“Qeyri-ənənəvi teatr elanları”

Satirikon teatrı:

“Əziz tamaşaçılar! Xahiş edirik ki, mobil telefonlarınızı söndürəsiniz. Foto və audio-video çəkiliş etmək qadağandır. Ümumiyyətlə, madam ki, teatra gəlmisiz, bəlkə tamaşa gedəndə elektronikadan uzaq olasınız, hə? Bunu etmək çətin deyil. Çünki, mobil telefonun səsi tamaşanın atmosferini korlayır, aşağıdan ekranın işığı ilə işıqlanan simanız qorxunc görünür, aktyorlar sizi görəndə qorxuya düşür. Buna görə xahiş edirik ki, sadəcə onları söndürəsiniz. İsrarımıza görə bağışlayın, adətən, bizə mədəni insanlar gəlir, lakin minlərlə mədəni insanın içində mütləq biri tapılır və ümidvarıq ki, o, bu gün tamaşaya gecikib. Beləliklə, başlayırıq”.

 Kolyada teatrı:

“Əziz analar və atalar, əmilər və xalalar. Siz teatra gəlmisiniz. Xahiş edirik mobil telefonlarınızı söndürəsiniz. Sizin Kolyada teatr”.

 “Na strastnım” teatr mərkəzi:

“Xanımlar və cənablar, ümidvarıq, siz bizi başa düşdünüz! Sağ olun”.

Sokol Rejissura və dramaturgiya mərkəzi:

“Hörmətli xanımlar və cənablar! Xahiş edirik ki mobil telefonlarınızı söndürməyəsiniz. Biz zirzəmidə olduğumuz üçün onsuz da şəbəkədə deyilsiz.”

 Yekaterinburq müasir dramaturgiya mərkəzi:

“Salam. Siz müasir dramaturgiyanın düz mərkəzinə düşmüsünüz. Acizanə surətdə xahiş edirik: Mobil telefonlarınızı söndürəsiniz, foto və video çəkiliş qadağandır. İşdir foto çəksəniz, heç olmasa, onu sosial şəbəkədə #TSD haştağı ilə paylaşın. Biz sizi tapıb layk qoyacağıq! Teatrın üçüncü zəngi itdiyi üçün tamaşanı sizin alqışlarınızdan sonra başlayacağıq”.

Moskva Stanislavsknin evinin qarşısındakı teatr:

“Mobil telefonlarınızı söndürməyi xahiş edirik. Başa düşməyənlər üçün təkrar edirik. Telefonlarınızı söndürün, yoxsa dünənki kimi olacaq!”

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Nigar Pirimova – Cəhənnəm təcrübəsindən sağ qalan Ejla…

Bu yaxınlarda sosial şəbəkələrdə çoxlarının marağına səbəb olan bir filmin epizodları yayımlandı. İlk görünüşdən çoxları bunun bir hollivud filmi olduğunu düşünsələr də, əslində, Azərbaycanda,...

Paytaxt teatrlarının həftəlik repertuarı (25 aprel – 1 may)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 25 aprel N.Qoqol “Müfəttiş” saat 19:00 26 aprel Elçin "Cəhənnəm sakinləri" saat 19:00   Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 26 aprel Ə.Haqverdiyev “Kimdir müəqssir?” saat 19:00 27...

“Bermud üçbucağı”nda – Ayaz Salayev

Kişi çılpaqlığını sənət əsəri kimi təqdim eləmək üçün rejissor gey olmalıdır... TeatrO.az sənət portalının layihəsi: Könül Əliyeva-Cəfərova və Dağlar Yusifin təqdimatında “Bermud üçbucağı”nın qonağı kinorejissor...

Recent

Teatr Xadimləri İttifaqında laboratoriya hərəkatı

Teatr, bir növ “kimyəvi sənət”dir, yəni ki, özünəxas “elementlər cədvəli” və reaksiya üsulları var, olmalıdır. Elementlər cədvəli, xüsusi qayda-qanunlar toplusu hər zaman var, amma...

“Laçında xalq oyunları və meydan tamaşaları” kitabının təqdimat mərasimi keçirilib

Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşən Laçın rayon 37 nömrəli tam orta məktəbdə ADMİU-nun Teatrşünaslıq kafedrasının tələbəsi Vüsalə Musazadənin “Laçında xalq oyunları və meydan tamaşaları”...

Gənc aktyorların əmisi

Mən aktyoram, Aktyor ekranda fironluq eylər. İşıqları yananda, Səhnədə ağlayar-gülər. Dondan dona girərik, Sevilərik sevərik Milyon həyata gəlib, Milyon dəfə ölərik. Vahid Əzizin "Aktyor” şeirində deyildiyi kimi, aktyor səhnədə ağlayar da, gülər...