Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

İyulun 14-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 109-cu mövsümünü başa vuracaq. Həmin gün milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə dahi Üzeyir Hacıbəylinin ölməz əsəri – “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunacaq. Əsrlərin sınağından çıxmış bu səhnə əsəri uzun illər müxtəlif rejissorların təqdimatında nəinki ölkəmizin, həmçinin dünyanın bir çox teatrlarında göstərilib və böyük rəğbətlə qarşılanıb. Qeyd edək ki, sonuncu quruluşun premyerasından – 1998-ci ilin dekabr ayından indiyə qədər teatrın repertuarında uğurla nümayiş olunan tamaşanın rejissoru Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovadır. Mədəniyyət Nazirliyinin “Zirvə” Mükafatına layiq görülmüş bu tamaşada Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı Əməkdar artistlər – Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar – Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Səməd Xasıyev, Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, Aydan Həsənova, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev və başqaları çıxış edəcəklər.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Prezident Gənc Tamaşaçılar Teatrının əməkdaşlarını təltif etdi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə...

Fəridə Cəlilova – TEATR ƏHLİNİN XUDPƏSƏND CAZİBƏSİ

Aprel ayının 13-ü bir neçə dəfə təxirə salınan “İblis oyunları” tamaşası, nəhayət ki, Akademik (artıq akademik!) Rus Dram Teatrının səhnəsində tamaşaçılara təqdim olundu.  Tamaşa...

ADMİU-da ÜDKİ məzunları ilə görüş keçirilib

8-12 aprel tarixlərində S.A.Qerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (ВГИК) rektoru, Mədəniyyət və İncəsənət Tədris Müəssisələri Assosiasiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, Rusiya...

Recent

“Hellados” beynəlxalq festivalda

Gəncə Dövlət Dram Teatrı Gürcüstanda keçirilən Nodar Dumbadze adına II Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Gəncəlilər festivala Nodar Dumbadzenin “Hellados” əsəri əsasında teatrın baş...

Paytaxt teatrlarının həftəlik repertuarı (14 mart – 20 mart)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 15 mart Y.Polyakov "Sinif yoldaşları" saat 19:00 17 mart Sehirli sandıq" saat 11:00, 13:00, 15:00 Ç.Aytmatov "Manqurt" saat 12:00, 15:00 18 Mart Sehirli sandıq" saat 11:00,...

Lənkəran Teatrında “Senemar” faciəsinin premyerası olub

N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında iranlı dramaturq Bəhram Beyzayinin “Senemar” faciəsi əsasında hazırlanmış tamaşanın premyerası olub. Lənkəran Teatrından Open.az-a daxil olan xəbərə görə tamaşaçıların...