Ana səhifə » Xəbər » Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Resenziya
İyul 4, 2019

Şarpantye, musiqini ver! Buyurun teatra                     

Xəbər
İyul 3, 2019

Lənkəran teatrı İrana festivala gedir

Xəbər
İyul 3, 2019

Əməkdar artist ürəyindən əməliyyat olunub

Xəbər
İyul 3, 2019

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Müsahibə
İyul 2, 2019

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Müsahibə
İyul 2, 2019

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Xəbər
İyul 2, 2019

21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Xəbər
İyul 2, 2019

“Dovşanın ad günü”nə hazırlaşanlar

Xəbər
İyun 24, 2019

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Mövqe
İyun 24, 2019

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

İyulun 5-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli incəsənət xadimi, pedaqoq, rejissor Faiq Zöhrabovun xatirəsi anılacaq. Yarım əsrdən çoxdur ki, Faiq Zöhrabovun quruluş verdiyi ”Talelər qovuşanda” (Rauf Hacıyev) operettası 132-ci dəfə həmin gün oynanılacaq, sənət dostları unudulmaz rejissora ehtiram və sevgilərini bir daha nümayiş etdirəcəklər. Tamaşadan öncə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı istedadlı sənətkarın çoxşaxəli yaradıcılıq yolu barədə danışacaq. Uzun illər boyu teatrın səhnəsindən maraqla izlənilən bu tamaşada F.Zöhrabovun qızı, bir çox beynəlxalq müsabiqələrdə geniş vokal imkanlarını sərgiləyən Respublikanın Əməkdar artisti Nərgiz Kərimova ilə yanaşı, digər Əməkdar artistlər – Novruz Qartal, Nahidə Orucova, aktyorlar – Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Elxan İsmayılov, Gülnarə Abdullayeva, Güldanə Əzimova, Ülviyyə Əliyeva, Emil Heydərov, Əliməmməd Novruzov, Hüseyn Əlili, Elməddin Dadaşov, Fərid Rzayev və başqaları da oynayacaqlar. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, dirijoru Səməd Süleymanlı, xormeysteri, Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Nərminə Əbdürrəhmanova, rejissor assistent Elməddin Dadaşovdur. Qeyd edək edək ki, Azərbaycan incəsənətində, teatrında müstəsna rolu olan Faiq Ramazan oğlu Zöhrabov 1939-cu ildə Bakıda dünyaya göz açıb. 1957-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəqqas kimi fəaliyyət göstərib. O, 1963-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rejissorluq” fakültəsini bitirdikdən sonra, 1968-1985-ci illərdə həmin təhsil ocağında “Aktyor sənəti” kafedrasında dərs deyib. 1985-88-ci illərdə o, Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrına dəvət edilib və orada 4 il baş rejissor vəzifəsində çalışıb, müxtəlif tamaşalara quruluş verib. 1988-ci ildən F.Zöhrabov Tədris Teatrının direktoru və İncəsənət Universitetinin “Musiqili teatr” kafedrasının dosenti olub. Bir çox rejissor və aktyorun sənətə vəsiqə almasında əvəzsiz xidmətləri ilə bu gün də unudulmayıb. 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında quruluşçu rejissor kimi karyerasını davam etdirməsi isə onun həyatında yeni uğurlu bir səhifə açıb. “Dəli dünya”, “Bankir adaxlı”, “Məhəbbət oyunu”, “Talelər qovuşanda”, “Aldın payını, çağır dayını” onun gərgin və yorulmaz zəhmətinin bəhrəsidir. Onlardan “Talelər qovuşanda” əsərinin şöhrəti isə ölkəmizin hüdudlarından da uzaqlara gedib çıxıb. 59 il əvvəl – 1960-cı ilin iyun ayında ilk dəfə Musiqili Teatrda səhnəyə qoyulan və indiyə qədər bir çox korifey aktyorlarımızın rol aldığı bu gözəl tamaşa Rusiya, Bolqarıstan, Polşa, ümumiyyətlə, dünyanın müxtəlif yerlərində 70-dən çox teatr səhnəsində nümayiş olunub. Qeyd edək ki, Akademik Musiqili Teatrın aktrisası, Əməkdar artist Nərgiz Kərimova atasının dəvəti ilə 2002-ci ildən bu tamaşada iştirak edir və bütün varlığı ilə ona qalan əmanəti əzizləyib qoruyur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir