Ana səhifə » Persona » Müsahibə » ADMİU-nun SABAHı

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

ADMİU-nun SABAHı

Ötən ay Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Aktyor sənəti” ixtisası üzrə SABAH qrupunun IV kurs tələbələri 3 böyük beynəlxalq festivalda iştirak etdi. SABAHın uğurları ilə daha yaxından tanış olmaq üçün təhsil ocağına yollandıq. Bizi Universitetdə mərkəzin rəhbəri Böyükxanım Məmmədbəyova qarşıladı.
Bizimlə söhbətində qrupun dünənindən, bugünündən və gələcək perspektivlərindən danışan B.Məmmədbəyova ADMİU-da SABAH qruplarına qəbulun 2015-ci ildən başladığını və o gündən təhsil ocağının istedadlı gənclərini bir araya toplamağa çalışdıqlarını bildirdi.
Tələbələrin iştirak etdiyi festivallarla bağlı isə müsahibimiz qeyd etdi ki, tələbələrin püxtələşməsində böyük rol oynayan belə səfərlər, eyni zamanda onların həyatında dərin iz buraxacaq.
Xatırladaq ki, SABAH qrupunun tələbələri aprelin 20-25 tarixlərində Moskva şəhərində keçirilən festivalda çıxış ediblər. Onlar Rusiya Teatr Sənəti İnstitutunun (QİTİS) MDB ölkələri tələbələrinin “QİTİS-master-klass” teatr festivalına SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova, kursun rəhbəri Nofəl Vəliyev və müəllim Ruslan İsmayılovun rəhbərliyi ilə qatılıblar. Tələbələr Corc Qafarov, Xədicə Məmmədova, Hilal Dəmirov, Sevgin Rzayeva, Könül Ələkbərova, Qönçə Vəliyeva, Orxan İsgəndərov, Məhəmməd Musayev, Hüseynağa Aslanov beş gün müddətində müxtəlif tanınmış mütəxəssislərin ustad dərslərində, tələbə tamaşalarında iştirak ediblər. Aprelin 23-də isə Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyo Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah cadükuni Məşhur” komdiyasını nümayiş etdirən tələbələr tamaşaçıların marağına səbəb olublar.
1-13 may tarixlərində isə daha SABAHçılar dah iki ölkədə – Moldova və Türkiyədə Beynəlxalq Teatr Festivallarında ölkəmizi təmsil ediblər. B.Məmməbəyova vurğuladı ki, tələbələr Moldova Respublikasının Kişinyov şəhərində CLASSFEST adlı, Teatr Məktəblərinin VIII Beynəlxalq festivalında Səhnə hərəkəti və Aktyor sənəti üzrə ustad dərslərində iştirak edib, Polşa, Rumıniya, Avstriya, Fransa, İtaliya, Moldova, Belarus, Rusiya, Almaniya, Qazaxıstan, Ukrayna və s. ölkələrin teatr tamaşalarına baxaraq dünya teatr məktəblərinin ənənələri və yenilikləri ilə tanış olublar.
SABAHın aktyor tələbələri həmçinin, festivala M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyası ilə qatılıb. Azərbaycanın Moldova Respublikasındakı səfiri Qudsi Osmanov tələbələrə dəstək məqsədi ilə tamaşanın nümayişində Azərbaycan diasporası ilə birlikdə iştirak edərək, onlara böyük ümid bəslədiyini söyləyib.
Üçüncü festival barədə ağızdolusu danışan mərkəzin rəhbəri bu festivalın digər festivallardan fərqli olaraq Təhsil Nazirliyi tərəfindən təşkil olunduğunu qeyd etdi: “Türkiyənin Dənizli şəhərində keçirilən 32-ci Beynəlxalq Amatör Teatr festivalı da çox maraqlı idi. İngiltərə, İran İslam Respublikası, FAS Krallığı, Əlcəzair, Türkiyənin müxtəlif Dövlət və Bələdiyyə Teatrları, eləcə də Aydın Universitetinin qatıldığı festivalda tələbələrimiz G.Figeyredonun “Ezop” əsərini nümayiş etdiriblər. Tələbələrimizin oyunu iştirak etdiyimiz ölkələrin festivallarında böyük maraqla qarşılandı və diplomlara layiq görüldü”.
B.Məmmədbəyova bildirdi ki, festivallar tələbələrin dünyagörüşünün artmasında böyük rol oynayır. Belə ki, cəmiyyətə ilk addımlarını atan bu gənclər üçün beynəlxalq aləmə açılmaq və digər ölkələrdəki həmyaşıdları ilə ünsiyyətdə olmaq onların təcrübəsinin artmasında da öz təsirini göstərəcək: “İlk iki festivala universitet dəvət olunmuşdu və rəhbərliyimiz bu potensialı gənclərimizdə gördüyü üçün SABAHın tələbələrini bu festivallara göndərdi. Bu heç də digər tələbələrin patensialının az olduğu anlamına gəlməsin. Universitetimizin tələbələri çox bacarıqlı və istedadlıdırlar. Sadəcə, SABAH tələbələrinin repertuarı geniş olduğundan seçim imkanı çox idi. O ki qaldı səfərimizə, bu festivallar bir növ ekspert rolunu oynadı. Biz orada iştirak edərkən nəyə nail olduğumuzu gördük. Moskvadakı ekspertlər bizim tələbələrin aktyorluq bacarığını yüksək dəyərləndirdilər. Hətta bir neçə tələbəmizi magistr pilləsini Rusiya Teatr Sənəti İnstitutunda davam etdirməyə dəvət etdilər. Qeyd etdiyim kimi, biz Moskvaya “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşasını aparmışdıq. Bu əsəri aparmaqda məqsədimiz Azərbaycan dramaturgiyasını, tanıtmaq idi. Dünya klassiklərini hamı tanıyır. Bizim borcumuz isə ilk növbədə öz klassik dramaturqlarımızı tanıtmaqdır. Moldovaya da bu tamaşanı oynadıq. Səbəb isə milli ədət-ənənələrimizin, geyimlərimizin, rəqslərimizin nümayişi idi. Ekspertlər də tamaşadan sonra müzakirə zamanı tələbələrimizin oynaq, çevik, ritmik olduğunu, nümayiş etdirdikləri tamaşada heç bir boşluğun olmadığını söylədilər”.
Festivalda əməkdaşlıq təklifləri də alan mərkəz rəhbəri qeyd etdi ki, bu təkliflərdən ən realı İspaniya Universitetindən olub. Belə ki, B.Məmmədbəyova ilə görüşündə İspaniya Universitetinin rektoru İncəsənət Universiteti ilə onların arasında tələbə mübadiləsi ilə bağlı məsələləri müzkirə edib.
Mərkəzin rəhbəri SABAH qrupunun istəyinin tələbələrlə birlikdə SABAH teatrının özülünü qoymaqdan ibarət olduğunu bildirdi: “SABAH teatrının özülünü qoysaq, gənclərin bu teatrda işləmək imkanı olar. Sabah bir təhsil brendidir. Biz ilk addımı atmışıq. Gələcək aktyor kursları var, onlar üçün də bir arena olsun ki, orada yradıcı rəqabət apara bilsinlər. Bundan öncə biz Azərbaycanı gəzdik, sonra beynəlxalq festivallara qatıldıq. Belə ki, Mingəçevirdə, Gəncədə, Lənkəranda tamaşalar oynadıq. Yenə də dəvətimiz var. Şəkiyə səfərimiz gözlənilir”.
Festivalda iştirak edən kursun rəhbəri, əməkdar artist Nofəl Vəliyev səfərlərinin uğurlu keçdiyini qeyd etdi: “Həm tələbələr həm də bizim üçün yenilik oldu. Hansı boşluqlarımızın, üstünlüklərimizin olduğunu gördük. Moskvada gənc teatrşünaslar tamaşalar bitdikdən sonra tələbələrin işlərini müzakirə etdilər, maraqlı məqamlara toxundular. Türkiyədə çox rahat idik. Orada “Ezop” tamaşasını nümayiş etdirdik. Tələbələrimizin nə qədər inkişaf etdiyini gördük. Aktyor oyunu baxımından bizim uşaqlarımız daha öndə idilər”.
Nofəl Vəliyev SABAHın istedadlı gənclərindən danışarkən tələbəlik dövrünün onların həyatının hələ başlanğıcı olduğunu vurğuladı: “Onları uzun, çətin, məşəqətli bir yol gözləyir. Bəzən mərhəmət göstəririk. Ancaq mərhəmət göstərmək lazım deyil. Onlar amansız bir sənət seçiblər. Bu sahə çətin, ayrı-ayrı personajların həyatını yaşamağı tələb edən bir sənətdir. Biz onlara bu 4 ildə sənət öyrədirik. Bacarıqlarına istiqamət veririk. Bu il bitirirlər, sonuncu illəridir. İnanıram ki, yaxın gələcəkdə onların adlarını eşidib fəxr edəcəyik”.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir