Ana səhifə » Persona » Aliyə Dadaşova – “Anasının itkisini həyatındakı qadınlarla ovudurdu”

Son yazılar

Afişa
Avqust 23, 2019

3-cü M.A.P Beynəlxalq Teatr Festivalı başlayır

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Aliyə Dadaşova – “Anasının itkisini həyatındakı qadınlarla ovudurdu”

Bu gün tanınmış rejissor, Əməkdar incəsənət xadimi  Hüseynağa Atakişiyevin anım günüdür…

“А снег идет стеной,
А снег идет весь день,
А за той стеной стоит апрель.
А когда мы все посмотрим в глаза его,
На нас из глаз его посмотрит тоска.” (V.Soy. “Aprel”)

Bir nəfəs isti, bir zal soyuq…

Bu yazını bu mahnını dinləyə-dinləyə yazıram…

…Aktyor Evinin buz kimi soyuq, sınıq-salxaq, şəraitsiz zalında işıqlı bir kişi tamaşa hazırlayırdı. Səhnədə triko geymiş aktyorlar vardı, danışdıqca ağızlarından buğ çıxırdı. Bu tamaşa həngaməsinin, bu Qadınla Kişini oynayan aktyorların bir amacı var idi- sevgiyə –xoşbəxtliyə barmağının ucu ilə də olsa toxunmaq, qoxusunu zala hiss etdirmək. Zal elə soyuq idi, rejissor elə susqun idi, xoşbəxtlik elə əlçatmaz idi, adamlarsa elə yalqız idilər, adamın ağlamağı gəlirdi….

Ağlamaq yox, yaşamaq lazım idi, əgər yaşamaqdısa oynamaq lazım idi. Yaşamaq da, oynamaq da şərt idi. Səhnədəkilər də, zaldakılar da bunu bilirdilər.

Bir zamanlar səsi-sədası nüfuzlu xarici festivallardan gələn, hər tamaşası çevriliş olan, amma indi, teatrdan, yaradıcılıqdan bixəbərlərin yanında susub köksünü ötürən bu adam  ömrünün son illərini yaşayan rejissor Hüseynağa Atakişiyev idi.

Rejissor Hüseynağa Atakişiyev ilk müsahibim idi. Həyəcanlıydım. Məşqdən çıxıb otaqda yerləşən kimi qabaqcadan hazırladığım ütülü-kraxmallı sualı verməyə tələsdim: “Hüseynağa müəllim, yaradıcılığınızda…” Güldü – “Yaradıclığım var mənim?…” Bu gülüşün, bu sualın bütün ağırlığını, istehzasını, həm də mənə yox, onu bürüyən laqeydliyə, sənət taleyinə, ətrafındakı hər şeyə olan istehzasını hiss etdim….

Bu nə istehza idi? Bu nə laqeydlik idi? Niyə yaşamaq şərt olmalı idi? Bunları bilmək üçün Hüseynağa Atakişiyevin azacıq tanımaq lazımdı. Hərçənd nə qədər axtarsaq da suallar açıq qalacaq.

Hüseynağa Atakişiyev 1949-cu ilin payızında Bakının Çəmbərəkənd deyilən yerində dünyaya gəlmişdi. Ailədə üç uşaq idilər. Anaları İrinanı lap körpə ikən itirmişdilər. Anası öləndə Hüseynağanın 12 yaşı var idi. Ataları Ağahüseyn yenidən evlənəndə Hüseynağanın bu hadisəyə reaksiyası evdən qaçmaq olur. Onu tapıb evə gətirirlər.  Hə, evdən qaçarsan, dünyadan taledən qaçmazsan. Bəlkə də bu çıxılmazlığı ilk dəfə onda hiss edir. Bu yazıda fakt nə qədər çox olsa, bəlkələr də o qədər çox olacaq. Daim “niyə?” soruşacağıq. O, balaca oğlanın soruşduğu kimi.

Küsülü sevgililər

Mehdi Məmmədovun kursunu bitirsə də müəlliminin üslubu Hüseynağa Atakişiyevə tamam yad idi. Yollandığı Şəki Teatrında qurduğu tamaşalar meydan teatrı formasında idi. Yəni, sizin, bizim bildiyimiz səhnə zal münasibətləri yox idi, hətta rejissor tamaşanı elə foyedəcə qurmuşdu.

