Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Avqustun 19-da beyin insultu diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov bu gün vəfat edib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aparıcı aktyorlarından olan Məhərrəm Qurbanov Valeh oğlu, 1959-cu ildə anadan olmuşdur. 1982-ci ildə Bakı Mədəni Maarif Texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1983-cü ildə təhsilini Azərbacan Dövlət İncəsənət İnstitutunda davam etdirmiş və 1988-ci ildə institutu bitirərək Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdı. 8 ilə yaxın bu teatrda müxtəlif səpkili rollar oynadıqdan sonra, 1996-cı ildə, Bakıya gələrək Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilmişdir. Mülayim səs tembri, obraza fərqli yanaşma manerası və komik situasiyalardan ustalıqla çıxma bacarığı ona bu sənət məbədinin səhnəsində çoxsaylı obrazlar yaratmaq imkanı vermişdir.
Onun iştirakçısı olduğu tamaşalarda yaratdığı obrazlar qalereyası; Əbülhəsən (“Subaylarınızdan görəsiniz”, S. Ələsgəriov, İ. Məlikzadə), Kar kişi (”Hələlik”, E.Sabitoğlu, R.Əhmədzadə), İnzibatçı (“Nəğməli könül”, E.Sabitoğlu, X.Hasilova), Cangüdən (“Bankir adaxlı”, E.Sabitoğlu, T.Vəliyeva), Xanış (“Məhəbbət oyunu”, C.Quliyev, Q.Rəsulov), Oğlan ( “Əlin cibində olsun” O.Rəcəbov, A. Babayev), Cəfərqulu (“Məsmə xala dayımdır” , R.Mustafayev, C.Məmmədov), Totuş (“Talelər qovuşanda”, R. Hacıyev), Sərxoş (“Bəydullanın möhtəşəm toyu”, R.Əkbər), Parnak (“Bir günlük siğə”, S.Fərəcov, R.N.Güntəkin), Məlik (“Aldın payını, çağır dayını”, V.Adıgözəlov, Anar), Səlim (“Şeytanın yubileyi”, O.Rəcəbov, A.Babayev), Eynulla (“Amerikalı kürəkən”, R.Mirişli, M.Haqverdiyev), Poçtalyon (” Şəhərdə manyak var”), S. Fərəcov, Ə. Nesin), Niyaz (“Matəm marşı və yaxud gözünüz aydın”, M.Məmmədov), Stepan (“Evlənmə”, N.V.Qoqol), Bibioğlu (“www. fərzəli-kef.com”, E.Sabitoğlu, C.Məmmədov), Qəzetçi Rza (“O olmasın, bu olsun”, Ü.Hacıbəyli), Nağılçı (“Yatmış gözəl və cırtdanlar”, A.Sadıqov), Axund (“Toya bir gün qalmış”, Ə.Səmədli), Padşah (“999-cu gecə”, F.Əmirovun musiqiləri əsasında), Əmirqulu (“Baladadaşın toy hamamı”, Elçin, F, Allahverdi,), Qədir (“Molla Nəsrəddinin beş arvadı”, İ. Sadıqov, tərc. D. Mustafayev), Molla və Naçalnik (“Hacı Qara”, M.F. Axundzadə), Sərxoş (“Balaca Şahzadə” , A.S.Ekzüperi, R.Ağababayev) kimi tamaşalarda müxtəlif xarakterli obrazların öhdəsindən bacarıqla gəlib.
Məhərrəm Qurbanov həm də “Qız qalası” (2000), “Qəmbər Hüseynli” (2007), “Ayrılıq imiş” (2008) kimi sənədli filmlərə, həmçinun bir neçə seriala çəkilib.
Aktyor ötən ay 60 yaşını qeyd etmişdi.
Allah rəhmət eləsin.
Teatro.az

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

İrəvan Teatrının qastrol səfəri

1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi münasibətilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyəyə qastrol səfərinə gedib. Teatr İftixar Piriyevin “Soyqırımı tarixinin dastanı”...

Anar Heybətov – “Ən böyük tənqidçim qızımdır”

"Mənim balam” rubrikamızın qonağı Əməkdar artist, tanınmış aktyor Anar Heybətovdur.  Fevralın 5-də aktyorun yeganə övladı Almazın 7 yaşı tamam olub. Qızına "anam” deyə müraciət...

Paytaxt teatrlarının həftəlik repertuarı (16-22 aprel)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 17 aprel M. Qavran “Qəribə, çox qəribə əhvalat” saat 19:00 (“A.M.Şərifzadə səhnəsi”ndə) 18 aprel M. Qavran “Qəribə, çox qəribə əhvalat” saat...

Recent

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Sumqayıt Dövlət Dram Teatrı premyeralarla, yeniliklərlə, layihələrlə, yubileylərlə zəngin bir mövsümü tamamlamaq üzrədir. Cari mövsümdə 50 illik yubileyini qeyd edən teatr kollektivi uğurlu layihələrlə...

Xalq teatrları və dram dərnəkləri

Xəbər verdiyimiz kimi, 23 may 2018-ci il tarixində Yevlax şəhər Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və Bərdə Regional...

ADMİU-nun SABAHı

Ötən ay Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Aktyor sənəti” ixtisası üzrə SABAH qrupunun IV kurs tələbələri 3 böyük beynəlxalq festivalda iştirak etdi. SABAHın...