Akademik Musiqili Teatrda mərhum rejissor Yusif Əkbərovun xatirəsi anılacaq

Bu gün tanınmış rejissor, uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrında) baş rejissor vəzifəsində işləmiş Yusif Əkbərovun 70 yaşı tamam olur. Qeyd edək ki, Yusif Məmmədağa oğlu Əkbərov 2 sentyabr 1949-cu il tarixində Bakıda anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib və həmin il C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin olunub. 1974-cü ildən H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrıda quruluşçu rejissor, 1987-ci ildən 1991-ci ilədək həmin teatrda baş rejissor işləyib. Yusif Əkbərov 1991-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrının) quruluşçu rejissoru, 2006-cı ildən 2014-cü ilədək bu teatrın baş rejissoru olub və “Qızıl toy”, “Hərənin öz ulduzu”, “Səhnədə məhəbbət”, “Qısqanc ürəklər” və s. tamaşalara quruluş verib. O, Prezident mükafatçısı idi, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdu. 110-cu mövsümünə qədəm qoyan Akademik Musiqili Teatrının kollektivi hər zaman Yusif Əkbərovu gözəl insan və istedadlı rejissor kimi xatırlayır. Yaxın günlərdə teatrda Yusif Əkbərovun xatirəsinə onun quruluş verdiyi “Qızıl toy” (O.Kazımi, R.Heydər) tamaşası nümayiş etdiriləcək.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi qeyd edilib

Dekabrın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi təntənəli şəkildə qeyd edilib. AZƏRTAC xəbər verir ki, yubiley gecəsində...

“Bermud üçbucağı”nda – Məmməd Səfa Qasımov

TeatrO.az sənət portalının layihəsi: Könül Əliyeva-Cəfərova və Dağlar Yusifin təqdimatında “Bermud üçbucağı”nın qonağı Xalq artist Məmməd Səfa Qasımovdur.  Könül Əliyeva-Cəfərova: Yuğ teatrından Xalq artisti adını...

Qazaxıstanda VII Beynəlxalq Teatr Festivalı keçiriləcək

Qazaxıstanın Teatrlar Assosiasiyası Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə 30 oktyabr-6 noyabr 2018-ci il tarixində Mərkəzi Asiya ölkələrinin VII Beynəlxalq Teatr Festivalını...

Recent

“Hərə bir qəhrəman” oldu

Səda Tədris Teatrında Cümhuriyyətin 100 illiyinə həsr olunan “Hərə bir qəhrəman” tamaşası nümayiş etdirilib. Janrı bir bölümlü həyat hekayəsi kimi təyin edilən pyesin müəllifi...

GÜNEL MƏMMƏDOVA: “Belə rolları oynamaq üçün yaşım çoxdan keçib”

Gənc Tamaşaçılar Teatrının tanınmış aktrisası Günel Məmmədova yeni fəaliyyətə başlayan Teatro.az saytının ilk müsahiblərindən oldu. Belə bir saytın yaranmasını yüksək qiymətləndirən aktrisa kollektivimizə uğurlar...

Mixail Çexov online oldu

Görkəmli rus aktyoru və teatr nəzəriyyəçisi Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri” kitabının onlayn versiyası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Açıq kitab” adlı...