“Hacı Qara” pyesi adları simic çıxan şəkililərin öz məkanında oynanıldı və səmimiyyət yalnız bunda deyildi, yazılanlara görə tamaşa böyük maraqla qarşılandı. Əyalət teatrında uğur qazanmaq sizə asan gəlməsin. Amma Şəki Teatrına Hüseynağa Atakişiyevlə birgə Bakıdan onun həmfikirləri, sənət yoldaşları gəlmişdi. Və onların arasında bizim “Bəxt üzüyü”ndən tanıdığımız Gülşad Baxşıyeva da var idi. Universitetdən bir-birlərini tanısalar da onların münasibətləri burada böyüyür və evlənmək qərarına gəlirlər çıxır. Halbuki Gülşadla Şəkiyə küsülü gəlmişdilər. Küsülülük və gizli sevgi. 1977-ci ildə bu qəribə sevgililər evlənir. Bu evlilikdən iki övladları da dünyaya gəlir-Elbəy və Elmir.

Bu ərəfədə Şəki Teatrını festivallara aparan bir ad olur- rejissor Hüseynağa Atakişiyev. Çox tamaşalar hazırlanır, amma Brextin “Arturo Uinin karyerası, hansı ki, olmaya da bilərdi…” pyesinin tamaşası daha  böyük səs-səda yaradır. Bir düşünün ki, Almaniyada- Brextin öz vətənində, ona həsr olunmuş festivalda Hüseynağa Atakişiyevin bu tamaşanı nə az, nə çox, beş diplomla təltif edirlər.

“Mən səni öldürəcəyəm! Sən mənim bacıma xəyanət edirsən…”

Bu tamaşada Gülşadın uğuru aşkar görünür. Amma Hüseynağa arvadının uğuruna qısqanclıqla yanaşır. Gülşad xanım Hüseynağa haqqında xatirələrində yazır: “Romeo və Cülyetta”da Dayə rolunda məni görən moskvalı Seryoja Sadovskaya tamaşadan sonra yaxınlaşıb sənə dedi:
– Hüseyn, yoldaşın böyük aktrisadır. Sən teatr səfərlərində tez-tez olursan. Məsləhət görürəm hara getsən, onu da özünlə apar.

Bu sözdən sonra mən səndə özümə qarşı qısqanclıq hiss etməyə başladım. Getdikcə rolların sayı azalmağa başladı. Bakıya gələndə isə sən məni teatrda görmək istəmədiyini açıq bildirdin”.

Yəqin elə bu ərəfələrdə də Gülşad xanım, “Bəxt üzüyü” filmindən üzüyünü itirən qadın kimi yadda saxladığımız istedadlı aktrisa bəxt üzüyünü həyatda itirir.

Sən demə, bu zamanlar rejissor Hüseynağa sevgi macərası yaşayırmış. Kiminlə? Teatra yeni gələn aktrisa Şahzadə Babayeva ilə.

Gülşad xanım xatirələrində bunu balaca bir ştrixlə xatırlayır:

“Dostların xətrini çox istəyirdi. Emin Sabitoğlu, Aydın Əzimov, Vaqif Səmədoğlu, Əkrəm Əylisli, Əli Əşari, Cavanşir Quliyev bizə gələndə gecəyə kimi oturub maraqlı, yaradıcı söhbətlər edərdilər. Bir gün bir az keflənəndən sonra Vaqif Səmədoğlu haradansa suvenir xəncər çıxarıb səni hədələməyə başladı:

– Mən səni öldürəcəyəm! Sən mənim bacıma xəyanət edirsən.

Bu söhbət zarafatla gerçəkliyin sərhədində baş verirdi. Mən özümü otağa atıb Vaqif müəllimi sakitləşdirməyə çalışdım. Vaqif müəllim mənə baxıb soruşdu:

– Bağışlayırsan onu?
– Əlbəttə bağışlayıram. O mənim uşaqlarımın atasıdır.
– Onda mən də bağışlayıram”.

Gülşad xanım sevgisi naminə, ailəsi naminə dözür. Olmayacaq  amma. Onların evlilikləri uzun sürmür. Rejissor Hüseynağa Atakişiyevin Şəki Teatrına yeni gələn aktrisa Şahzadə Babayeva ilə münasibətləri hamıya əyan olur…

Tale isə şöhrətli, istedadı “göz çıxaran” rejissordan şöhrətin əvəzini çıxmağa, allah bilir, hansısa qara intiqamını almağa çalışacaq. Elə bil o intiqamı kimsə səsləmişdi axı? Dayan-dayan… kinoda…. “Çıx yerin dibindən, qara intiqam!…”. xatırladınızmı? “Ac həriflər” teletamaşasında Hüseynağa Atakişiyev aktyorların görmədiyimiz xasiyyətlərini təqdim edir.

Bundan daha əvvəl Hüseynağa Atakişiyev “Uzun ömrün akkordları”na Üzeyir Hacıbəyov roluna çəkilir. Niyə o? Bizim teatrda Üzeyir bəy kimi böyük insanın surətinə bənzəyən başqa kim var ki? Xeyirxahlıq, sevgi, işıq… Bunlar Hüseynağa Atakişiyevin üzündən yağırdı.

Üzeyir bəy və “Ac həriflər”lərdəki tragik aktyor. Sanki qəsdən seçilib ki, sənətdə  bu yol da var, bu yol da…

Herostratı unudun!

1985-cü ildə Hüseynağa Atakişiyevi Akademik Milli Dram Teatrına baş rejissor təyin edirlər. Bunu uğur kimi yazmaq olmur amma. Bu teatrda Hüseynağa Atakişiyevin istəkləri, teatr idealları konkret, real adamlarla toqquşur-bu zaman teatrın Məlik Dadaşov, Həsən Turabov kimi “qoç”lar vardı. Hərəsinin də öz qazanı. Amma çoxunun məqsədi bir nöqtədə birləşirmiş: Hüseynağanı nüfuzdan salmaq, baş rejissor kimi onun yararsızlığını göstərmək. Aktyorlar sayılıb-seçilən olsa da tamaşalar uğur qazanmır. Atakişiyevin Dramanın səhnəsində hazırladığı “Böyük Romul”in üstünlüyünü də Bakının teatr adamları görməzliyə vurur. Və elə o vaxtdan ona münasibətdə bu yolu seçirlər-görməzliyə vurmaq. Unutmaq. Sanki qeybdən bir əmr verilir: “Herostratı unudun!”. Herostrat kim idi? Herostrat qədim Efes şəhərində  müqəddəs sayılan Artemida məbədini yandıran bir alverçi idi. Deyilənlərə görə, o, bunu məşhurlaşmaq üçün etmişdi. Efes əmiri onu cəzalandırmaq üçün xalqa qəribə bir əmr verdi: “Herostratı unudun”. Amma tarix nə o məbədi tikdirəni, nə də o məbəddəki ruhanini yaddaşında saxladı. Herostratsa unudulmadı…

Bu əhvalatı, daha doğrusu Qriqori Qorinin bu pyesini Hüseynağa Atakişiyev ömrünün ən son illərində Gənclər Teatrında hazırlamışdı. Bunu niyə bura yazırıq? Hə, buradan belə teatr aləmində Hüseynağa Atakişiyevə total laqeydliyi izah etmək üçün….

1989-cu ildə nəhayət Hüseynağa Atakişiyev Mili Dram Teatrından gedir və özünün Gənclər Teatrını yaradır. Rejissor Hüseynağanın şöhrəti hələ unudulmayıb. Gənclər Teatrında Hüseynağanın ilk tamaşası Yusif Səmədoğlunun “Qətl günü” pyesinin tamaşası olur. Abbas Qəhrəmanov, Ələkbər Hüseynov, Sənubər İsgəndərova, Füzuli Hüseynov kimi aktyorlar teatrın truppasının  tərkibindədirlər. Truppaya məşhurlar da qoşulur- Afaq Bəşirqızıdan Ramiz Əzizbəyliyədək. Amma əsas truppanın məşhurları kimi Qurban İsmayılov, Ayşad Məmmədov, Muxtar İbadov, Xanlar Həşimzadə, Fərman Abdullayev, Rafael İsgəndərov, Coşqun Rəhimov yadda qalır. “Mühacirlər” tamaşası Gənclər Teatrının uğuru kimi tarixə düşür.

Şəraiti deməsəm yaxşıdır. Tamaşaya geyim, qrim tapmaq müşküldür, adicə istilik belə yoxdu. Yaradıcı heyət maddi sıxıntılar bir yana, ən çox soyuqla mübarizə aparır. Bilənlər yaxşı bilir ki, Gənclər Teatrı əsl fədakarlıq məbədi idi. O zaman çox aktyorlar bu sözə layiq idi, amma ən çox Gənclər Teatrının aktyorları. Şəraitsizlik, pulsuzluq və teatr. Bir zal soyuğa qarşı bir nəfəs buğ.

Üç qadın və şərti teatr

1994-cü ildə teatrın aktrisası Şahzadə Babayeva ilə sevgi yaşayan 45 yaşlı Atakişiyevin bir oğlu da dünyaya gəlir: adını Cavid qoyurlar. Şahzadə xanımla uzun sürən münasibətləri rəsmiləşmir. Uşaqdan sonra aktrisa teatrdan gedir. Teatrdasa bir-birinin ardınca tamaşalar hazırlanır–arzulanmalı qadın rollarını aktrisa Nəsibə Eldarova oynayır. Tamaşa da az olmur ha. Az qala ildə 3-4 tamaşa. “Neron oynayır”, “Yay gecəsində yuxu”,  “Hamlet”, “Karmen”, “Ölülər”, “Sərgüzəşti-vəziri-xani Lənkəran”, “Maqbet”… Müasir dramaturqlardan da uman-küsən qalmır, əli pyesli teatra gələn bir də premyeraya gəlir. Bu tamaşalarda keyfiyyət axtarmaq nə qədər düzdü? Yaxşıları da olur, yaxşı olmayanları da. Əsas odur ki, bu tamaşa və obraz bolluğunda aktyorlar yetişir- Gənclər Teatrının istedadlı aktyorları.

Aktrisa Nəsibə Eldarova ilə sevgililik evliliyə çevrilir. Ömrünün sonunadək Hüseynağa Atakişiyev Nəsibə Eldarova ilə kirayə bir damın altında yaşayır.

Onunla bağlı yazılan yazılarda soruşulan niyələrdən biri də budur:

Niyə üç dəfə evləndi? Kiminlə xoşbəxt idi? Bu suala ən ağlabatan cavabı teatrşünas Kəmalə Cəfərzadə verir:

“Hüseynağa anasını körpə ikən itirmişdi. Bəlkə də o, həyatının ilk qadını olan anasının itkisini həyatındakı qadınlarla ovudurdu…”

Hüseynağa Atakişiyevin yaratdığı Gənclər Teatrı bizim “şərti teatr”ımızdı. Ona görə yox ki, o, Meyerxold ənənələri ilə yaşayırdı, ona görə ki, bu sınıq-salxaq teatrda oynamaq, sınıq-salxaq yaradıcılıq həyatı yaşamaq şərt idi.

“Teatr haqqında az danışardı, teatra gələn pyesləri müzakirə etməz, özündən söz salmaz, uzun söhbətləri xoşlamazdı, hərdən əhvalının yaxşı məqamlarında Şəki xatirələrindən əhvalatlar, məzəli hadisələri yada salardı. Həyatdan yorulmuş adam təsiri bağışlayırdı, çoxdan heç nəyə təəccüblənmirdi”. Bunu da ki, mən uydurmuram, dostu, dramaturq Əli Əmirli Hüseynağa Atakişiyevdən danışanda deyir.

“O qədər yumşaq, mehriban insan idi ki… Çalışırdı ki, hamıya çörək versin. Adama qaşqabaq eləməzdi, gülümsəyərdi. Adama ancaq yaxşılığı dəyə bilərdi. Di gəl, dərdli adam idi Hüseynağa…” – bunu da Kəmalə xanım deyir.

Bu yazılanlara nə əlavə etmək olar? Əmin olduğumuz bir şeyi: Hüseynağa Atakişiyev fədakar sənətkar imici yaratmırdı, sadəcə şəraitə uyğun şəkildə vicdan rahatlığı üçün, şərt olaraq işini görürdü.

Nə edə bilərdi? Taledən də dünyadan da qaçmaq olmur. Bunu uşaqlıqdan bilirdi. Həm də niyə qaçaydı? Yaşamaq hər şeyə rəğmən gözəl idi…

“Qara qutu”

2006-cı il. Atakişiyevin hazırladığı “Qara qutu” tamaşasının premyera günü belə müəyyənləşib. Daha əvvəlki soyuqlar yoxdu. Apreldi. Teatr adamları, dostlar, tanışlar hamısı buradadır. Hüseynağa Atakişiyev dünyadan gedib.  Aktyor Evinin tamaşaçı üzünə həsrət zalı indi dolub-boşalır. İndən belə bu zal nə zaman soyuq olsa Hüseynağa Atakişiyevi xatırladacaq. İsti, işıqlı aprel də bir yandan gülümsəyəcək- Herostratı unudun…  kulis.az//

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir