Ana səhifə » Kino » Aliyə Dadaşova – “Qiyamət: Trierin dövri və cari qorxuları…”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Resenziya
İyul 4, 2019

Şarpantye, musiqini ver! Buyurun teatra                     

Xəbər
İyul 3, 2019

Lənkəran teatrı İrana festivala gedir

Xəbər
İyul 3, 2019

Əməkdar artist ürəyindən əməliyyat olunub

Xəbər
İyul 3, 2019

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Müsahibə
İyul 2, 2019

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Müsahibə
İyul 2, 2019

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Xəbər
İyul 2, 2019

21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Xəbər
İyul 2, 2019

“Dovşanın ad günü”nə hazırlaşanlar

Xəbər
İyun 24, 2019

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Mövqe
İyun 24, 2019

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

Müsahibə
İyun 20, 2019

Xəyalə Rəis – Səhnədə 400 qərənfili öldürən ingilis tamaşası 

Aliyə Dadaşova – “Qiyamət: Trierin dövri və cari qorxuları…”

Tam bir həftə əvvəl məşhuri cahan Danimarka rejissoru Lars von Trierin “Cekin tikdiyi ev” adlanan yeni filminə baxdım. “Film necədi?” soruşanlara bir cavabım vardı: “Qırğın, qiyamət!”. Amma dil, o qədər çox mənalanıb ki, mövzu və məzmunu qəsd etdiyim bu iki kəlmə dilimizdə “əla, möhtəşəm” anlamına gəlir. Oysa mən yaxşı və yap pis təyinindən qaçmaq istəyirəm, tam əksinə olaraq, baxanda da qəddarlıq səhnələrinin peşəkarca dəqiq və təsirli işlənməsinə görə ürəyimdə rejissoru söymüşdüm.Bir rejissora “niyə bunu çəkmisən?” kimi sual birinə “niyə belə yuxu görmüsən?” kimi olduqca gülünc bir sualdır, amma tamaşaçıya “bəyənmədiysən niyə buna baxırsan?” sualını vermək olar. Məsələ bu qədər sadə deyil.
Xeyli tamaşaçının zalı yarımçıq tərk etdiyini zorakı səhnələr üzündən filmi izləyə bilmədiyini oxudum. Elə ondaca ağlıma “media marketing” təcrübəsindən doğan bir sual gəldi: madam ki, adamlar zorakılıq səhnələrinə baxa bilmir, filmdə oğlanın ördək balasının ayağının qayçı ilə kəsməsinə içini çəkir, bəs hadisələrin pornoqrafikcə detallı təsvir olunduğu, açar sözləri başlığa çıxarılıb oxucunu mətnə çağıran, zorakı məzmunlu məqalələri kim oxuyub reytinq siyahısına salır? Niyə bu qədər çox baxılır bu video və məqalələr? Sadizmmi? Qorxumu? “Yaxşı ki, qurbanın yerində deyiləm” rahatlığımı, ya nə? Və filmdə buna baxa bilməmək niyədir? Onu gerçək saymamaqmı?
Bu suallar bir şəkildə filmi qəbul etməyə başlamaq idi. Bu proses bu günədək çəkdi və bu vaxtadək filmdə nəfəsini duyduğum Nitşenin iki əsərini oxudum, Pazolinin iki filminə filminə, Uilyam Bleykin rəsmlərinə baxdım, Trierin bir neçə il əvvəl Kanndakı Hitler söhbətinin videoyazısını izlədim, bir müsahibəsini çevirdim, bir-iki rus tənqidçisinin ağlabatan və ağlabatmayan şişirdilmiş fikirlərlə dolu məqalələrini oxudum və paralel olaraq çoxdan baxmağa başladığım “İdiot” serialına davam etdim. Hətta nə vaxtsa izlədiyim və yutubun təklif etdiyi “Aşkı-məmnu” serialından bir iki epizod da izlədim. Bunları bura niyə yazıram, çünki hətta sonuncuları mövzu ilə əlaqədar izləməsəm belə hamısının bir-biriylə əlaqəsi var.

Hamı burada

“Antixrist” və “Nimfomanka”dan Trierin Nitşe fəlsəfəsinə söykəndiyini, bu fəlsəfədən yola çıxıb insan təbiəti haqda, qadın haqda (niyə qadın? Bəlkə ona görə ki, qadın genetika bankıdır, yaddaş kartı kimi bir funksiyası var), psixoloji-fəlsəfi araşdırmalar etdiyi məlumdur.
“Cekin tikdiyi ev”də bu iki filmdən başqa “Melanxoliya” da var. Yəni, film həm də qiyamətdən bəhs edir. Qarşıdakı qiyamətdən. Yalnız “Melanxoliya” deyil. Bəlli bir süjeti olsa da (Manyak qatilin beş işini, qətl əsərini izləyirik və bu süjeti onun Vyorç adlı biri ilə etiraf xarakterli fəlsəfi söhbəti müşaiyət edir. Sonda Cek öz cəsəd emalatxanasında film boyunca bağlı gördüyümüz dəruni otağı açır və bayaqdan onunla söhbət edən Vyorçla qarşılaşır. Polislər onu tutmadan Vyorç Ceki cəhənnəmə aparır. Vergili və Dantenin cəhənnəmə enməsi tablolarını stilizasiya edən rejissor Cekin cəhənnəmə vasil olması finalı ilə filmi bitirir) film göndərişlər və assosiativ parıltılar yığıncağıdır. Bu yığıncaqda siz çox adamı tanıya bilərsiz: mövzu ideya qatında Nitşenin nəfəsi duyulur, Cek rolunun ifaçısı Mett Dilan zahirən Pazoliniyə oxşayır, Vergili və Dante də gəlib, Hitler və Stalin də gəlib, Bleykin misrası eşidilir, Apokalipsis haqda rəsmlər canlandırılır, Renuarın filmini, Spilberqn epizodlarını xatırladan kadrlar da var, bir sözlə, hamı buradadır, (hətta “hamı səni sevənlər buradadır”) xilaskarlar sənətarlara, günahkarlar səbəbkarlara qarışıb. Çünki Cek evini tikib bitirə bilmir. Onda alınmır, çünki Cek olsa-olsa mühəndisdir. Amma daha başqa səbəb var buna, az sonra qayıdacağıq. Yığıncağın qonaqlarını qarşılamaq lazımdır.

Nitşe

“İşimizə bax, indi məqalə müəllifi baxdıqlarını və oxuduqlarını bir-bir sırıyacaq”, deməyə tələsməyin. Çünki belə niyyətim yoxdur, sadəcə yaza-yaza düşünürəm.
Trierin “Cekin tikdiyi ev”də Nitşenin “Əxlaqın şəcərəsi haqında” və “Xeyir və şərin o biri üzü” kitabından təsirləndiyi aşkardır. Filmdə xeyir və şərin mahiyyəti haqqında bir neçə epizod var.
Bu epizodlara varmamış Nitşeni anlamaq üçün bir tərcümə xətasından qaçmağımız, “əxlaq” və “mənəviyyat” anlayışlarını ayırmağımız lazımdır. Çünki, əxlaq toplumun qəbul etdiyi dəyərlər sistemisə, mənəviyyat fərdin yaşadığı hisslər diapazonu və dərinliyi, ruhsal məzmunun göstəricisidir.
Nitşe kitabında Xeyir və Şər sütunlarında təsnifatlandırılmış dəyərlər sisteminə bir də baxmağı təklif edir və bu dəyərlər sisteminin, yəni əxlaqın, qısacası, Xeyir və Şərin tarixdəki şəcərəsini soraqlayır.
Qənaətləri ilgincdir: Xeyir dediyimiz güclülərin, əsillərin (əsil-nəcabətlilərin) özlərinə görə prinsipi ilə tərtib etdiyi kateqoriyadır. Amma günümüzdəki əxlaq bu deyil, günümüzün zamanla zəiflərin (yəni qorxaqların) dəyişikliyə məruz qoyduğu, başqalarına görə prinsipi ilə qurulan kölə əxlaqıdır. Və onun fikrincə, bu məkrli əxlaq təbii instinktləri ört-basdır etməklə riyakarlıq qazandırır, bu riyakarlıqla deqradasiya yaradır, məhvə aparır.
Əgər Xeyir və Şər anlayışları dəyərlər kateqoriyasında dəyişibsə, Xeyir Şər, Şər Xeyirsə, onlar arasında bir bərabərlik qoymaq olmazmı?
Trierin qatil qəhrəmanını bu sual məşğul edir. Qurbanlarının cəsədlərindən kompozisiyalar yaradıb foto çəkilişlər edərkən o dualist yanaşmanı, Xeyir və Şəri izah edir: fotoneqativdə işıq mənbəyi qara ləkə kimi görünür. Deməli, işığın tərs üzü qaranlıqdır. Yəni İnsanın olduğu kimi işığn da kölgəsi, Işığın da qaranlığı var. İşıq qaranlıqsa, qaranlıq işıqsa… Trier bunun ardınca çox getmir. Onu başqa tərəf maraqlandırır. “Məni tərfiləyəndə utanıram, çünki gizlində bunu arzulayıram”. Hansısa filosofun fikridir, xatırlaya bilmirəm (hardan xatırlayasan, beynimiz fikirlər zibilliyidir). Bu aforizmdə təvazökarlıq bərabərdir şöhrət arzusu. Bu bərabərləri analoji olaraq çox yerə qoymaq olar. Amma bu nə qədər düzgündür? Trieri işığın kölgəsi maraqlandırır. Xeyirin kölgəsi. Insanın kölgəsi. Qatilin kögəsində olduğu kimi – Bir epizod qatilin öz vəziyyətini sxematikcə izah etməyə həsr olunub. Qrafik animasiyada qatilin kölgəsi onun qorxuları, əzabları və arzularıdır. Qətl anında o tamamən kölgəsizdir, azaddır.

Azadlıq ziddiyyəti, demokratiya tələsi

Bugünkü əxlaq və dəyərlər sistemi Nitşenin deyimincə, “kölələrin əxlaqı” qorxaqlar yetişdirir. Yeri gəlmişkən, bu günkü kinematoqrafiyada bu xətt aydın sezilir. Məsələn, Zvyaqintsevin “Leviafan”ında Dövlət=antidövlət ideyası irəli sürülürdü. Filmin ana xətti deyir: Insanın təhlükəsizliyi üçün yaranan dövlət insanı darmadağın edir.
Yoxsa özünə Dəccal ləqəbi verən Nitşe öz proqnozlarında haqlı çıxıb?
Əxlaqın tərksilah etdiyi müasir insan dünyada baş verən vəhşilikləri ekrandan izləyən, demokratiya gözləyərək, tirtir əsən dovşana çevrilib. Hələ demokratiya öz dəyərlərinə inanırmı? Onu qoruyurmu?
Sivil dəyərlər yaradan, demokratik Avropanın göbəyində-Kannda Trierin özünü fikrini (lap Hitlerə rəğbəti haqda olsa belə) söylədiyinə görə dışlamadılarmı? Söz azadlığıbəs hara getdi?
İndi Trierin Xeyir və Şər anlayışını tərsinə çevirməyə haqqı çatmırmı?
Trier apokalipsis haqda proqnoz verir. Cekin tikdiyi ev müasir dünyadır və bu ev insan cəsədlərindən tikilib. Nədən? Suala yenə Trierin filmilə Nitşe cavab verir: çünki müasir insanın əxlaq anlayışında problem var. Instinktlərini gizləyib yalançı əxlaq yolunda azadlıq axtarır müasir insan. Bu paradoks deyilmi? İnstinktləri gizləyib azadlıq axtarmaq? Odu söndürüb küllə oynamaqdır bu…
Manyak-qatil Cek də qurbanları ilə belə edir: onları öldürüb sonra yenidən diriltməyə çalışır: gözlərinə çöp qoyub iri-iri açır, yanaqları dartıb donduraraq güldürür, quruluş verib müxtəlif pozalarda dondurur.
Cek bunu sənətkarlıq adlandırır.
Deməli, filmdə nəzəri olaraq iki Cek var: öldürmək instinktinin ardınca gedən və öldürməkdən həzz alan, özü olan qatil manyak Cek – Əsl Cek.
Sənətkar-qatil uydurmasının qurbanı oan mister Nəfislik ləqəbli uydurma Cek. Qurban Cek.Rus tənqidçiləri Ceki müəllifin özü ilə paralelləşdirir, filmi yaradıcılıq haqda manifest adlandırır. Məqbul yozumdur, amma filmi bir yerə aparıb çıxarmır. Cekin özünü sənətkar adlandırması və qurbanlarını əsər kimi təqdim etməsi, Cekin – Trierin mütləq şəkildə azad olduğu qətl anından-yaradıcılıq aktından kənarda əzab çəkən varlığa çevrilməsi və böyük sənətkarlıq nümunələri qarşısında sadəcə mühəndis olmasını anlaması (Trierin özü haqda etirafı). Əlbəttə, bu yanaşma “Cekin tikdiyi ev”i Nitşe fəlsəfəsinin süjetli şəkilli interpretasiyası olmaqdan xilas edir. Ona sənətçi etirafı kimi sanballı çalar qazandırır.
