Fəridə Cəlilova: “İntəhası”

“İntəhası”nı  sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Fəridə Cəlilova deyəcək.

1. Mişel Fuko yazır ki, intellektualın cəmiyyətdə öndərlik funksiyası itib, insanlar onsuz da hər şeyi bilir və görür. İntəhası…“bilir” = “anlayır” = “hiss edir” düsturu bu gün işləmir.

2. Müasir dramaturgiya da 36 ədədinin sehrini poza bilmir. İntəhası… maraqlı ömür yaşamaq üçün 3 fərqli dramatik situasiyanı gerçəkləşdirmək yetər; 6 situasiya artıq macərasevərlikdir.

3. Haneke, Trier… Onlar qəbul etmək istəmədiyimiz həqiqətləri sevir. İntəhası… “Əndişeyi-zat qılmaq olmaz”, hər həqiqəti sevəni həmişə sevmək olmaz (Trier və media arasında son illər yaşanan “sevgi”ni xatırla). Əslindəsə, deyək ki, dramaturgiya həmişə qəbul etmək istəmədiyimizi bizə sevdirməklə məşğul olub.

4. Aristofan düşünürdü ki, həyat teatr kimidir, ən pis insanlar ən yaxşı yerlərdə otururlar. İntəhası… mən də tamaşaya yaxşı yerdə oturub baxmağı xoşlayıram, digər məsələdir ki, həmişə alınmır (yox, provokasiyaya getməyəcəyəm)…

5. Prometey qaraciyərini insanlığa qurban verdi. İntəhası… bəşəriyyət indiyəcən gələcəkdən xəbər tuta bilməyərək boş ümidlə yaşamaqdan əziyyət çəkir.

6 .Deyirlər, teatrda söz ölür. İntəhası… söz hər yerdə ölür, söz öldükcə kosmos xaosa dönür – biz dünyanı yenidən nizama salmağı öyrənməli olacağıq…

7. Bekket o qədər utancaq idi ki, auditoriyada tələbələri ilə özü arasında pərdə çəkirdi ki, görünməsin. İntəhası… əsərləri “satqınlıqla” onu yenə ələ verdi.

8. “Qadınlara elə gəlir ki, qaranlıq onları gizləyir / əksinə, qadın qaranlıqda daha aydın görünür”. İntəhası… qayda № 5 deyir ki, şairlər qadınlardan yazanda onlarla mübahisə etməyin:
“dənizi gözləriylə sağaldan qadınlar var, öldülər.
[…] dənizi baxışlarıyla sağaldan qadınlar var, gəldilər”.

9. Hərdən ağıllı insanlar axmaq insanlara aşiq ola bilirlər. İntəhası… ağıllı bunun öhdəsindən gələcək; axmaq insansa ağıllıya aşiq olduqda daha bədbəxt olar.

10. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. İntəhası… tərəddüd ilahəsigildə həmin an gecə olacaq.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Sumqayıt teatrının aktyorunun vəziyyəti pisləşib

Bir müddət əvvəl qaraciyər sirrozu diaqnozu ilə Sumqayıtda xəstəxanaya yerləşdirilən tanınmış aktyor Yalçın Səlimovun vəziyyəti ağırlaşıb. ONA-nın yerli bürosuna açıqlamasında Y. Səlimov qarnına yığılan...

“Yuxularımdan get”… Rus Dram Teatrında

30 iyun 2018-ci ildə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Anarın "Təhminə və Zaur" əsəri əsasında hazırlanmış "Yuxularımdan get" adlı tamaşanın premyerası olacaq....

Elməddin Dadaşov: “Sehrbaz olmaq arzusunda idim”

14 ildir ki, Akademik Musiqili Teatrda rejissor assistenti vəzifəsində çalışır. Həmin teatrda böyüyüb, boya-başa çatıb. Bu teatr onu, bir rejissor və  aktyor kimi yetişdirib....

Recent

Rus Dram Teatrı Tbilisidə tamaşa nümayiş etdirib

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Gürcüstana qastrol səfəri edib. Qastrol səfəri çərçivəsində Azərbaycan teatrı A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrında...

Xəyalə Rəis – 25 il gözləməyə dəyərdi…

Bir neçə həftə bundan öncə Azərbaycan Dövlət Pantomima Teatrının yaranmasının 25 illiyi münasibətilə ilə teatrın yaradıcısı, xalq artisti Bəxtiyar Xanızadə ilə müsahibəyə getmişdim. Adətən...

Paytaxt teatrlarının həftəlik repertuarı (10-15 aprel)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı  12 aprel K.Abdulla "Bir, iki bizimki.. " saat 19:00 (“A.M.Şərifzadə səhnəsi”ndə) 13 aprel Ə.Əmirli "Şah Qacar" saat 19:00 14 aprel İ.Əfəndiyev "Mənim günahım" saat...