21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov 21 illik “Kontrabas” la yenidən səhnəyə çıxacaq.

Open.az xəbər verir ki, tanınmış aktyor 1998-ci ildə səhnəyə qoyulan və 21 il ərzində yüzlərlə festivalda iştirak edib, qalib olduğu tamaşa ilə bu dəfə ABŞ-da çıxış edəcək.

Bu barədə məlumat yayan Şövqi Hüseynov bildirib ki, tamaşa avqustun 28, 29 və 30-da ABŞ -ın Boston şəhərində olacaq.

Əməkdar artist mono-tamaşanın Amerikada nümayiş olunmasına kömək göstərdiyinə, dəvətə görə “Круг” Teatrına və teatrın rəhbəri Yuri Rubençikə, həmçinin səfərin reallaşmasında vacib olan maliyyə dəstəyinə görə Mədəniyyət Nazirliyinə @culture.gov.az dərin təşəkkürlərini bildirib:

“ABŞ-da Patrik Züskindin “Kontrabas” monotamaşası ilə səhnəyə çıxacam. “Kontrabas”1998-ci ildə səhnəyə qoyulub. O zamandan bəri bir çox festivallarda olub. Köhnə sovet ölkələrində, Türkiyədə, İranda səhnəyə qoyulub və bir çox mükafatlara layiq görülüb. Tamaşa Azərbaycan və rus dilində oynanılır. “Kontrabas” tamaşası indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb”.

Xatırladaq ki, əsərin müəllifi Patrik Züskind, monotamaşanın quruluşçu rejissoru, səhnə və musiqi tərtibatçısı, mərhum rejissor İrina Perlovadır.

1 saat davam edən tamaşanın süjet xətti ensiklopedik biliklərə malik qəhrəmanın həyatda çox sadə mövqe sahibi olmasıdır. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı. Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanın yeganə ünsiyyət vasitəsi kontrabasdır. Əsərin qəhrəmanının sevgilisi ilə dialoqu kontrabasla dialoq əvəz edir. Bu xoş ünsiyyəttin ən maraqlı fikir ötürümü bundan ibarətdir ki, insan birinci növbədə özü-özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.

Ülviyyə Həsənqızı

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Aydın Talıbzadə “Patersonun 7 şeir günü”

“Paterson” filmi ekrana kadr-misralar kimi gəlir, sərbəst şeirin daxili qafiyələri kimi gəlir: hətta o dərəcədə ki, misralar kadrlaşır, kadrlar misraya dönür. Cim Carmuş şairliyi, şeirin...

“Bermud üçbucağı”nda – Pərviz Məmmədrzayev

TeatrO.az sənət portalının layihəsi: Könül Əliyeva-Cəfərova və Dağlar Yusifin təqdimatında “Bermud üçbucağı”nın qonağı Əməkdar artist Pərviz Məmmədrzayevdir. Könül Əliyeva-Cəfərova: Biz bilirik Pərviz Məmmədrzayev kimdir. Siz...

Türk Dünyası Teatr Günləri

Bir neçə ildir davamlı olaraq keçirilən Türk Dünyası Teatr Günləri 4-cü dəfə teatrsevərlərlə görüşə gələcək. Mersin Böyükşəhər Bələdiyyəsi Mədəniyyət  və Sosial İşlər Dairəsi tərəfindən ...

Recent

Fəridə RƏHİMLİ – Öz dəsti-xətti olan sənətkar

Azərbaycan ədəbiyyatının, rejissurasının, jurnalistikasının tanınmış simalarından biri, Prezident mükafatçısı, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun 69 yaşı tamam olur. Ömrünün müdrik çağını yaşayan və böyük...

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” – deyir. Mövsüm başladısa, biz də...

Nigar Pirimova – “Çalınmamış serenada”

Bir gün mənsiz qalanda, ürəyini dağlama Ötən günləri anıb, mən öləndə ağlama Tam üç il öncə dahi Füzulinin “Leyli və Məcnun” əsərinin Gənc Tamaşaçılar Teatrında premyerası...