Amma məncə, bunlar “Cekin tikdiyi ev”in ancaq görünən tərəfidir. Hətta bəlkə Cekin qırxıncı otaqda aşkarladığı Vyorç-Vergili obrazı və Cəhənnəm finalı da məxsusi olaraq düşünülüb, moralist tənqidçiləri cəhənnəmdə bir yerdə azdırmaq üçündür (Adam vaxtilə x”Berlin üzərində səma”da xilaskar mələk rolunda da oynayıb). Hərçənd Vyorç-Vergili həm də qəhrəmanını danışdırmaqla filmin süjet həllinə kömək edir, sözün hər iki mənasında Cekin əlindən tutub cəhənnəmin astanasınadək, filmin sonunadək gətirir.
Və ən vacib sualı verir:
– Axı sən ev tikirdin, Cek?
– Hə mən onu tikib bitirə bilmədim.
– Sən deyirsən ki, vacib olan materialdır. Material quruluşu diktə edir…
Cekin materialı qurbanlarının cəsədləridir. O bu cəsədlərdən ev tikir. Bu evdə yaşaya bilmir. Çünki Cek “memar deyil, özünü memar sayan mühəndisdir”. Bunu Vyorç onun üzünə deyir.
Özünü memar yerinə qoyan mühəndis Cek müasir əxlaq sistemindəki insandır. O evsə o müasir insanın yaşadığı, daha doğrusu yaşaya bilmədiyi dünyadır.
Əsas personajın temporitmi, sərgüzəşt danışan qəhrəman şuxluğuna baxmayaraq film məzmunca ağır, ideyaca pessimistdir. Amma alkoqolizmdan əziyyət çəkən, qəhrəmanının obsessiv-kompulsiv pozğunluq sindromunu və bir çox düşüncələrini bölüşən Trieri bu pessimistliyə görə qınamaq olmaz. Bu onun yuxusu, öncəgörməsi, qarabasması, həqiqətidir. Və bir seçim deyil.
İnanmaqsa bizim seçimimizdir. Ona, yoxsa “İdiot”da “dünyanı gözəllik (çox güman ki, arxasında əzab dayanan gözəllik) xilas edəcək deyən Dostoevskiyə.
Məqaləni seçmə suallar qoyan fəlsəfi tonla bitirmək istəmirəm. Çoxqatlılıq, mənalar çoxluğu, tanış və ya tanış olmayan sitatlar, nəzəriyyələr insanı yorur. Kinonun saf, heç bir məna ehtiva etməyən təsvirlər təqdim etdiyi o dövrlər necə gözəl idi. Hər şeyin ağ və qara təsvir olunduğu, amma ağa və qaraya bölmədiyi o gözəl, ümidli çağlar. Müsahibəsində 36 dramatik situasiya əsasında qısa, ağ-qara kinoetüdlər çəkmək istədiyini deyən Trier özü də o çağlarda dincəlmək istəyir deyəsən.
Bu, “Hərənin öz kinosu” almanaxında bir-birinin riyakarlığına inanan adamların arasında yanında əyləşəni çəkiclə “vuran” Trierdir; “Mən öldürürəm!”…

mənbə/artkaspi.az

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir