Ana səhifə » Resenziya » Aygün Süleymanova – “Qırmızı rəngin interpretasiyası…”

Son yazılar

Afişa
Avqust 23, 2019

3-cü M.A.P Beynəlxalq Teatr Festivalı başlayır

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Aygün Süleymanova – “Qırmızı rəngin interpretasiyası…”

Bir… iki… bizimki… Bizim Akademik Milli Dram Teatrı… Bizim Kamal Abdulla… bizim gənc rejissor Əlif…

Rəsmi qeydlər mütləq olmalıdır ki, yaradıcı insanların haqları tapdanmış olmasın. “Bir, iki, bizimki” tamaşasının bədii rəhbəri xalq artisti, AMDT-nın direktoru və baş rejissoru Azər Paşa Nemətov, quruluşçu rejissoru və musiqi tərtibatçısı Əlif Cahangirli, rəssamı İlham Elxanoğlu, xoreoqrafı isə Ceyhun Dadaşovdur.

“Bir, iki, bizimki” Kamal Abdullanın müəllifi olduğu bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramıdır. Kamal Abdulla dəst-xəttinə uyğun olaraq bu dram sətiraltı mənalarla zəngin, sonu və başlanğıcı məlum olmayan, mənadan məna törənən səpkidə yazılmışdır. “Bir, iki, bizimki” həm də hazır teatr məhsuludur, tamaşa üçün “bişmiş” oyundur.

Üç… dörd… qapını ört… Mərkəzdə-iki tərəfi tamaşaçı ilə əhatə olunmuş səhnənin solunda və sağında pəncərəli-qapılı divar qurulmuşdur; bu divardır -zamanı bölür, bu kulisdir – aktyorlar üçün əsas Məkandır. Sükunət pozulur. Qapıların birindən Kişi qırmızı köynəkdə (əməkdar artist Ayşad Məmmədov) səhnəyə – evə daxil olur. Əvvəlcə “tanınmaz” əllərin ovcunda qapıdan içəriyə bir bardaq su, stəkan, dibçəkdə gül daxil edilir. Təxminən 5-10 dəqiqə ərzində Ayşad Məmmədovun qapı-pəncərə ilə “oyun”u davam edir. Aktyor Ayşad Məmmədovun əsas silahı, gücü, enerjisi onun əllərinin və səsinin mərkəzindədir. A.Məmmədov üzbəüz dayanan qapıların açılıb-bağlanmasından refleksə bənzər “oyun” qurur; bir qapı açılırsa, avtomatik digəri də açılır, bir qapı bağlanırsa o biri də bağlanır. Sonucda tamaşada təsvir olunan zaman Kişinin bu gününü – gənc oğlan isə dünənini xırdalayır. İnsanın yaşam mərhələləri – uşaqlıq, gənclik və qocalıq tamaşada əks olunur. Rejissor aktyorun potensialına yaxından bələd olduğundan tamaşanın başlanğıcında qurduğu əllərin oyunu vasitəsi ilə xarici filmlərin başlanğıcında olduğu kimi bizi “prosesə” hazırlayır.

Beş… altı… daş altı… Kişinin Qadını ölüb… Kimin üçünsə bu faciə, kimin üçünsə xoşbəxtlikdir. Kişi qırmızı köynəkdədir, qırmızı isə bayram rəngidir. Qırmızı ya axmaqların, ya uşaqların, ya da ki, kralların rəngidir. Lakin qırmızı həmçinin  QƏLƏBƏdir. Mən tamaşada elə oxudum ki, Kişi rahatdır, ovqatı əladır: Qələbə çalıb sanki: “aman Allah, axır ki, azadam-deyintidən, mübahisələrdən, qatı nəzarətdən və sonucda Qadından canım qurtardı”. Lakin nə Qadın, nə də ki ölüm qorxusu onu rahat buraxmır. O (Ziya Ağa), məncə, Kişinin o dünyadakı surətidir. Qadını da o dünyadan məhz O çağırıb.

“Mən nə biləydim, sən bu boyda yolu durub mənim dalımca gələcəksən”…

Qadın, əlbəttə ki, ölsə belə, Kişini azad buraxmaz… Qadın (İlahə Həsənova) xarakterlər palitrası ilə yaradılıb, əlində Kişini dalınca aparmaq istədiyi yoğun kəndiri – gah yerə çırpır, gah göyə sərir. İncədir, o dünyanın torpağını canına hopdurub sanki… niyə gəldiyini yaxşı bilir. Yaxşı bir məsəl var, “gora getmək istəyən özünə yoldaş axtarır”. Bu isə gordan durub, bu boyda yolu qət edib, özünə yoldaş aparmaq istəyir. Tamaşanın əsas oyun şərtləri də belə çözülür: bir qərar ver, gedəcəksən, ya qalacaqsan.

Pyesin janrını fiksə etsək, “iki nəfərin duyumlar dramı” və bu iki nəfər Qadın-Kişi olmalıdır. Tamaşanın mizanlarını təhlil etdikdə isə əsas iki nəfər Kişi və O-dur. O (Ziya Ağa) Akademik Milli Dram Teatrının gənc aktyoru, rejissorun çox uğurlu tapıntısıdır. Ol səbəbdən də tamaşanın iki qütbünü məhz Ayşad Məmmədov və O – Ziya Ağa zəbt edib. Qalan oyun, digər oyunçular bu qütbləri sanki doldurmaq üçün nəzərdə tutulub. Tamaşanın sonuncu mizanlarından birində musiqinin ritminə uyğun olaraq Kişi və O-nun inanılmaz “OYUN”u təəccüb doğurmaya bilmir. Xüsusilə, Ayşad Məmmədovu biz bu formada görməmişik deyə, aktyorun istedadının fərqli bir tərəfi aşkarlanmış oldu.

Yeddi… səkkiz… Firəngiz… Bu oyun uşaqlarsız mümkün deyil. Səhnəyə şipşirin Oğlan (Canəli Canəliyev) və təcrübəli, lakin boyuna-biçiminə uyğun olan uşaq rollarının öhdəsindən canla-başla gələn Xədicə Novruzlu – Qız daxil olur. Köhnə Bakı həyətlərindəki evlərin qapısında olduğu kimi “elə bil darvaza qapısıdır”, uşaqlar gah o qapını çırpıb bir-birini axtarır, gah böyüklərin “dramatik” oyunlarına “duz” əlavə edirdilər.

Doqquz… on… qırmızı don… Əbəs yerə başlığı qırmızı rəngin interpretasiyası adlandırmamışam. Rejissor Əlif Cahangirli iki-üç aktyorun oyununu qurmur, məhz bu tamaşada qırmızı rənglə “oynayır”. Mətnaltı fikirləri mizanlarla tullayır: rəqs səhnəsində Kişi və O qırmızı “rubaşka”da bir-birinə sarılaraq Tanqo oynayır ki, mənası su kimi aydındır. O, qırmızı rəngli köynəyini soyunduqca digəri qalır, onu da soyunur, yenə də soyunur, yenə də… lakin eləcə əynində qırmızı rəngli köynək var. O, (Ziya Ağa) içindəki alovdan xilas ola bilmir, daha doğrusu qurtula bilmir.

Rejissor Əlif Cahangirlinin “Bir, iki, bizimki” tamaşası onun gördüyüm ən uğurlu işidir. Haşiyə çıxaraq, bir məsələni qeyd edim. Yazarlara fikir bildirəndə deyirlər ki, “sən necə danışırsansa, elə də yazırsan”. Maraqlıdır ki, Əlif yaradıcı şəxs kimi  necə düşünürsə, necə danışırsa, gəlib quruluşda da eynilə bunu görürsən. Üstəgəl Əlifin tamaşalarının ümumi səciyyəsi var, bu tamaşalar onun özü kimi nurlu, uşaq kimi məsumdurlar. “Bir, iki, bizimki” tamaşası sürətli oxunur, mizan mizanı işıq surətində əvəz edir. İşıq tərtibatı və musiqi də tamaşanın kompozisiyasına bütövlük gətirir.

“Bir, iki, bizimki” tamaşası Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində nümayiş olundu. Böyük sənətkarlara salam, tamaşanın yaradıcı heyətinə isə qıpqırmızı alqışlar!

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir