Azərbaycan kinosunun “Nazik”i Məleykə Şahmərdanova vəfat edib

Azərbaycanın tanınmış aktrisası, “Ulduz”, “Onu bağışlamaq olarmı” , “Var olun, qızlar” filmlərindən tamaşaçıların yaddaşında olan Məleykə Şahmərdanova (Ağazadə) iki gün əvvəl dünyasını dəyişib. Open.az xəbər verir ki, 90 yaşlı aktrisa Bakıda dəfn olunub. Məleykə Şahmərdanova Ağazadə 1929-cu il sentyabrın 3-də Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və xoreoqrafiya məktəbinə gedib. 13 yaşında istedadı və çıxışlarına görə “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunub. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxuyub. Bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib.1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynayıb. 1972-ci ilə qədər filmlərə çəkilib. Məleykə Şahmərdanova Ağazadənin ən məşhur rolu “Ulduz” filmində yaratdığı Nazik obrazıdır. Onun bu filmdə oynadığı fraqmentlər və söylədiyi ifadələr indiyə qədər sevilir. Allah rəhmət eləsin! Qeyd edək ki, xəbəri ilk “news24.az” saytı yayıb.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Xalq artistinin ayağı amputasiya edildi

"Bu gün axşam saatlarında atam əməliyyat olundu. Hazırda vəziyyəti qənaətbəxşdir”. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli deyib. Aktyorun qızı qısaca...

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

Pantomima teatrının yubileyi idi. Adətən, bir-birinin işinə açıq gözlə baxa bilməyən, umub-küsən, bir-birini itələyən sənət adamlarını bu balaca teatr birləşdirmişdi. Hamı bir az kövrəlmişdi,...

Kuklaçıların seçdikləri

Mütəmadi repertuarında yeniliklər edən, azyaşlıların mənəvi-estetik zövqünü formalaşdıran, onların incəsənətə sevgi ruhunda formalaşdırmağa çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 2019-cu il yaradıcılıq...

Recent

İradə Gözəlova, “Yoxsa…”

TeatrO.az saytı "Yoxsa" 21 sual layihəsini təqdim edir. Layihənin ilk qonağı Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Sayya (Gözəlova): 1. Sayya, yoxsa Gözəlova? - Gözəlova....

“Otello əfsanəsi” QİTİS-də “Ən orijinal tamaşa” seçilib

15-20 mart tarixlərində Rusiya Teatr Sənəti İnstitutunda “QİTİS-ustad dərsi” adlı festival keçirilib. Festivalda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Moldova, Belarus və Ermənistanın teatr məktəbləri iştirak edib....

Vüsalə Ağayeva: “İlk dəfə ssenarini oxuyanda bəyənməmişdim”

Sevindirici haldır ki, bu gün kinoteatrlarımızda nümayiş olunan yerli filmlərimiz xarici filmlərlə rəqabətdədir. Onların sayı günü-gündən artır və öz ətrafına kifayət qədər tamaşaçı kütləsi...