Ana səhifə » Xəbər » Akademik Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyası

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Afişa
May 23, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (23 may – 29 may)

Xəbər
May 23, 2019

Ən məhsuldar teatrşünas

Persona
May 23, 2019

İsrafil İsrafilov – Məmməd Cəfərin teatr düşüncələri

Xəbər
May 23, 2019

YUĞ Teatrında Orxan Pamukun romanı səhnələşdirilib

Xəbər
May 23, 2019

ADMİU-da Nazim Hikmətin əsəri tamaşaya qoyulub

Xəbər
May 23, 2019

“dOM” Teatrı Beynəlxalq Festivalda iştirak edəcək

Mozaika
May 23, 2019

Fuad Poladovun 14 il əvvəl çəkildiyi filmindən nadir fotolar…

Xəbər
May 22, 2019

Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir

Xəbər
May 20, 2019

Akademik Milli Dram Teatrında Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək

Mövqe
May 20, 2019

Mədəniyyət naziri cənab Əbülfəs Qarayevə açıq məktub!

Xəbər
May 20, 2019

“Aləmin Nəfəsi: Nəsimi” tamaşası 3 böyük müfakata layiq görüldü

Mövqe
May 20, 2019

Xəyalə Rəis – 25 il gözləməyə dəyərdi…

Xəbər
May 18, 2019

Afaq Bəşirqızıdan məmurlara sərt çağırış – “Cənab məmurlar, siz də ayılın”

Afişa
May 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (16 may – 22 may)

Persona
May 18, 2019

Teatr direktorları “Kaspi” qəzetinin “Teatr” əlavəsini təbrik etdi

Müsahibə
May 17, 2019

Nigar Pirimova – Teatrlarımızın son beş ili

Müsahibə
May 17, 2019

ADMİU-dan reportaj: “Biz “Stanislavski sistemi”ni bilmirik!”

Xəbər
May 16, 2019

“Yarımçıq qalmış” Caspian Awards mükafatına layiq görüldü

Xəbər
May 15, 2019

ADMİU-da Əlisəfdər Hüseynovun “Kinonun fəlsəfəsi” kitabının təqdimatı keçiriləcək

Xəbər
May 15, 2019

Lənkəran Teatrında “Senemar” faciəsinin premyerası olub

Xəbər
May 15, 2019

Teatr Xadimləri İttifaqında “Ezop-Əzab”

Xəbər
May 14, 2019

ADMİU Beynəlxalq Elmi Konfransa dəvət edir

Xəbər
May 10, 2019

Prezident mükafatçıları məlum oldu

Xəbər
May 10, 2019

Prezident fərdi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb

Xəbər
May 10, 2019

“Ey Azərbaycanım”

Xəbər
May 10, 2019

“Danabaşlar” tamaşası nümayiş olunub

Afişa
May 10, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (9 may – 15 may)

Xəbər
May 10, 2019

Rəhman Rəhmanovun səhhəti pisləşib

Mozaika
May 9, 2019

“Kaspi”nin 8 yaşlı “Teatr əlavəsi”

Akademik Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyası

Akademik Musiqili Teatrda “Beş manatlıq gəlin” Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti musiqisi böyük bəstəkar, Xalq artisti Səid Rüstəmova, librettosu görkəmli yazıçı Məmməd Səid Ordubadiyə məxsus olan “Beş manatlıq gəlin” komediyasının məşqlərinə başlayıb. Qeyd edək ki, bu əsər Akademik Musiqili Teatrında 1940-cı ildən 1994-cü ilə qədər müxtəlif rejissorların quruluşunda bir neçə dəfə səhnəyə qoyulub. Bu dəfə isə quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov “Beş manatlıq gəlin”ə müraciət edib. Tamaşanın süjet xəttindəki hadisələr məişət mövzusunda olsa da, geniş və dərin məna çalarları ilə, gözlənilməz və komik vəziyyətlərlə xoş ovqat yaradır. Burada saf sevgiyə maneə olan köhnəfikirli və dardüşüncəli mənfi obrazların gülüş hədəfinə çevrilməsi isə tamaşada maraqlı situasiyalar yaradır. Səhnə əsərində Kəblə Hüseynəli, Səlbi, Naznaz, Nadir, Qiyas, Gülnaz, Tahir, Möhsün obrazlarını Xalq artistləri – İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər – Novruz Əliyev, Əkbər Əlizadə, aktyorlar – Möylə Mirzəliyev, Nadir Xasıyev, Elxan İsmayılov, Ağaxan Şərifov, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasıyev, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Əmrah Dadaşov, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva ifa edəcəklər. Xor və balet artistlərinin də iştirak edəcəyi duzlu-məzəli tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevalar, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, dirijoru Səməd Süleymanlı, konsetmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir