Ana səhifə » Pəncərə » MDB » Anar Erkebay – “Arşın mal alan” müzikli Qazaxıstan səhnəsində”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Anar Erkebay – “Arşın mal alan” müzikli Qazaxıstan səhnəsində”

“Arşın mal alan” musiqili komediyasının Şərqi Qazaxıstan vilayət Gənclər Teatrındakı premyerası yubiley tamaşasına çevrildi – gənc truppanın onuncu tamaşası oldu. Gürcüstandan dəvət olunmuş rejissor Qoça Xviçia janrın xüsusiyyətlərini qoruyaraq klassik əsərin müasir interpretsiyasını yarada bilmişdi.

Melodiklik, real həyat-məişət süjeti, dəqiq tapılmış xarakterlər, tamaşanın oyun başlanğıcı, lirik-sentimental sevgi xətti və Üzeyir Hacıbəylinin məşhur operettasının komediya personajları yeni simalar tərəfindən Öskemen səhnəsində öz təcəssümünü tapdı.

Ü.Hacıbəyli öz operettasında Avropa musiqi mədəniyyətinə çoxlu Azərbaycan xalq musiqi və rəqs intonasiyalarını daxil etdiyi halda, gürcü rejissorunun quruluşunda Şərq koloriti yalnız musiqidə qorunmuş, əsas süjet isə müasir yozumda  həll edilmişdi.

Gənclər Teatrı musiqili tamaşanın quruluş ənənəsini nəzərə alaraq, cəsarətlə yeni həll yolları tətbiq etmişdi. Komediya elementləri və dramatik hadisələr möhtəşəm mahnı və rəqslərlə birləşərək tamaşanın bədii mahiyyətini müəyyənləşdirirdi.

Aktyorlar “Xanımlar və cənablar!” tamaşa başlanır deyərək zaldan səhnəyə qalxırdılar. Bu proloqda aktyorlar ingilis dilində “Siz Hollivudda deyil, Qazaxıstandasınız! Ənənələri yeniləməyin vaxtı gəlib çatıb!” deyib, öz araqçınlarını çıxarır və səhnənin önünə qoyurdular. Rejissor bu araqçınları bütün tamaşa boyu səhnənin önündə saxlayaraq, sanki seyrçilərə məxsusi şəkildə bildirirdi ki, milli ənənələr heç vaxt unudulmur, Qərb mədəniyyəti nə qədər bizi üstələsə də, biz öz köklərimizi unutmamalıyıq.

Rejissor mətni qısaldaraq, tamaşanı daha yığcam şəklə salmış, əsas diqqəti sözlərə deyil, mahnı və rəqslərə, hərəkət və plastikaya yönəltmişdir. Operetta janrının təbiətinə sadiq qalan Qoça Xviçia hərəkət dinamikasını gücləndirərək truppanın gənc aktyorlarının böyük imkanlara malik olduğunu göstərə bilmişdir.

Hər bir aktyor xəsislik etmədən əlvan boyalardan bəhrələnərək öz obrazına xüsusi xarakter tapa bilmişdir. Səhnədə mənfi personaj olmasa da, bolluca gülməli vəziyyətlər vardı. Lakin seyrçilər onlara deyil, onlarla bərabər gülürdülər. Həmçinin, qeyd etmək lazımdır ki, tamaşanın uğurunu təmin edən cəhətlərdən biri də müasir gənclərin psixologiyasının nəzərə alınması idi.

Sevgiyə görə arşın malçı kimi geyinməyə də razı olan tacir Əsgəri Aydos Nurmaqambetov oynayırdı. Yalnız sevdiyi insana ərə gedəcəyini qəti şəkildə qərara alan Gülçöhrə rolunu isə Dinara Juldızqızı canlandırırdı. Gənc, gözəl aşiqlər tamaşanın təkcə lirik xəttini aparmırdılar, ona həmçinin, çoxlu komik elementlər də əlavə edirdilər. Əsgər Gülçöhrəyə öz sevgisini göstərmək üçün Hollivud filmlərindən tez-tez rast gəldiyimiz köpək kimi zingildəyirdi ki, bu da indiki gənclərə çox tanış gəlir və zalda yüngül gülüş yaradırdı.

Cahan rolunda aktrisa Diana Kazıkeşevun ifasında da yeni oyun axtarışı gözə çarpırdı. Cahanın gah gülərək, gah da ağlayaraq hər zaman öz istəyinə çatması çox komik vəziyyət yaradırdı. Diana həddini aşmadan qroteskdən gözəl istifadə edir, bununla yanaşı, obrazının komikliyini qabardırdı.

Dulat Okasovun Süleyman rolu isə əsl Hollivud qəhrəmanı kimi alınmışdı. Rejissor işləməsində o, amerikan təhsili və mədəniyyəti almış bir şəxs olaraq doğma şəhərinə qayıtdıqdan sonra burada mafiya qruppasının kiçik bir lideri kimi təqdim edilir. Təəccüblü deyil ki, Sultan bəyin qızını tanımadığı Əsgərə verməsi Süleymana təsir edir və silahını işə salır. Obraz maraqlı alınsa da, aktyorun səsinə intonasiya boyaları əlavə etməsi heç də pis olmazdı.

Yerjan Amatayev və Dinara Kabışeva öz ifalarında Vəli və Telli obrazlarını həqiqi klassik komik nökər cütlüyü kimi yarada bilirlər. Onların “-Pulun var? –Var, var!” duetləri müasir gənclərin mühüm və aktual problemini qaldırırdı. Rejissor bu mahnını bir neçə dəfə səsləndirməklə müasir dövrdə baş verənlərə xüsusi vurğu vururdu.

Tamaşada bütün türk xalqlarının ənənələri, mahnı və musiqiləri, rəqs və komik elementləri çox uğurlu şəkildə oxunurdu. Bu, təkcə tamaşaya bəzək kimi xidmət etmirdi, eləcə də, onun bədii bütövlüyünü qorumağa kömək edirdi. Bu tamlıq həmçinin dəqiq səhnə həllini tapmış hər bir aktyor oyunu və rejissor fikri ilə də şərtlənirdi. Tamaşada kütləvi səhnələr də illüstrasiya kimi deyil, komediyanın ayrıca personajı kimi yaxşı işləyirdi. Rejissor onları uğurlu şəkildə hadisələrin süjetinə daxil etmişdi, onlar tamaşanın hər səhnəsində çıxış edirdi. Süleyman səhnəyə çıxanda silahlanmış köməkçiləri olur, Gülçöhrə ariyasını oxuyanda onun ərtafında fanarlarla rəqs edərək, onun sevgisinin necə yarandığını göstərir, Əsgər öz sevgisin Gülçöhrəyə etiraf edəndə isə onları gül-çiçəklə əhatələyərək, sevgi rəqslərinə dəstək olurdular.

Muziklda söz, mahnı, rəqslər, plastika orqanik şəkildə birləşmişdi ki, bu da Gənclər Teatrında bu janrın yaxşı mənimsənildiyini göstərirdi. Aktyorlar rəqs edə-edə oxuyur, dialoqlardan xor musiqilərinə rahatca keçirdilər. Əlbəttə, bütün bunları gənc ifaçıların dəqiqliklə ifa etmələri üçün ciddi hazırlıq tələb olunurdu. Onların ruhlandırıcı oyunları o qədər enerjili və orqanik idi ki, bu əsərin tərcümə pyesi olmasına inanmaq olmurdu.

Tamaşanın yeganə zəif cəhəti səhnə tərtibatı idi. Şərqi Qazaxıstan vilayət Dram Teatrının rəssamı Şota Qoqovadze əsərin bədii məzmunu ortaya qoya bilməmiş, janr özünəməxsusluğunu tapmamışdı. Belə ki, keçən əsr üslubunda olan dekorasiya heç cür müasir yozumlu əsərlə səsləşmirdi. Ən vacib kompanentlərdən olan işıq effektləri çatışmırdı.

Gənclər Teatrı klassik irsə müasir yanaşma göstərdi, gürcü rejissor Qoça Xviçia isə özünün bütün yaradıcı prosesi professional şəkildə qurmağa qadir olduğunu sübuta yetirdi.

Gürcü rejissorunun səhnəldiyi, qazax aktyorları tərəfindən ifa olunmuş Azərbaycan bəstəkarının “Arşın mal alan”  musiqili tamaşası özündə operetta üslubunu və müasir şounu birləşdirərək, incəsənətdə həqiqi multikulturalizm modeli yaratdı. Ümid edirik ki, tamaşanın repertuarda ömrü uzun olacaq və hər dəfə anşlaqla keçəcək, Öskemen Gənclər Teatrı isə öz axtarışlarını davam edəcək və ölkədə müasir istiqamətdə işləyən istedadlı truppalardan biri olacaq.

Anar Erkebay, teatrşünas,
T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının
dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir