Ana səhifə » Xəbər » Akademik Musiqili Teatrda “Paris Notr-Dam kilsəsi”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyun 18, 2019

Sabah “TƏK” Yaradıcılıq Platformasının ilk tamaşası nümayiş olunacaq

Xəbər
İyun 15, 2019

Akademik Milli Dram Teatrında Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub

Afişa
İyun 13, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (13 iyun – 20 iyun)

Müsahibə
İyun 13, 2019

Dağlar Yusif – “dOM” Teatrından reportaj: ”Bu şəxsən mənimçün təzə deyil”

Xəbər
İyun 13, 2019

Bəsti Cəfərova – 60 yaş

Xəbər
İyun 13, 2019

“Leyli və Məcnun” operasının növbəti tamaşası keçiriləcək

Xəbər
İyun 12, 2019

Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

Xəbər
İyun 12, 2019

Azərbaycanlı rejissor dünyaya səs salan layihəyə imza atdı

Xəbər
İyun 11, 2019

Akademik Musiqili Teatrda ənənəvi mükafatlandırma olacaq

Xəbər
İyun 10, 2019

“Kubinka” tamaşasının premyerası baş tutacaq

Xəbər
İyun 9, 2019

Rus Dram Teatrı “Tənhalığın komediyası”nı təqdim edib

Xəbər
İyun 8, 2019

“dOM” Teatrı “Tuğanlıq” festivalında mükafat qazanıb

Persona
İyun 7, 2019

Aydın Talıbzadə – “SFİNKS VƏ KONTRABAS”

Xəbər
İyun 7, 2019

Nəsimiyə həsr olunmuş tamaşa Dərbənd qalasında

Xəbər
İyun 7, 2019

Teatrlarda PR işinin təşkili mövzusunda dəyirmi masa keçirilib

Xəbər
İyun 7, 2019

“Qızıl balıq” tamaşasının premyerası oldu

Xəbər
İyun 7, 2019

“Sonuncu”nun kinoversiyası çəkilir

Xəbər
İyun 7, 2019

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Mövqe
İyun 6, 2019

Bayram kimi festival

Xəbər
İyun 5, 2019

YUĞ Dövlət Teatrı bu gün “Novruz” Festivalında çıxış edəcək

Xəbər
İyun 5, 2019

Uşaqların üzünü güldürən festival

Xəbər
İyun 5, 2019

Serbiya, Özbəkistan və Azərbaycan opera ulduzları birgə çıxış edəcəklər

Xəbər
İyun 2, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Xəbər
İyun 2, 2019

Lənkəran Teatr Festivalının birinci günü başa çatdı

Mövqe
May 30, 2019

Aynurə Mustafayeva – Niyə biz yaxşı dram yarada bilmirik?!

Xəbər
May 30, 2019

LƏNKƏRANDA I BEYNƏLXALQ TEATR FESTİVALI KEÇİRİLƏCƏK

Müsahibə
May 30, 2019

Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

Xəbər
May 29, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı keçiriləcək

Persona
May 29, 2019

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

Akademik Musiqili Teatrda “Paris Notr-Dam kilsəsi”

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə dünya şöhrətli fransız yazıçısı, böyük dramaturq, şair, publisist Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu rejissor Samir Qulamova məxsus olan eyniadlı müziklın məşqlərinə başlayacaq.
Qeyd edək ki, Fransa və İtaliyanın məşhur müğənni-bəstəkarı Riccardo Koççante ilk dəfə “Notre-Dame de Paris” müziklını 16 sentyabr 1998-ci ildə Parisdə Fransa və Kanadanın lirik şairi Luk Plamondonun eyniadlı libretosu əsasında yaratmışdır. Elə həmin il ilk nümayişindən sonra qısa vaxt ərzində qazandığı böyük uğurlarına və populyarlığına görə bu müzikl Ginnesin “Rekordlar” kitabına daxil olub. 2000-ci ildə Fransanın Mogador teatrında bu musiqi əsərinin orijinalına dəyişikliklər edildikdən sonra dünyanın müxtəlif ölkələrinin nüfuzlu teatrlarında nümayiş olunmuşdur, eləcə də qısaldılmış amerikan versiyası Las-Veqasda, ingilis versiyası isə Londonda start götürmüşdür.
Akademik Musiqili Teatrının yeni layihəsi olan tamaşada təkcə Riccardo Konççantenin deyil, Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın və Alman bəstəkarı Carl Orffun musiqilərindən də istifadə olunacaq.
Tamaşanın süjet xəttinin əsas qayəsində xeyirxahlıq, sevgi və mərhəmət hislərinin təcəssümü durur. Dünyanın xilas yolunu ülvi hisslərdə axtaranlar dramatik və faciəvi səhnələrin yer aldığı maraqlı və ibrətamiz situasiyalarla zəngin səhnə əsərində həyatın özünü tam çılpaqlığı ilə görə biləcəklər.
Əsərdə Esmeralda, Kvazimodo, Keşiş, Qrequar, Təlxək, Culyan Qoşer (Baş Nazir), Lüdovik, Qaraçı qadın, Qaraçı oğlan obrazlarını Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər – Şövqi Hüseynov, Səidə Şərifəliyeva, aktyorlar – Nadir Xasıyev, Elxan İsmayılov, Əliməmməd Novruzov, Rauf Babayev, Mehriban Zaliyeva, Nicat Həbibov, Aydan Həsənova, Telnaz Hüseynova, İbrahim Əlizadə, Səmədzadə Xasiyev, Əmrah Dadaşov, Fərid Rzayev, Atəş Qarayev, Elnarə Nağdəliyeva ifa edəcəklər.
Xor və balet artistlərinin də iştirak edəcəyi tamaşanın quruluşçu dirijoru və musiqi redaktoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevalar, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənovdur.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir