ADMİU-nun kollektivi Kazanda keçirilən beynəlxalq festivalda iştirak edib

İyun ayının 10-dan 16-a kimi Tatarstanın Kazan şəhərində ənənəvi “Novruz” festivalının egidası altında ilk dəfə olaraq “Novruz məktəb” (“Nauruz school”)  Beynəlxalq tələbə tamaşaları festivalı keçirilib. Tatarıstan, Başqırdıstan, Qazaxstan, Macarıstan, Yakutiya, həmçinin Moskvanın bədii təhsil məktblərinin iştirak etdiyi festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisası üzrə təhsil alan III kurs tələbələri Röyal Allahverdiyev, Elsevər Rəhimov, Esmeralda Abudullayeva, Səmayə Ağayarova, Ələkbər Axundov, Çinarə Qurbanova, Saleh Cümşüdlü, Çinarə Səmədova, Aysel Feziyeva, Orxan İsrafilov və Rafael Quliyev (kurs rəhbəri və tamaşanın quruluşçu rejissoru Xalq artisti, dosent Məmmədsəfa Qasımov) Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesi əsasında hazırlanmış “Qara oyun” tamaşası ilə çıxış ediblər. Kollektiv festivalda iştirakına görə diplomla təltif olunub. 

Festivalda həmçinin, “Teatrşünaslıq” kafedrasının müəllimləri, ADMİU-nun professoru, Əməkdar incəsənət xadimi İsrafil İsrafilov və baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova iştirak edib. “Novruz” festivalının əsas proqramına ekspert kimi dəvət alan İsrafil İsrafilov təşkilat komitəsinin xahişi ilə “Novruz. Məktəb” festivalında da fəal iştirak edərək öz fikirləri, irad və təklifləri ilə gənclərə dəstək olub. 

Teatrşünas Fəridə Cəlilova isə ədəbi materialı rus dilinə çevirib, sinxron tərcüməni həyata keçirib və ustad dərslərində həm tərcüməçi, həm də mütəxəssis kimi fəal iştirak edib.  

Teatr təhsilinə dəstək olmaq məqsədini qarşıya qoyan festivalda tamaşaların nümayişi ilə yanaşı, bir sıra müzakirələr, seminarlar və ustad dərsləri baş tutub. T.K.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının müəllimi Qazaxıstanın Əməkdar incəsənət xadimi Yerlan Bilalov məxsusi olaraq, ADMİU-nun tələbələri üçün, ADMİU-nun müəllimi, Xalq artisti, dosent Məmmədsəfa Qasımov Qazaxıstanlı tələbələr üçün ustad dərsi keçib.

Festivalın sonunda professor İsrafil İsrafilova və Xalq artisti Məmmədsəfa Qasımova ixtisasın təkmilləşdirilməsi haqqında şəhadətnamə təqdim edilib. 

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Mehdi Məmmədovun yubileyinə həsr olunmuş tədbir keçirilib

Dekabrın 18-də Akademik Milli Dram Teatrında Azərbaycan teatr sənətinin istedadlı nümayəndəsi, görkəmli teatr rejissoru, tanınmış aktyor, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun...

Elçin Cəfərov – Tbilisi Loves You

(10-cu Tbilisi Beynəlxalq Teatr Festivalı haqqında qeydlər) Tbilisinin mərkəzi küçələrində şifrəsiz internet şəbəkəsinin (WI-FI) adı belədir. Hər küçəsindən, hər daşından sevgi yağan Tbilisidə olmaq həmişə...

Nigar Pirimova – “Buratino” ilə görüş

Uşaqkən nağılları dinləməkdən, onların əsasında çəkilən cizgi filmlərini, bədii filmləri izləməkdən doymazdıq. Günü bu gün də o vaxtın filmləri nümayiş olunandan acgözlüklə baxıram, çünki...

Recent

V Beynəlxalq Teatr Konfransı qonaqların gözü ilə

Noyabrın 5-də Bakıda V Beynəlxalq Teatr Konfransı işinə başladı.  “XXI əsrin teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında Azərbaycan Dövlət Musiqili Teatrının binasında keçirilən konfransda...

Murat Kolqanat – “Poni”

Dram İŞTİRAKÇILAR: Poni Qadın Birinci kişi İkinci kişi Müdrik kişi Onlar – kirayə mənzil axtaran bir dəstə insan “Kimsə” - qara paltarda I HISSƏ Qadın ağacın başında oturub. Həmən ağacı “Kimsə” kökündən baltalayır....

Nigar Pirimova – Dünya teatrallarının bayramı

Bütün bayramlar, adətən, ümumi sevincə səbəb olur, lakin haqqında söz açmaq istədiyim bayram bir mədəni hadisə kimi xüsusi ictimai-siyasi əhəmiyyət kəsb edir. Söhbət Beynəlxalq...