Ana səhifə » Xəbər » “Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda elmi-praktiki konfrans keçiriləcək

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

“Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda elmi-praktiki konfrans keçiriləcək

Hörmətli həmkarlar!

AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 28 mart 2019-cu il tarixində “Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda Respublika elmi-praktiki konfransını keçirməyi planlaşdırır.

Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, şair, publisist, rejissor Cəfər Cabbarlının 120 illik yubileyinə həsr edilən konfransın məqsədi ədibin çoxşaxəli bədii və ictimai fəaliyyətini, zəngin yaradıcılığını bir daha tədqiqat predmetinə çevirmək, onun milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərinə işıq salmaqdır.

Konfransın keçirilməsi milli mədəniyyətimizin tarixinə adı qızıl hərflərlə yazılmış C.Cabbarlının  həmişəyaşar yaradıcılığına yeni baxış olmaqla yanaşı, 17 dekabr 2018-ci il tarixli “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nda qarşıya qoyulan vəzifələrin həlli yolunda atılan addım kimi də əhəmiyyətli rol oynayacaqdır.

Bunu nəzərə alaraq, Cəfər Cabbarlı yaradıcılığı ilə məşğul olan teatr xadimlərini, alim və mütəxəssisləri, doktorant, dissertant və  magistrantları konfransda iştirak etməyə dəvət edirik.

Arzu edənlər iştiraketmə ərizəsini (Forma 1) doldurmaqla məruzənin tezislərini və məruzəni elektron formada 15 mart 2019-cu il tarixindən gec olmayaraq aşağıdakı e-mail ünvanına göndərməlidir: [email protected]
Əlaqə telefonu: (+99 412) 539-35-16; 050 344 70 88 (koordinator: Vidadi Qafarov); 077 606 03 93 (koordinator: Elçin Cəfərov).

Təşkilat komitəsi konfransın mövzu dairəsinə uyğun gəlməyən və tələblərə cavab verməyən materialları dərc etməmək hüququnu özündə saxlayır. Məruzənin qəbulu barədə məlumat 20.03.2019-cu il tarixinədək müəllifə onun ərizədə göstərdiyi ünvan vasitəsilə çatdırılacaq.

Qəbul edilmiş məruzələr konfransdan sonra “İncəsənət və mədəniyyət problemləri” beynəlxalq elmi jurnalında dərc olunacaqdır.

Konfrans haqqında elanın elektron formatı ilə AMEA-nın  http://www.science.az/, Memarlıq və İncəsənət İnstitutunun http://www.mii.az/,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin http://admiu.edu.az/ və konfransın informasiya dəstəyçisi olan http://www.teatro.az saytlarında tanış olmaq olar.

FORMA 1. Konfransda iştiraketmə ərizəsi

Soyadı, adı, atasının adı  
Elmi dərəcəsi və adı  
İş yeri  
Vəzifəsi  
Telefon  
E-mail ünvanı  
ruzənin adı  
Məruzə üçün tələb olunan texniki vəsaitlər  lövhə   proyektor  kompüter
Məruzənin tezisi (1 səhifədən çox olmamaqla)                        

 

FORMA 2. Məruzənin tərtibi qaydaları:

  1. Həcm: 5-7 səhifə, format A4, ölçü 14, şrift  Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
  2. Xülasə: Azərbaycan dilində olan məruzələr üçün – rus və ingilis dilində; rus dilində olan məruzələr üçün – Azərbaycan və inşilis dilində.
  3. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.

Ədəbiyyat siyahısı əlifba sırası ilə tərtib edilməli, istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, 233-234].

Materialların strukturu:
1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə
2. Məruzənin adı böyük hərflərlə, qalın şriftlə
3. Təşkilat və şəhərin adı adi şriftlə

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir