Ana səhifə » Mozaika » Aygün Aslanlı, “Yoxsa”…

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Xəbər
May 25, 2019

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Afişa
May 23, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (23 may – 29 may)

Xəbər
May 23, 2019

Ən məhsuldar teatrşünas

Persona
May 23, 2019

İsrafil İsrafilov – Məmməd Cəfərin teatr düşüncələri

Xəbər
May 23, 2019

YUĞ Teatrında Orxan Pamukun romanı səhnələşdirilib

Xəbər
May 23, 2019

ADMİU-da Nazim Hikmətin əsəri tamaşaya qoyulub

Xəbər
May 23, 2019

“dOM” Teatrı Beynəlxalq Festivalda iştirak edəcək

Mozaika
May 23, 2019

Fuad Poladovun 14 il əvvəl çəkildiyi filmindən nadir fotolar…

Xəbər
May 22, 2019

Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir

Xəbər
May 20, 2019

Akademik Milli Dram Teatrında Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək

Mövqe
May 20, 2019

Mədəniyyət naziri cənab Əbülfəs Qarayevə açıq məktub!

Xəbər
May 20, 2019

“Aləmin Nəfəsi: Nəsimi” tamaşası 3 böyük müfakata layiq görüldü

Mövqe
May 20, 2019

Xəyalə Rəis – 25 il gözləməyə dəyərdi…

Xəbər
May 18, 2019

Afaq Bəşirqızıdan məmurlara sərt çağırış – “Cənab məmurlar, siz də ayılın”

Afişa
May 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (16 may – 22 may)

Persona
May 18, 2019

Teatr direktorları “Kaspi” qəzetinin “Teatr” əlavəsini təbrik etdi

Müsahibə
May 17, 2019

Nigar Pirimova – Teatrlarımızın son beş ili

Müsahibə
May 17, 2019

ADMİU-dan reportaj: “Biz “Stanislavski sistemi”ni bilmirik!”

Xəbər
May 16, 2019

“Yarımçıq qalmış” Caspian Awards mükafatına layiq görüldü

Xəbər
May 15, 2019

ADMİU-da Əlisəfdər Hüseynovun “Kinonun fəlsəfəsi” kitabının təqdimatı keçiriləcək

Xəbər
May 15, 2019

Lənkəran Teatrında “Senemar” faciəsinin premyerası olub

Xəbər
May 15, 2019

Teatr Xadimləri İttifaqında “Ezop-Əzab”

Xəbər
May 14, 2019

ADMİU Beynəlxalq Elmi Konfransa dəvət edir

Xəbər
May 10, 2019

Prezident mükafatçıları məlum oldu

Xəbər
May 10, 2019

Prezident fərdi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb

Xəbər
May 10, 2019

“Ey Azərbaycanım”

Xəbər
May 10, 2019

“Danabaşlar” tamaşası nümayiş olunub

Afişa
May 10, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (9 may – 15 may)

Xəbər
May 10, 2019

Rəhman Rəhmanovun səhhəti pisləşib

Aygün Aslanlı, “Yoxsa”…

TeatrO.az saytının “Yoxsa” 21 ekspress sual layihəsində kinoşünas Aygün Aslanlı

1.Ay, yoxsa gün? – Hər ikisi. Biri digərindən ayrı mövcud deyil.

2. Tənqid, yoxsa təhlil? – Təhlil. Çünki tənqiddən daha əhatəlidi və çoxqatlıdı. 

3. Söz, yoxsa təsvir? – Çox güman ki, kinodan gedir söhbət. Təsvir. Amma sözləri də sevirəm. 

4. “Albalı bağı”, yoxsa “Nar bağı”? – Konkret cavab verməyə məcburamsa, “Albalı bağı”, əlbəttə. Hərçənd bu iki filmi bir-biriylə müqayisə eləmək doğru deyil.

5. Fuad Poladov, yoxsa Ceyhun Mirzəyev? – Hər ikisi.

6. “Üç meymun”, yoxsa “Üç ifritə”? – “Üç meymun” olmasaydı, “Üç ifritə” də olmazdı.

7. Monoloq, yoxsa dialoq? – Dialoq, əlbəttə.  Həqiqət diskussiyada üzə çıxır. Diskussiya isə monoloq formatında qeyri-mümkündür.

8. Lars von Trier, yoxsa Pier Paolo Pasolini? – Hər ikisi. Bu, müqayisə və ya seçim mövzusu deyil. Fərqli dövrlərdə yaşamış, yaşayan, fərqli estetikaya və fərqli kino dilinə sahib iki rejissordur.    

9. Art-hause, yoxsa kommersiya? – Art-hause üstəgəl kommersiya.  

10. Batman, yoxsa Supermen? – İkisi də eyni bezin qırağı deyil?

11. Cəfər Pənahi, yoxsa Əsgər Fərhadi? – Əsgər Fərhadi. Fərhadinin filmlərinin yozum spektri daha genişdir.

12. Don Kixot, yoxsa Don Juan? – Don Juan. Don Juanlara qarşı zəifliyim var. 

13. Blue, yoxsa Red? – Qırmızı.

14.Gender,yoxsa feminizm? – Gender. Əslində, biri o birindən doğur və bir-birini izah eləyir.    

15. Edip, yoxsa Elektra?  – Medeya. Məncə, Medeya daha maraqlı obrazdı.

16. Hans Zimmer, yoxsa Ramin Djawadi? – Hər ikisinin film bəstəkarı olduğunu Vikipediyadan öyrəndim. Filmlərə baxanda bəstəkarların adına xüsusi diqqət yetirmirəm, doğrusu. Dinləyim, sonra cavab verərəm.

17. “Yeddi samuray”, yoxsa “yeddi cücə”? – “Yeddi samuray”. Hərçənd ikisi də eyni mövzunun fərqli variasiyalarıdı.

18. Ayaz Salayev, yoxsa Aydın Dadaşov? – Aydın Dadaşov. Hər ikisi çox sevdiyim müəllimim olub. Sadəcə, Aydın Dadaşovla bağlı heç vaxt məyusluq hissi keçirməmişəm.

19. “Kişi və qadın”, yoxsa “Gün keçdi”? – “Kişi və qadın”.

20. #imkanverinçəkək, yoxsa #çəkinimkanverək? – “İmkanverinçəkək” ki, çəkmək imkanımızınolub-olmadığını öyrənək.

21. Əhmədli, yoxsa 28? – Əhmədli. Şəhərə Əhmədlidən gedəndə yolda kitab oxumaq imkanım olur. 

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir