Ana səhifə » Xəbər » Teatrlarda PR işinin təşkili mövzusunda dəyirmi masa keçirilib

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Afişa
İyun 13, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (13 iyun – 20 iyun)

Müsahibə
İyun 13, 2019

Dağlar Yusif – “dOM” Teatrından reportaj: ”Bu şəxsən mənimçün təzə deyil”

Xəbər
İyun 13, 2019

Bəsti Cəfərova – 60 yaş

Xəbər
İyun 13, 2019

“Leyli və Məcnun” operasının növbəti tamaşası keçiriləcək

Xəbər
İyun 12, 2019

Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

Xəbər
İyun 12, 2019

Azərbaycanlı rejissor dünyaya səs salan layihəyə imza atdı

Xəbər
İyun 11, 2019

Akademik Musiqili Teatrda ənənəvi mükafatlandırma olacaq

Xəbər
İyun 10, 2019

“Kubinka” tamaşasının premyerası baş tutacaq

Xəbər
İyun 9, 2019

Rus Dram Teatrı “Tənhalığın komediyası”nı təqdim edib

Xəbər
İyun 8, 2019

“dOM” Teatrı “Tuğanlıq” festivalında mükafat qazanıb

Persona
İyun 7, 2019

Aydın Talıbzadə – “SFİNKS VƏ KONTRABAS”

Xəbər
İyun 7, 2019

Nəsimiyə həsr olunmuş tamaşa Dərbənd qalasında

Xəbər
İyun 7, 2019

Teatrlarda PR işinin təşkili mövzusunda dəyirmi masa keçirilib

Xəbər
İyun 7, 2019

“Qızıl balıq” tamaşasının premyerası oldu

Xəbər
İyun 7, 2019

“Sonuncu”nun kinoversiyası çəkilir

Xəbər
İyun 7, 2019

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Mövqe
İyun 6, 2019

Bayram kimi festival

Xəbər
İyun 5, 2019

YUĞ Dövlət Teatrı bu gün “Novruz” Festivalında çıxış edəcək

Xəbər
İyun 5, 2019

Uşaqların üzünü güldürən festival

Xəbər
İyun 5, 2019

Serbiya, Özbəkistan və Azərbaycan opera ulduzları birgə çıxış edəcəklər

Xəbər
İyun 2, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Xəbər
İyun 2, 2019

Lənkəran Teatr Festivalının birinci günü başa çatdı

Mövqe
May 30, 2019

Aynurə Mustafayeva – Niyə biz yaxşı dram yarada bilmirik?!

Xəbər
May 30, 2019

LƏNKƏRANDA I BEYNƏLXALQ TEATR FESTİVALI KEÇİRİLƏCƏK

Müsahibə
May 30, 2019

Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

Xəbər
May 29, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı keçiriləcək

Persona
May 29, 2019

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

Xəbər
May 28, 2019

Akademik Musiqili Teatrı işə qəbul elan edir (R)

Xəbər
May 27, 2019

“Boy çiçəyi” tamaşası İlyas Əfəndiyevin 105 illik yubileyinə həsr olunub 

Xəbər
May 26, 2019

Səhnə “Bizim Don Kixot”undur

Teatrlarda PR işinin təşkili mövzusunda dəyirmi masa keçirilib

“Məktəblərə teatrların girişi bərpa edilməli, qadağa aradan qaldırılmalıdır”

4 iyun tarixində Beynəlxalq Mətbuat Mərkəzində “İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Teatr mədəniyyətinin formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi çərçivəsində “Teatrlarda PR işinin təşkili” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, müxtəlif teatrların mətbuat xidmətlərinin rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən teatrşünas Elçin Cəfərov bildirib ki, bu gün informasiya cəmiyyətinin formalaşdığı dönəmdə cəmiyyətin bütün sahələrində olduğu kimi mədəniyyət sferasında, o cümlədən teatrda da PR işinin əhəmiyyəti artıb: “Ölkəmizdə kütləvi şəkildə teatr sənətinin təbliği, teatr industriyasının formalaşması, bu sahədə dövlət səviyyəsində dəstəklənən mütəşəkkil reklam və təbliğat siyasətinin qurulması vacib məsələlərdəndir. Çox təəssüf ki, bu gün Azərbaycan teatrında marketinq və PR-la bağlı vəziyyət ürəkaçan deyil. Teatrlarımızda bu işlə məşğul olan şöbə, bölmə, yaxud departament şöbəsi mövcud deyil, “mətbuat katibi” ştatı ya ümumiyyətlə yoxdur, ya da həmin işi teatrların ədəbi hissə müdirləri, yaxud digər işçilər həyata keçirir. Bu işi qismən yerinə yetirən və ya yerinə yetirməli olan ədəbi dram hissəsi bir struktur kimi artıq çoxdan köhnəlib və funksional deyil. Düşünürəm ki, teatrların hər birində İctimaiyyətlə Əlaqələr şöbəsi yaradılmalı və bu şöbənin fəaliyyəti maksimum stimullaşdırılmalıdır. Teatrda hazırlanan hər bir tamaşanın peşəkar PR və reklam strategiyası tərtib olunmalı və hər bir bədii məhsulun reklam məmulatlarının hazırlanmasına müəyyən vəsait ayrılmalıdır. Tamaşaların keyfiyyətli fotoları, treyleri, afişaları hazırlanmalı, tamaşaçıların cəlb olunması üçün internet resurslarından, sosial şəbəkələrin imkanlarından geniş istifadə olunmalıdır”.

Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova qeyd edib ki, təmsil etdiyi qurum keçirilən tədbir, premyera və tamaşaların daha çox KİV-lərdə yayımlanmasına səy göstərir: “Biz çalışırıq ki, tamaşalarda TV-lərin iştirakı təmin olunsun. Teatrların afişalarının, elan xarakterli məlumatlarının sosial şəbəkələrdə yerləşdirilməsi daha məqsədəuyğundur. Biz də buna yardım göstəririk”.

Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri İntiqam Soltan əlavə edib ki, Azərbaycanda teatrlara meyl yoxdur ifadəsi düzgün deyil: “Biz Lənkəranda təşkil etdiyimiz bir festivalla bağlı elanlar payladıq. Sabahı gün mənə məlumat verildi ki, açıq kassadan 73 uşaq, 49 valideyn bilet alıb. Təxminən 130 nəfərə yaxın şəxs bilet alıb tamaşada iştirak edib. Belə olan halda necə demək olar ki, teatra meyl yoxdur?”.

İ.Soltan vurğulayıb ki, məktəblərə teatrların girişi bərpa edilməli, qadağa aradan qaldırılmalıdır.

Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) sədri İlham Məmmədzadə çıxışında bildirib ki, bu sahədə dünyada olmayan şəffaflığı yaratmaq üçün belə bir təşkilat yaratdıq: “Düşünürük ki, Azərbaycanda olan mətbuat katibləri, ictimaiyyətlə əlaqələr mütəxəssisləri bir mərkəzdə birləşərək bu sahədə inkişafı və maarifləndirməni təmin edə biləcək. Teatrlara marağın artmasında ictimaiyyətlə əlaqələr mütəxəssislərinin üzərinə böyük yük düşür”.

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov qeyd edib ki, teatrın cəmiyyəti qəflət yuxusundan ayıldıb və xalqın formalaşmasında, elmə, mədəniyyətə, gələcəyə irəliləməsində çox böyük rolu olub: “Bu gün Azərbaycanın qabaqcıl bir xalq olmasında teatr mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, teatra az gedirik, çox da maraqlanmırıq. Bu cür mövzulardan çıxış etmək sevindiricidir. Deməli, xalqda maraq yaratmağa çalışanlar və bunun üçün səy göstərənlər var”.

 

 

 

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir