ADMİU-da “Sayt-spesifik teatr” mövzusunda seminar keçirilib

Aprelin 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, TeatrO.az sənət portalı və müstəqil dOM teatrının əməkdaşlığı ilə “Dünya teatr məkanında yeni təzahürlər: “Sayt-spesifik teatr” mövzusunda seminar keçirilib. Tədbirdə ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə, Teatr sənəti fakültəsinin müəllimləri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova, Əməkdar artistlər Yaqut Paşazadə, Nofəl Vəliyev, ADMİU-nun mətbuat katibi, teatrşünas Elçin Cəfərov, Ədəbiyyat və Dillər kafedrasının dosenti Gülnarə Məmmədova, prodüser Səbuhi Məmmədov, TeatrO.az sənət portalının əməkdaşları, teatrşünaslar Razimə İsmayılova, Emin Əliyev, Dağlar Yusif, Əli Hacılı, dramaturq İsmayıl İmanov, YUĞ Teatrının aktyoru Qasım Nağı, aktrisa Dəniz Tacəddin, Poliqon Yaradıcılıq Platformasının üzvləri, ADMİU-nun tələbələri və jurnalistlər iştirak edib. Tədbiri giriş sözü ilə açan TeatrO.az saytının həmtəsisçisi və baş redaktoru Vidadi Qafarov Azərbaycan teatr düşüncəsi üçün yeni olan bu cür mövzuların öyrənilməsinin və müzakirə olunmasının əhəmiyyətindən danışıb, bu mövzuda seminarın məhz ADMİU-da keçirilməsinə razılıq verdiyi üçün Tərlan Rəsulova təşəkkürünü bildirib.

Seminarda məruzəçi qismində çıxış edən dOM Teatrının bədii rəhbəri Tərlan Rəsulov dünya teatr məkanında geniş yayılmış “sayt-spesifik” teatrdan (xüsusi məkan teatrı) söhbət açıb. Məruzəçi bildirib ki, “sayt-spesifik” termini 1980-ci illərin əvvəllərindən yaransa da, 2000-ci illərdən sonra daha tez-tez işlənib. Rejissorlar tamaşa qoymaq üçün alternativ məkanlar, qeyri-teatral yerlər axtarırdılar. Teatrın qara qutuya bənzəyən səhnəsindən fərqli olaraq bu məkanların öz əhval-ruhiyyəsi, öz yaddaşı mövcuddur. Onların yaddaşında müxtəlif əhvalatlar-tarixçələr var, rejissorlar tamaşa ilə bu əhvalatları canlandırmağa çalışırlar. Sayt-spesifik bir sıra interaktiv teatr növlərini özündə ehtiva edir. Bunlara küçə teatrından savayı, İmmersiv Teatr (Immersive Theatre), Gəzinti Teatrı (Promenade Theatre), Mühit Teatrı (Environmental Theatre), Muzey Teatrı daxildir.

Seminar çərçivəsində “Sayt-spesifik teatr” anlayışı ilə ümumi tanışlıq, onun dünya teatr məkanındakı yeri, Azərbaycan teatr gerçəkliyində tətbiqi və inkişaf perspektivləri müzakirə olunub.

ADMİU-nun böyük səhnəsində baş tutan seminarda mövzuya dair videomateriallar nümayiş olunub və sayt-spesifik teatrın konkret təzahürləri haqqında məlumat verilib. Seminar məruzəçi ilə iştirakçılar arasında dialoq, sual-cavab şəklində gerçəkləşib.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənov və baş rejissor...

“Bermud üçbucağı”nda – Ayaz Salayev

Kişi çılpaqlığını sənət əsəri kimi təqdim eləmək üçün rejissor gey olmalıdır... TeatrO.az sənət portalının layihəsi: Könül Əliyeva-Cəfərova və Dağlar Yusifin təqdimatında “Bermud üçbucağı”nın qonağı kinorejissor...

Paytaxt teatrlarının həftəlik repertuarı (10-16 yanvar)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 12 yanvar H.Mirələmov “Vəsiyyət” saat 19:00 13 yanvar C.Cabbarlı “Almaz” saat 19:00   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 12 yanvar Gaetano Donisetti “Sevgi...

Recent

Dağlar Yusif – “Yoxluq-yoxluq oyunu: bir nəfəslik əsər-bəsər”

(lövhi-məhfuzdan oxunan kəlmələr) Yadındadı… Yadındadı, səndən soruşdum, bəs, K babanın vəziyyəti necədi?.. Cavab verdin ki, əşşi heç nə…ölüm ayağındadı… əsər-bəsər eləyir. Yadındadı?.. Təbii ki, yox…...

Fərid Əliyev: “Həkimlərin ümidinə qalsaydım, indi arabada gəzirdim”

Fiziki məhdudiyyətli aktyorumuz Fərid Əliyevin həyat hekayəsi Son illərdə ölkəmizdə bir sıra özəl teatrlar fəaliyyətə başlayıb. Bu teatrlardan biri də əlilliyi olan və olmayan aktyorlardan...

Məryəm Əlizadə – “Rejissor haqqında paradoks”

Çağdaş Azərbaycan teatrının görkəmli rejissoru Vaqif İbrahimoğlu ilə ilgili peşəkar düşüncəmdə yaranmış paradoksu incələməkdən öncə, hər ehtimala qarşı, kiçicik girişvari açıqlama verməyə ehtiyac duyuram....