Ana səhifə » Xəbər » “Akademik” statusu verilən Musiqili Teatr və Rus Dram Teatrı Prezidentə təşəkkür edib

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Afişa
May 23, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (23 may – 29 may)

Xəbər
May 23, 2019

Ən məhsuldar teatrşünas

Persona
May 23, 2019

İsrafil İsrafilov – Məmməd Cəfərin teatr düşüncələri

Xəbər
May 23, 2019

YUĞ Teatrında Orxan Pamukun romanı səhnələşdirilib

Xəbər
May 23, 2019

ADMİU-da Nazim Hikmətin əsəri tamaşaya qoyulub

Xəbər
May 23, 2019

“dOM” Teatrı Beynəlxalq Festivalda iştirak edəcək

Mozaika
May 23, 2019

Fuad Poladovun 14 il əvvəl çəkildiyi filmindən nadir fotolar…

Xəbər
May 22, 2019

Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir

Xəbər
May 20, 2019

Akademik Milli Dram Teatrında Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək

Mövqe
May 20, 2019

Mədəniyyət naziri cənab Əbülfəs Qarayevə açıq məktub!

Xəbər
May 20, 2019

“Aləmin Nəfəsi: Nəsimi” tamaşası 3 böyük müfakata layiq görüldü

Mövqe
May 20, 2019

Xəyalə Rəis – 25 il gözləməyə dəyərdi…

Xəbər
May 18, 2019

Afaq Bəşirqızıdan məmurlara sərt çağırış – “Cənab məmurlar, siz də ayılın”

Afişa
May 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (16 may – 22 may)

Persona
May 18, 2019

Teatr direktorları “Kaspi” qəzetinin “Teatr” əlavəsini təbrik etdi

Müsahibə
May 17, 2019

Nigar Pirimova – Teatrlarımızın son beş ili

Müsahibə
May 17, 2019

ADMİU-dan reportaj: “Biz “Stanislavski sistemi”ni bilmirik!”

Xəbər
May 16, 2019

“Yarımçıq qalmış” Caspian Awards mükafatına layiq görüldü

Xəbər
May 15, 2019

ADMİU-da Əlisəfdər Hüseynovun “Kinonun fəlsəfəsi” kitabının təqdimatı keçiriləcək

Xəbər
May 15, 2019

Lənkəran Teatrında “Senemar” faciəsinin premyerası olub

Xəbər
May 15, 2019

Teatr Xadimləri İttifaqında “Ezop-Əzab”

Xəbər
May 14, 2019

ADMİU Beynəlxalq Elmi Konfransa dəvət edir

Xəbər
May 10, 2019

Prezident mükafatçıları məlum oldu

Xəbər
May 10, 2019

Prezident fərdi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb

Xəbər
May 10, 2019

“Ey Azərbaycanım”

Xəbər
May 10, 2019

“Danabaşlar” tamaşası nümayiş olunub

Afişa
May 10, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (9 may – 15 may)

Xəbər
May 10, 2019

Rəhman Rəhmanovun səhhəti pisləşib

Mozaika
May 9, 2019

“Kaspi”nin 8 yaşlı “Teatr əlavəsi”

“Akademik” statusu verilən Musiqili Teatr və Rus Dram Teatrı Prezidentə təşəkkür edib

Prezident İlham Əliyev S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrına və Azərbaycan Dövlət Musiqili Teatrına “akademik” statusu verilməsi haqqında Sərəncam imzalayıb.
5 mart 2019-cu il tarixli Sərəncama əsasən, hər iki teatra “akademik” status verilib. Sərəncamda statusun on beş gün müddətində təmin edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

Bu münasibətlə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında kollektivin geniş heyətdə yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə teatr kollektivi adından müraciət qəbul edilib. Müraciətdə deyilir:  
“Möhtərəm cənab Prezidentimiz! Sizin 05 mart 2019-cu il tarixində “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında” imzaladığınız Sərəncam Azərbaycan Dövlət Musiqili Teatrının kollektivinə – ölkənin sevimli teatr ailəsinə verilən yüksək qiymətinizin bariz nümunəsidir. Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısını bir daha təsdiq edən bu rəsmi sənəd qəlbimizdə fərəh hissi doğurur. Sizin və ölkənin Birinci Vitse-Prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın hər bir azərbaycanlı ailəsinin güzəranını daha xoş, sabahını daha gözəl və xoşbəxt etmək naminə yürütdüyü uğurlu siyasət Azərbaycanın böyük inkişaf yolu keçməsinə, ölkəmizin bütün sahələrinin, o cümlədən mədəniyyət və incəsənətinin ildən-ilə inkişaf etməsinə səbəb olub. Son illər ərzində respublikamızın hər bir teatrında olduğu kimi, Azərbaycan Dövlət Musiqili Teatrında da çox böyük işlər görülüb, uğurlu nəticələr əldə edilib. Sizin diqqət və qayğınız və bilavasitə rəhbərliyiniz sayəsində Azərbaycan Dövlət Musiqili Teatrında təmir, yenidənqurma və bərpa işləri aparıldı. Şübhəsiz ki, teatr binasının təmiri və demək olar ki, yenidən qurulması yeni məkanda daha böyük yaradıcılıq işlərinin aparılmasına xidmət etdi. Əziz İlham Heydər oğlu! Səhnə fəaliyyətimizi yüksək qiymətləndirdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bundan sonra da yaradıcılıq fəaliyyətimizi, bütün qüvvə və bacarığımızı Azərbaycanımızın tanınması və şöhrət qazanması naminə, Azərbaycan teatrının şərəfli salnaməsinə yeni uğurlu səhifələr yazılması üçün sərf edəcəyik. Biz qürur duyuruq ki, Ulu Öndərimiz Heydər Əliyevin incəsənət xadimlərinə böyük qayğısı bu gün də Sizin tərəfinizdən uğurla davam etdirilir. Azərbaycan sənətçisinin, Azərbaycan ziyalısının böyük xoşbəxtliyi də elə bundadır. Bir daha yüksək diqqət və qayğı üçün Sizə sonsuz təşəkkürlərimizi yetiririk”.

S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi və Prezidentin Sərəncamını böyük sevinc hisi ilə qarşılayıb.
Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin sözlərinə görə, cənab Prezidentin Sərəncamı Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısını daha da artırmaq məqsədi daşıyır.
“Qeyd edək ki, hər il Dövlət Rus Dram Teatrının repertuarına 6-7 yeni tamaşa daxil edilir. Teatr müasir tamaşaçının maraq və zövqünü nəzərə alaraq, böyüklər və kiçiklər üçün tamaşalar hazırlayır. Teatrda tamaşaların rus dilində hazırlanması ölkəmizin qonağı olan turistlərin də bu teatra maraq göstərməsinin əsas səbəbidir. Təsadüfi deyil ki, son illər teatrın tamaşaçıları arasında turistlərin sayının artması müşahidə olunur.
Bundan başqa, teatrın yaradıcı truppası vaxtaşırı MDB məkanındakı teatrların qonağı olur və beynəlxalq festivallarda iştirak edir. Repertuardakı tamaşalar tanınmış və nüfuzlu teatrların səhnəsində oynanılır ki, bu da Azərbaycan mədəniyyətinin tanınmasında böyük rola malikdir”.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir