Ana səhifə » Kinoteatr+ » Kino » Aydın Talıbzadə – “Qum adam” – kino qeydləri

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Aydın Talıbzadə – “Qum adam” – kino qeydləri

Su kimi qum da çəkir adamı özünə: sanki magiyası var. Elə ki qumsallığı gördün, üstündə ayaqyalın gəzmək, bardaş qurub əyləşmək, əllərini quma basdırmaq, onu xamça-xamça götürüb ətrafa səpələmək, qısası, qum dənizində çimmək istəyirsən. İnsan suda olduğu kimi qumda da şəkillənir. Qumun suya bənzəri çox. O da elə bil axır su kimi. Qum dənəciklərini bərkimiş su damlaları kimi də təsəvvür etmək mümkün. Fantast yazıçıların əsərlərində ola bilər ki, bir gün kimsə öz evində yuyunmaq üçün su kranını açsın, amma oradan su əvəzinə qum gəlib tökülsün və insanı Alfred Hiçkok üslubunda ölənəcən sarsıtsın, təlaşlandırsın, qorxutsun.
Absurdistan həmişə qumsallıqdır.
Çağdaş ədəbi dalğada kim qumla bağlı nə yazırsa yazsın, nə deyirsə desin, birinci yapon Kobo Abe və onun “Qumlar içində qadın” (1962) romanı yada düşür. Romançılıqda adamları predmetləşdirmək, nəsnələşdirmək ənənəsinin müəllifi haradasa elə Kobo Abedir… Onun “Yeşik adam”ından başladı yazarların öz personajlarını müəyyən predmetlərlə identifikasiya etməsi…
Amma bunu araşdırmaq deyil amacım: bir başqa məqsədim var. Bir neçə gün bundan öncə Net sitələrində bir film çıxdı qarşıma: “Qum adam”. Etinasız yanaşdım: diqqət elədim ki, 2011-ci ildə çəkilib və mən bu haqda praktiki şəkildə heç nə eşitməmişəm. Adətən, sənət və ədəbiyyat dünyasının möhtəşəm hadisələri, proyektlərilə əlaqəli məlumatlar necəsə əlüstü çatır adamın qulağına. Bir də ki Kobo Abedən sonra qumla ilişikli heç nə oxumaq, heç nəyə də baxmaq istəmirəm. Düşünürəm ki, Kobo Abenin roman teksturasının dediyindən artıq kim nə deyə biləcək mənə…
Hərçənd üzünü filmin posterində cəmi bir kərə gördüyüm aktyor heç yadımdan çıxmadı. Yenidən qayıtdım “Qum adam” filminə və gördüm ki, İsveçrənin istehsalı olan bu kinokomediya yetərincə prestijli kinofestivallarda yetərincə ödüllər qazanıb, xüsusilə də film içrə qum adam olmuş aktyor Fabian Krüger. Nəhayət ki, özümü məcbur edib baxdım filmə və heyifsilənmədim. Janr etibarı ilə film özünü fentezi, qara komediya və dram sərhədlərində gerçəkləşdirsə də, buradan qəribə bir ümumbəşəri absurd boylanır. Filmi bir özgəsi kimi seyr edirsən; aktyorlar da autentikliyə can atmırlar, özləriylə personajlar arasındakı acı təbəssüm distansiyasını duyurlar və seyrçiləri yaxın buraxmırlar ki, onlar da aşırı həyəcanda bulunmasınlar.
Buna rəğmən finalda təəssüf hissi səni tərk etmir. Heç kimə yox, dünyaya təəssüflənirsən, varlığa təəssülənirsən…
Elə bilirsiniz, bu bəyanatın ardınca ekran əsərini götürüb təhlil eləyəcəyəm? Heç yuxuma da gətirmirəm… Film kinosənətinin şedevri deyil: amma birmənalı şəkildə art-haus silsiləsində sıralanır.
Məni ssenari valeh etdi: həm bir nağıl-fantaziya kimi, həm fəlsəfi bir konstrukt kimi, həm orijinal bədii ideya kimi, həm də düşüncə oyunu kimi.
Fabulası bu: arıq, uzundraz, xəstəhal birisi filatelistdir, yerli marka mafiyası zəncirində kiçik bir həlqədir, sıravi birisidir və dükanda sakitcə marka alverilə məşğul olur: görəvi sadə insanların satdıqları markaların qiymətini “öldürüb” ucuzlaşdırmaqdır. Adı Bennodur (təxəyyüldə “mən yoxam”, “yoxun oğlu”, “mən doğulmamışam” kimi yozulub anlaşıla bilərmi?) onun: Sürixdə yaşayır, bir sarışın qadınla ara-sıra görüşsə də, ona öz sevgilisi kimi yanaşsa da, tənhadır, zavallıdır; di gəl ki, həyatından razıdır, şikayətləmir. Lakin bir dəfə (görəsən, bu “bir dəfə”lər olmasa, nə olar?) şəhərin sakit gecələrinin birində birinci mərtəbədəki kafenin cavan sahibəsi müğənnilik arzusu ilə başlayır hay-küy qopara-qopara məşq eləməyə və bununla da Bennonun yuxuları pozulur, qatışır. Məqamın konflikti, psixoloji dissonansı bu ki, həmin bu marka alverçisi təsəvvüründə özünü Bethoven səviyyəli istedadlı musiqiçi, musiqi ustadı bilir deyə, Sandranın məşğələlərinə aşkar kinayə və aqressiv nifrətlə yanaşır. Getdikcə bu kinayə və nifrət erotik yuxulara ötürülür, orada öz sublimasiyasını tapır və məlum olur ki, Sandra da Bennonun gördüyü yuxuların eynisini görür, yuxuda eyni erotik fantaziyaları yaşayır.
Buracan hər şey Fğoyd (Freyd) əminin dedikilərinə oxşayır və məhz buracan olanı mənə yeni heç nə demədi: çağdaş ədəbiyyata, kino və teatr sənətinə o qədər belə variasiyalar bəlli ki… sayı yox, hesabı yox…
Bax, maraqlı nə varsa, elə bundan sonra başlayır…
Bir səhər Benno masanın üstündə qum dənəcikləri aşkarlayır və anlayır ki, bu qum onun öz bədənindən tökülüb. Bir gün keçir, iki gün keçir, görür ki, qum dayanmır, köynəyinin qollallarından, şalvarının balaqlarından elə hey şırhaşır axıb tökülür, bütün günü tökülür, yatanda da, ayıq olanda da tökülür… Adam hövllənir, adamı dəhşət bürüyür, qaçır Sandranın yanına ki, sirrini ona açsın, dərdini söyləsin.
Və Sandra ilə söhbət anındaca qəfildən başa düşür ki, qum yalnız o, yalan danışanda ondan tökülür. Bir məqama diqqətinizi yönəltmək istərdim: almanca (həm də ingiliscə) “Sandman” (qum adam) və “Sandra” (Sand-ra) sözləri bir-birinə uyğundur. İri bir şəhərdə onların gəlib qonşu olmasının, yuxularının birgəliyinin mifoloji fakturası buradamı? Dil qatında oyunlar qurub Sandranı Qum-Ra kimi də yozmaq mümkünmü?.. Niyə də yox? Yer üzündə Günəşi obrazlı düşüncə müstəvisində ən çox xatırladan nəsnə, məncə, qum…


Yalan danışdıqca adam qum olub qurtarır. Nəinki yalan danışmaq… hətta fikrirndən yalan keçdiyi saniyədəcə Bennonun bədəni həməncə misqal-misqal quma çevrilir. Artıq marka alverçisi müştəriləri də aldada bilmir: qum əlüstü xəbərə gəlir. Beləcə, Benno gündən-günə azalır, amma heç cür xislətini sarmış yalanlardan azad olmur, qumun qarşısını almağı bacarmır. Qumsa elə hey gecə-gündüz bilmədən axır, axır, çoxalır, bütün mənzili basır. Və bir gün Benno yuxudan ayılanda duyur ki, qum təpəciyinin içindədir, tərpənə bilmir…
Qum ölü Bennodur. Benno zaman-zaman necə öldüyünün şahidi olur, öz bədəninin ölüsünü öz gözlərilə görür.
Bu qum bir xüsusiyyətilə də fərqlənir: onun qoxusu var; kimin burnuna dəyirsə, həmin adam elə oradaca bihuş olub, məst olub yatır. Bu, yalanın ətridir. Yalan da narkotik maddə kimi bir şeydir və insanları asılılıqda saxlayır. Odur ki, insanların hamısı yalana tez öyrəşir, tez aludə olur.
Yalan yaşamaq üçün narkotik vasitədir. Bütün dünya yalan içindədir.
Filmin sonunda Bennonun bədəni tamam quma dönür və Sandra gəlib onun paltarlarını etinasızcasına götürüb içəri aparır: elə bil ki öz kafesinin qarşısını lazımsız zibildən təmizləyir…
Ağıllı filmdir: adamı fikir dənizinə atır. Mən “Qum adam” filmini kino-mif adlandırardım; elə bir kino-mif ki, onun fakturasında alman eksppessionizmi ilə Emil Kusturitsanın kino estetikası bir-birinə qarışdırılıb..
Əgər insanlar yalan danışanda onlardan qum tökülsə nə olar? Bütün dünyada bir adam da qalmaz: qum olar hər yer…. dünyanın özü qum içində batar. Çünki elə adam yoxdur ki, yalan danışmasım…
Kaş belə bir yazılmamış qanun olaydı. Heç kim onda yalan danışmağa cürət eləməzdi…

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir