrında təntənəli açılış konsert proqramı ilə davam etdi. Açılış mərasimində Memduh Böyükkılıç və Kayserinin siyasətçiləri, iş adamları və nüfuzlu şəxslər iştirak edirdi.

Festivalı açıq elan edərək ilk çıxışını edən M.Böyükkılıç Kayserinin festivallar şəhəri olacağını və bu festivalların beynəlxalq səviyyədə baş tutacağını ifadə etdi. Sözügedən festivala illər ötdükcə daha çox ölkənin qatılacağını vurğulayan başqan növbəti illərdə bu beynəlxalq tədbrin miqyasının genişlənəcəyini dedi: “Bələdiyyə rəhbəri olmaq təkcə yol salmaq, su gətirmək, ətrafı yaşıllaşdırmaq və ya şəhərin içərisində nizam-intizam yaratmaq deyil. Biz öz milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi qorumalı və ona sahib çıxmalıyıq. Kayseri Böyükşəhər Bələdiyyəsi olaraq bizlər şəhəri maddi baxımdan deyil, eyni zamanda mənəvi baxımdan da zirvələrə qaldıracaq və gələcəyə daşıyacaq, şəhərimizin mədəni həyatına yön verəcək, canlılıq qatacaq layihələrə imza atırıq. Bizim mədəni həyatımızda teatrın xüsusi yeri var. Bu məqsədlə gənclərimizin teatral istedadlarını önə çıxaracaq, onları mədəniyyət, sənət çərçivəsində birləşdirəcək bir layihə olan Beynəlxalq məktəblərarası teatr festivalı təşkil etdik”.

Bələdiyyə başçısı G.Mehdizadəyə təşəkkür edərək, dəvət olunan dörd ölkə adından festival iştirakçılarını salamlamaq üçün ona söz verdi.  

Azərbaycanlı rəssam çıxışında teatrın bir bayram olduğunu və bu bayramın sənətə, mədəniyyətə, xüsusən də yetişməkdə olan gənclərin formalaşmasına mühüm təsir göstərdiyini vurğuladı:

“Sizləri bu mötəbər layihədə görməkdən məmnunluq hissi duyuram. Teatr insana, insanı insan dilində izah edən, onu əyani şəkildə göstərən bir sənət nümunəsidir. Bu gün müasir dövrdə əlimizdə qalan, bəlkə də, yeganə canlı sənət növlərindən biridir. Nə xoş bizlərə ki, bu gün məhz bu sənətin işığına toplaşmışıq. Buradan Azərbaycan, Türkiyə, Kipr, Gürcüstan, Bosniya və Hersoqovinanın yaradıcı gənclərini, müəllim heyətini və bütün festival iştirakçılarını salamlayıram və təbrik edirəm. Çünki onlar bu bir həftə ərzində həyatlarında unudulmayacaq günlər yaşayacaqlar”.

İncəsənət Gimnaziyasının şagirdlərinin çıxışı festivalın son günündə – aprelin 19-da baş tutacaq. Onlar festivalda Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı hazırlanmış “Aləmin nəfəsi: Nəsimi” tamaşasını nümayiş etdirəcəklər.

Məlumat üçün bildirək ki, layihənin Azərbaycan üzrə rəhbəri və tərtibatçı rəssamı Günay Mehdizadə, İncəsnət Gimnaziyasının rəhbəri Aytən Əhmədova, Gimnaziyanın teatr bölümünün rəhbəri Hicran Sadıqzadə, tamaşanın rejissoru Elnurə Vəliyeva və layihənin media rəhbəri “Kaspi” qəzetinin müxbiri, teatşünas Xəyalə Məmmədova da festivalda iştirak edir.

Səhnə əsərində rolları Vəliyev Aliulla (Nəsimi), Namazlı Fidan (Aişə), Həsənzadə Almaz (Fatimə), Quluzadə Rufiz (Nəimi), Salmanzadə Məhəmməd (dərviş) ifa edirlər. Lirik janrda hazırlanmış tamaşanın xronometrajı 25 dəqiqədir. 

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir