Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısını daha da artırmaq məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsini on beş gün müddətində təmin etsin;

1.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2019-cu il.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Xəyalə Rəis – Füzulinin dramatik “Leyli və Məcnun”u

Sentyabrın 22-də Gənc Tamaşaçılar Teatrı 91-ci mövsümü açıq elan etdi. Günorta – saat 14:00-da balaca tamaşaçılar üçün “Şirinlər”, saat 19:00-da isə dahi Azərbaycan şairi...

“Future Shorts” qısametrajlı film festivalı keçiriləcək

Avqustun 21-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Future Shorts” adlı qisametrajlı film festivalı keçiriləcək. AZƏRTAC xəbər verir ki, festival çərçivəsində altı filmin nümayişi nəzərdə tutulur. Keçirildiyi...

Şəkidə “Davul səsi”

Uğurla davam edən “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalının üçüncü günündə - mayın 14-də S.Rəhman adına Şəki Dövlət Dram Teatrı türk dramaturqu Hidayət...

Recent

“Teatr və teatr fəaliyyəti haqqında” qanunda dəyişiklik

“Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1330-VQD nömrəli Qanununun tətbiqi...

Sərdar Aminin yeni romanı nəşr edildi – “Su sərgisi” (R)

Roman ömrünə 1 ay qaldığını öyrənən gəncin son günlərini sərgiləyir. Ölüm qarşısında laqeydləşən gənc son ümid kimi türkçarəçi qocadan...

Meral Konrat: “Azərbaycanda məni çox sevirlər”

90-cı illərə öz damğasını vuran türkiyəli aktrisa Meral Konrat. Biz onu “Təhminə və Zaur” filminin Təhminəsi kimi tanıyırıq. Təhminə obrazı ilə Azərbaycan tamaşaçılarının qəlbində...