Mozaika Aliyə Dadaşova, "Yoxsa..."

Aliyə Dadaşova, “Yoxsa…”

-

TeatrO.az saytının “Yoxsa” 21 ekspress sual layihəsində teatrşünas Aliyə Dadaşova:

1. Şərq, yoxsa Qərb?
– Qərb. Çünki… bir düşüncə sistemi gətirib, sivil cəmiyyət modeli yarada bilib.

2. Teatr, yoxsa kino?
– Teatr. Çünki… teatr indi baş verən bayramdır.

3. Vaqif İbrahimoğlu, yoxsa Hüseynağa Atakişiyev?
– H.Atakişiyev. Çünki… həyat-teatr-tale – hamısı iç-içədir.

4. İmpressionizm, yoxsa kubizm?
– Kubizm. Çünki… çoxölçülüdür, obyektin hətta rəssamın özünə gözlənilməz olan tərəfini ortaya çıxarır.

5. Komediya, yoxsa faciə?
– Komediya. Çünki… faciə deməyə qorxdum.

6. Kauzal konflikt, yoxsa ekzistensional?
– Ekzistensional. Çünki… konflikt ən əvvəl ekzistensionaldır.

7. Hamlet, yoxsa Kefli İsgəndər?
– Hamlet. Çünki… əvvəl-axır onun suallarına gəlib çıxırsan.
8. Söz, yoxsa əməl?
– Söz. Çünki… əməl bir şeydir, sözdəsə edə bilmədiklərin də var.

9. Duymaq, yoxsa düşünmək?
– Duymaq. Çünki… başqasını hiss etməkdir.

10. M.F.Axundzadə, yoxsa H.Cavid?
– Cavid. Çünki… “Şeyx Sənan”ı, yazıb.

11. Şekspir, yoxsa Bekket?
– Düzü, Bekketdən ikicə pyes oxumuşam.

12. Tarkovski, yoxsa Spilberq?
– Tarkovski. Çünki… Spilberqlə seçim qoydun. Yoxsa ki, Antonionini deyərdim məsələn.

13. Bethoven, yoxsa Qara Qarayev?
– Bethoven. Çünki… tanış deyil, okean kimidir-hara çıxacağını bilmirsən.

14. Stanislavski, yoxsa Brext?
– Brext. Çünki… təqdim etdiyi teatr sistemi olaraq deyil, dramaturq kimi, publisist kimi, dünyabaxış sahibi olaraq çox şaxəlidir.
15. Al Paçino, yoxsa Fuad Poladov?
– Poladov. Çünki…  çünkisi yoxdur.

16. Pikasso, yoxsa Səttar Bəhlulzadə?
– Gərçi Pikassonu çox xoşlayıram, amma Səttar Bəhlulzadə doğmadır.

17. Kitab, yoxsa internet?
– Kitab. Çünki… kitabla dünyadan qopa bilirsən.

18. Azadlıq, ya komfort?
– Azadlıq. Çünki… azadlıq elə rahatlıqdır.

19. Müsahibə, ya resenziya?
– Resenziya. Çünki… müsahibəni yığmaq əzabdır.

20. Sevmək, yoxsa aşiq olmaq?
– Aşiq olmaq. Çünki… fərqli bir hissdir. Uçursan aşiq olanda.

21. Şamaxı, yoxsa Bakı?
– Bütün dünya.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik