Ana səhifə » Persona » Müsahibə » ADMİU-dan reportaj: “Biz “Stanislavski sistemi”ni bilmirik!”

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Xəbər
May 25, 2019

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Afişa
May 23, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (23 may – 29 may)

Xəbər
May 23, 2019

Ən məhsuldar teatrşünas

Persona
May 23, 2019

İsrafil İsrafilov – Məmməd Cəfərin teatr düşüncələri

Xəbər
May 23, 2019

YUĞ Teatrında Orxan Pamukun romanı səhnələşdirilib

Xəbər
May 23, 2019

ADMİU-da Nazim Hikmətin əsəri tamaşaya qoyulub

Xəbər
May 23, 2019

“dOM” Teatrı Beynəlxalq Festivalda iştirak edəcək

Mozaika
May 23, 2019

Fuad Poladovun 14 il əvvəl çəkildiyi filmindən nadir fotolar…

Xəbər
May 22, 2019

Gəncə Dövlət Kukla Teatrının aktyoru vəfat etmişdir

Xəbər
May 20, 2019

Akademik Milli Dram Teatrında Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək

Mövqe
May 20, 2019

Mədəniyyət naziri cənab Əbülfəs Qarayevə açıq məktub!

Xəbər
May 20, 2019

“Aləmin Nəfəsi: Nəsimi” tamaşası 3 böyük müfakata layiq görüldü

Mövqe
May 20, 2019

Xəyalə Rəis – 25 il gözləməyə dəyərdi…

Xəbər
May 18, 2019

Afaq Bəşirqızıdan məmurlara sərt çağırış – “Cənab məmurlar, siz də ayılın”

Afişa
May 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (16 may – 22 may)

Persona
May 18, 2019

Teatr direktorları “Kaspi” qəzetinin “Teatr” əlavəsini təbrik etdi

Müsahibə
May 17, 2019

Nigar Pirimova – Teatrlarımızın son beş ili

Müsahibə
May 17, 2019

ADMİU-dan reportaj: “Biz “Stanislavski sistemi”ni bilmirik!”

Xəbər
May 16, 2019

“Yarımçıq qalmış” Caspian Awards mükafatına layiq görüldü

Xəbər
May 15, 2019

ADMİU-da Əlisəfdər Hüseynovun “Kinonun fəlsəfəsi” kitabının təqdimatı keçiriləcək

Xəbər
May 15, 2019

Lənkəran Teatrında “Senemar” faciəsinin premyerası olub

Xəbər
May 15, 2019

Teatr Xadimləri İttifaqında “Ezop-Əzab”

Xəbər
May 14, 2019

ADMİU Beynəlxalq Elmi Konfransa dəvət edir

Xəbər
May 10, 2019

Prezident mükafatçıları məlum oldu

Xəbər
May 10, 2019

Prezident fərdi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb

Xəbər
May 10, 2019

“Ey Azərbaycanım”

Xəbər
May 10, 2019

“Danabaşlar” tamaşası nümayiş olunub

Afişa
May 10, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (9 may – 15 may)

Xəbər
May 10, 2019

Rəhman Rəhmanovun səhhəti pisləşib

ADMİU-dan reportaj: “Biz “Stanislavski sistemi”ni bilmirik!”

Ən önəmlisi təhsildir! Təhsil, yəni ki, təlim. İstər heyvan olsun, istər insan-necə təlim görürsə, elə də yaşayır, bu təlimin istiqamət və səviyyəsindən asılı olaraq ətraf mühitə, əhatə olunduğu obyektiv aləmə münasibəti formalaşır. İnsanın təlim sisteminə təhsil deyirlər. Hər şeyin səbəbi təhsildir. Məsələn, teatr nəticədir, teatr təhsili səbəb. Götürək elə bizim Azərbaycan teatrını… nə qədər demək olar, ay başınıza dönüm, teatr deyilən şey gərəkdir ki, öz qazanında qaynamasın, çanağından ötəki dünyanı qavramağı, duymağı, ona reaksiya verməyi bacarsın. Bacarmırsa, heç olmasa, cəhd eləsin. Eləmirsə… eləyir! Özü də necə deyərlər, “eləməyə” təhsildən başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “kurs işləri”, “diplom tamaşaları” və nəhayət, qastrol səfərləriylə heç də peşəkar teatrlarımızdan geri qalmır, “nüvə başlıqlı” bir “AH!” çəkib onu da qeyd etməliyəm ki, bəzi məqamlarda və tez-tez “bəzi məqamlarda”, “peşəkar teatr prosesimiz”i qabaqlayır da!

Bu reportaj-məqalə üçün bəhanəyə çevirdiyimiz hadisə isə Universitetin SABAH mərkəzinin Türkiyənin Dənizli vilayətinə təşkil etdiyi qastrol səfəridir. İki tamaşa ilə (“Hərə bir qəhrəman oldu” – müəllif Qan Turalı, quruluşçu rejissor Gümrah Ömər və “Müsyö Jordan və Dərviş Məstəli Şah” – müəllif Mirzə Fətəli Axundzadə, quruluşçu rejissor Nofəl Vəliyev) 3-cü kurs dram teatrı və kino aktyorlarının və müəllim heyətinin iştirak etdiyi Uluslararası Amatör Tiyatro Festivalı haqda əvvəlinci sözü söyləyir. 

ADMİU-nun “Sabah” Mərkəzinin rəhbəri Bella Məmmədbəyova: “Qatıldığımız festival artıq 33-cü dəfə keçirilən Denizli Uluslararası Amatör Tiyatro Festivalı idi. Amatör, yəni ki, həvəskar. Amma bəzi tamaşaları çıxmaq şərtiylə, festival heç də “həvəskarlıq səviyyəsi”ndə deyildi. Düzdür, dərnək səviyyəsində olan tamaşalar da vardı, amma həm də olduqca kreativ ideyalara söykənən müasir tamaşalar oynanıldı. Festivalın çox zəngin proqramı var idi. Fərqli məkanlarda – Çatalçeşmə Oda Teatrında və Konqres Mərkəzində gündə iki tamaşa oynanılırdı.” 

Bizə məlumdur ki, bundan öncə Sabahçılar Rusiyada QİTİS-in təşkil etdiyi MDB ölkələrinin II Beynəlxalq Teatr Festivalında çıxış ediblər. Bu isə artıq yaradıcı heyət üçün əməlli-başlı müqayisə imkanı yaradır. Maraqlıdır, əgər müqayisə etsək Azərbaycan teatrı və teatr təhsili üçün hansı mətləbləri əxz edə bilərik?.. Bu sualımızı Universitetdə səhnə danışığı fənnini tədris edən Xalq artisti Mehriban Zəki cavablandırdı:

“Maraqlı və konkret suala görə təşəkkür edirəm. Özünüz də qeyd etdiniz, bundan öncəki səfərimiz Rusiyaya olub. Bilirsiniz ki, Rusiya artıq bir əsrdir ki, öz teatr ənənəsi və düşüncəsiylə bütün dünyaya təsir göstərir, necə deyərlər,  peşəkarlığın kriteriyalarını diqtə edir. Əlbəttə ki, Rusiyanın ən mötəbər təhsil ocaqlarından olan QİTİS-də festivala qatılmaq bizim üçün həm böyük uğur, həm də ağır məsuliyyət idi. Düzdür, QİTİS özü bu festivala qatılmamışdı, amma bizim tamaşa, ən azından, festivala MDB ölkələrində qatılan tamaşaların heç birisindən geri qalmırdı, hətta, tələbələrimiz oynayanda mən qürur duydum ki, mənim məmləkətimin balaları heç kimdən geri qalmırlar. Amma, müqayisə obyekti Rusiyadırsa, etiraf etməliyəm ki, geridə olduğumuz məqamlar var. Məsələn, orada ustad dərslərində iştirak etdiyimiz zaman özüm üçün bilmədiyim, öyrənməli olduğum məqamlar, məsələlər aşkarladım, baxmayaraq ki, burda həmin fəndən dərs deyirəm. Çox yaxşı olardı ki, mən həmin “texniki vasitələri” onlardan öyrənim və tələbələrə də öyrədim. Çünki, bu gün teatr sənətinin varolması biraz başqa – daha yeni prinsiplərə söykənir. Biz isə “köhnə məktəb”ə əsaslanırıq.

-Hansı “köhnə məktəb”ə, Mehriban xanım… o məktəbin adı nədir?..”Stanislavski sistemi?!

Mehriban Zəki: “Qətiyyən, yox! Biz Stanislavski məktəbini bilmirik, Dağlar! Bil-mi-rik! Biz onu bilmirik və haqqında təsəvvürümüz də o qədər bəsitdir ki, elə bilirik, Stanislavski “sistemi” çıxıb səhnədə “YAŞAMAQ”dan ibarətdir və guya ki, bu köhnədir. Əslində, isə bir az mahiyyətinə varsaq, bu “sistem” o qədər canlı və aktualdır ki… sadəcə, dəqiqliyi ilə öyrənmək gərək. Bütün dünyada istər teatr təhsilinin, istərsə də peşəkar teatrın bünövrəsində bu “sistem” durur. Başqa istiqamətə getdim, keçim Dənizliyə… Dənizli əyalətdir. Düzdür böyük şəhərlərdən də truppalar qoşulmuşdular. Məsələn, Aydın Universitetinin tamaşasını heç sevmədim. Qaldı bizim tələbələrə, kifayət qədər yaxşı çıxış etdilər. Düzdür, bir az səhnənin texniki durumundan gələn qüsurlar oldu, amma bu uşaqların günahı deyildi. Baxmayaraq tələbələrimiz arasında zəifi də var, güclüsü də…amma ən önəmlisi budur ki, bu uşaqlar istənilən teatr mühitinə, istənilən səhnəyə köklənməyə və orada bir ansambl kimi var olmağı bacarırlar. Bir balaca əsəri bəyənmədilər (Qan Turalı “Hərə bir qəhrəman”), bəlkə də əsər məhz bizim tariximizlə bağlı olduğundan mövzu onlara aydın olmadı. Xüsusən, “Müsyö Jordan və Dərviş Məstəli Şah” tamaşasındakı aktyor ifasına heyran oldular. Bu tələblərlə çox işlər görmək olar.”

Mehriban Zəki, əslində, bu günə kimi heç kimdən eşitmədiyim, amma adım kimi əmin olduğum fikri səsləndirdi: “Biz Stanislavski “sistemi”ni bilmirik. Bizdə hər şey var, bircə bu “BİLMİRİK!” çatışmırdı… sehrli “bilmirik!..” Hansı ki, bilgəliyə (oxu: peşəkarlığa) gedən yolun lap başlanğıcıdır. Bir də ki, yuxarıdakı o “köhnə məktəb” sözünü mən “məktəbsizlik” sözüylə əvəz edərdim.

Söhbətimiz davam edir, amma Bella xanımla. Xahiş etmişəm ki, son illər universitetimizdə formalaşmış “qastrol ənənəsi”nin əhəmiyyətini peşəkar təhsil işçisi kimi xarakterizə etsin.

Bella Məmmədbəyova: “Hər qastroldan sonra mən tələbələrdə o inkişafa doğru meyillənməni görürəm. Bilirsiniz, fərqli mədəniyyətlər uşaqlar üçün düşüncə arealını genişləndirir.Başqa sənət mühitləriylə təmas dünya görüşlərini artırır ki, bu da bir sənətçi üçün çox önəmlidir.İkincisi, onlar üçün meyarlar dəyişir, yeni mətləblər aydınlaşır, hədəfləri müəyyənləşir.Təbii ki, söhbət sənətini sevən tələbələrdən gedir.Qayıdırlar, dayanmaq istəmirlər, işləmək istəyirlər.Ona görə hər vəchlə istəyirəm ki, onlar xaricə çıxsınlar.Biz bu gün tələbəni təkcə Azərbaycan çərçivəsi üçün yox, daha geniş areal üçün hazırlamalıyıq.Tələbələrin əlaqələrini genişləndirməliyik.Məsələn, keçən ilki festivalda iştirakından sonra Corc Qafarova Moskvadan film təklifi gəldi. Sadəcə, o, hərbi xidmətdə olduğundan bu təklifi dəyərləndirə bilmədi, bu il tələbəmiz Ziya Ağaya QİTİS-də təhsil almasıyla bağlı təkliflər oldu. İndi çox dəvətlər gəlir və biz bunu imkanımız daxilində dəyərləndirməyə çalışacağıq.Bir də bayaq Mehriban xanıma müqayisəylə bağlı bir sual verdiz.Deməli, Dənizlidəki festival 33-cü dəfə idi keçirilirdi və 15000 tamaşaçısı var idi.Tamaşalarda yerlərin yarısı iştirakçılar üçün idi, yarısına isə simvolik qiymət – 1 lirə- qoyub satırdılar.Mən bilet üçün insanların necə növbəyə durduğunu gördüm.Baxın bir fərqimiz də burdur – bizim tamaşaçımız yoxdur!”

Estafeti müəllimlərdən alıb tələbələrə verirəm, düzünü desəm, əsas maraq obyektim onlardır. Maraqlıdır, iştirak etdikləri festivallar onlar üçün hansı səhifələri açdı, düşüncələrində müəyyən bir peripetiyaya səbəb oldumu?.. Oralardan özləri və mənsub olduqları teatr mühiti üçün nə qoparıb, nə “çırpışdırıb” gətirdilər buralara?..

Fidan: “Şəxsən mənə burada – Səda Tədris Teatrında rola “girmək” olduqca çətin idi. Komplekslərim var idi. Amma Moskvada sanki tamam başqa adam idim, tamam başqa bir enerjiylə oynadım. Bilmirəm o enerjini tamaşaçıdan aldım, ya mühitdən”.

Fidandan sualıma cavab ala bilmirəm, amma verdiyi cavabdan bu nəticəni əxz edirəm: sənətçi üçün ən önəmli olan azadlıqdır. Əgər aktyor (oxu: aktrisa) səhnəyə çıxanda düşünürsə ki, yahu, mən bu mizanı necə edim ki, zalın sol küncündəki əmim oğlu görməsin və ya filan filmə çəkilsəm, görəsən, kəndimizdə nə deyərlər, deməli, o cismən sənətdə olsa da, ruhən, yəni “psixe” olaraq, hələ də kəndlərindən çıxmayıb. Görünür, Fidan rusların səhnəsində azadlığını tapıb… bir neçə dəqiqəlik də olsa.

Mirsənan: “Energetika” deyilən bir şey var da… mənfi və müsbət enerji. Bizim tamaşaçıda bir xasiyyət var ki, həmişə tamaşaya mənfi rəylə gəlirlər.Rusiya tamaşaçısı isə tamamilə fərqli enerjiyə malikdir, hansı ki, səhnədə sənə mane olmur”.

Tələbə yoldaşlarım söhbəti başqa yönə aparıb, özlərini bir neçə dəqiqəlik sənətkar kimi hiss etmək üçün tamaşaçıdan gileylənirlər, energetikadan dəm vururlar.Amma mənə bu gərək deyil, mənə onların içindəki özünütənqid lazımdır. Ona görə də həmlə edirəm: “Dostlar, gəlin belə danışaq… indi tamaşaçının çatışmazlıqlarını dedik. Rusiya seyrçisinin zövqünə və energetikasına heç bir şübhəmiz yoxdur. Amma istəyirəm, bir az özümüzdən danışaq: biz və onlar… məsələn, biz və Moskva tələbələri”

Mirsənan: “Fərqlər var…çox böyük fərqlər var! Fərq budur ki, onlar işləyirlər.”

– Siz işləmirsiz?!.

Mirsənan: “Biz işləmirik…çox az işləyirik! Məsələn, mən orda bir şeyin şahidi oldum, deməli, birinci kurs tələbəsi divarın küncünə stul qoyub üzü divara oturub dayanmadan məşq edirdi.Biz anlamırıq ki, bu neyləyir.Sonra onların dərsinə girəndə anladıq ki, bu etüd edirmiş.Battery deyilən musiqi alətini göstərirdi. Bu adam saatlarla onda məşq edirdi. Bizdə belə bir şey yoxdu: nə eləməmişəm, nə də görməmişəm!”

Gövhər: “Bizdə sistem fərqlidir, təhsil və müəllimlər fərqlidir. Əslində, biz gücümüz çatandan daha artığını elədik. Bu səfərin ən gözəl tərəfi odur ki,  hamımız səfərbər olurduq. Elə bunun sayəsində Moskvada heç kimdən geri qalmadıq.Amma orada elə fənnlər var ki, bizdə onu keçmirlər.Məsələn müşahidə… hər hansı bir personanı müşahidə edirsən və ondan imtahan verirsən. Bunu ayrıca bir dərs kimi keçirlər –  bu çox xoşuma gəldi. O ki qaldı Türkiyə teatrına, məncə, bizim teatr daha çox inkişaf edib. Onlar hər şeyə üzdən yanaşırlar və aktyor oyununu klişe davranışlarla qavrayırlar.Bu isə qeyri-səmimi bir ortam yaradır”.

Elçin: “Rus tələbələrə paxıllığım tutdu, sözün düzü. Çox çalışırdılar və çox həvəsliydilər. Amma o həvəsi yaradan müəyyən amillər var idi. Məsələn, keçən il bizdə Ceyhun (Dadaşov) müəllimlə Ruslan (İsmayılov) müəllim studiya yaratmışdılar. Müəyyən yaradıcı mühit formalaşmışdı. Belə mühit bizə daha həvəslə, daha sürətli işləməyə şərait yaradar. Tələbəni öz bacarıq və istedadıyla baş-başa buraxırlar ki, əvvəlcə özünü kəşf eləsin. Rol üzərində işdən əvvəl aktyor təbiətini üzə çıxaran daha yüngül məşğələlər keçmək lazım idi. Biz isə lap başdan rol üzərində işə başladıq və bu, çətin oldu”.  

   Elçin olduqca önəmli mövzuya toxundu: Studiya! Bu gün Azərbaycan teatr məkanında bir dənə də olsun studiya fəaliyyət göstərmir. Peşəkar teatrlar isə beş ildə heç beş nəfər gəncə iş vermir. Sual yaranır, onda bu “yeni teatr nəsli” harada və necə yetişəcək?!. Zatən, biz gənc nəsil peşəkar teatrlardan əlimizi üzmüşük. Fakt budur ki, bu gün gənc teatrçılar blokada vəziyyətindədir və universiteti bitirər-bitirməz bu blokadada itib batırlar, məhv olurlar.

Tural: QİTİS-də bir master-klass keçdik, müəllimlər maraqlı bir məsələni qabartmışdılar. Deyirdilər ki, biz uşaqlara hər şeydən öncə iş zamanı “üçüncü dairə”ni qapamağı, məhz işə köklənməyi öyrədirik. Hər şeydən önəmlisi diqqəti cəlb etməkdir. Biz bunu öyrənmədik, bunu bacarmadıq. Məncə, bu sənət yükləməklə və yüklənməklə deyil, sevgiylə olur. Bəzi məqamlarda məhz o sevgiyə çatıram və yaşadığımı hiss eləyirəm. QİTİS-də tədris planı olduqca dəqiqdir, ardıcıldır.

Mətləb: “Bizdə səbr yoxdur. Hər şeyə tezbazar nail olmağa çalışırıq və çox tez də nail olduğumuzu düşünürük. Rusiyada gördüm uşaqları ki, adi bir elementi iki saat-üç saat məşq edirlər. Biz isə parçalanırıq – evə, işə, bufetə və.s. Ona görə də təhsili tam qavraya bilmirik. Hələki özümdə o disiplini yaratmağa çalışıram.”

Uşaqların bayaqdan “enerji”, “həvəs”-lə ifadə etdikləri çatışmazlığın nədən ibarət olduğunu, deyəsən, bilirəm – hədəfsizlik! Rusun balası o boyda əziyyətə ona görə qatlaşır ki, o boyda Rusiya teatrında var ola bilsin. Bizim binəvalar isə Azərbaycan teatrından ümidlərini kəsiblər, yönəliblər seriallarımıza ki, orada da aktyor olmaq bir o qədər önəmli deyil, əsas “təbii” olmaqdır. Bir də müəllim, ustad faktoru çox önəmlidir. Gərəkdir, müəllim öz intellekti, bacarıq və uğurlarıyla tələbəni öz ardıyca aparmağı bacarsın. İndi isə müəllimlərə sonuncu sualımı ünvanlayıram. İstəyirəm öyrənim ki, bütün bu festivallar, qastrollar bizim dünya teatr məkanına inteqrasiya üçün qarşımıza hansı vəzifələri qoyur?

Bella Məmmədbəyova: “Ən birinci hədəf dünyəvilik və beynəlxalq əlaqələrdir. Təhsil gərək universal olsun və beynəlxalq təcrübə mübadilələri üzərində qurulsun. Məsələn, çox istəyərəm ki, “Erasmus+” proqramıyla gedib Polşa universitetlərində təhsil alsınlar. Bunun üçün də biz mütləq dil baryerini aradan qaldırmalıyıq. Tələbələrimiz xarici dil bilmirlər. Keçən il Rusiyada magistr tələbəmiz Hilal Dəmirova qalıb oxumağı təklif elədilər, məhz dil baryerinə görə alınmadı. Yəqin ki, hər şeydən öncə bu maneələri dəf etmək vəzifəsi durur qarşımızda”.

Mehriban Zəki: “Bu gün teatr təhsilimizin inteqrasiyası üçün gərək biz müəllimlər inteqrasiya edək. İndi söhbət əsnasında uşaqlar danışdılar, mən özüm üçün müəyyən ölçüləri götürdüm. Bilmirəm, bu gün təhsilimizi dünya masştabına daşıya biləcək müəllimlərimiz varmı… dəqiq demək mümkün deyil”.

Dağlar Yusif: “Yoxdur, Mehriban xanım! Heç ehtimal da eləməyin…”

Mehriban Zəki: “Hə, baxmayaraq ki, mən özüm də müəllim olmağa cəhd edirəm!”

Bella Məmmədbəyova: “Amma o gənclərimiz var”.

Mehriban Zəki: “Bəli gənclər var və bu gün o gənclərin gedib xaricdə oxuyub gəlmələri bizi teatr məkanına daşıya bilər. Mən bunu arzulayıram, bunu istəyirəm.Bu gün hətta mən özüm buna çox böyük ehtiyac duyuram!”

Beləliklə, ADMİU-ya kiçicik səyahətimiz yekunlaşdı.Sonda bir şeyi demək istəyirəm ki, burada festivallar haqda bütün deyilənlər bizim üçün “deyilənə görə” xarakteri daşıyıb. Gərçi, ADMİU-nun 20-25 nəfərlik heyəti arasında, heç olmasa, bircə nəfər teatrşünas olsaydı, bu reportaj daha canlı, daha fərqli ola bilərdi. Amma görünür, Azərbaycan teatrı SABAH-ı teatrşünassız açmaq istəyir… lakin, SABAH açılanda yenə biz teatrşünaslar hamıdan bir addım öndə olacağıq… həmişəki kimi.

 

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir