Ana səhifə » Persona » Müsahibə » “Əsa” Teatrı Amerikanı təəccübləndirib

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Xəbər
İyul 5, 2019

Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Xəbər
İyul 5, 2019

Yubiley mövsümü başa çatır…

Xəbər
İyul 4, 2019

Sumqayıt Dövlət Dram Teatrında mövsümü mükafat təsis edilib

Resenziya
İyul 4, 2019

Şarpantye, musiqini ver! Buyurun teatra                     

Xəbər
İyul 3, 2019

Lənkəran teatrı İrana festivala gedir

Xəbər
İyul 3, 2019

Əməkdar artist ürəyindən əməliyyat olunub

Xəbər
İyul 3, 2019

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

Müsahibə
İyul 2, 2019

BİR GƏNCİN MANİFESTİ, YAXUD İKİ GƏNCİN DİALOQU

Müsahibə
İyul 2, 2019

Asiman Ağa Rövşən – “Məşhurluq mənə çox lazım olacaq”

Xəbər
İyul 2, 2019

21 illik “Kontrabas” bu dəfə ABŞ-a səfərə gedir

Xəbər
İyul 2, 2019

“Dovşanın ad günü”nə hazırlaşanlar

Xəbər
İyun 24, 2019

Şukinçi tələbələrimizin Bakı qastrolu başlayır

Mövqe
İyun 24, 2019

Fəridə Cəlilova – İKİ DÜNYANIN GÖRÜŞDÜYÜ YER ― QAZAN: TÜRK EPOSUNU XATIRLADAN FESTİVAL

“Əsa” Teatrı Amerikanı təəccübləndirib

Xəbər verdiyimiz kimi, “Əsa” Teatrı hazırda ABŞ-da ölkəmizi təmsil edir. Ötən günlərdə teatrın rəhbəri, rejissor Nihad Qulamzadə Amerika konqresinin üzvü Mark Amodei tərəfindən “Konqres mükafatı”na layiq görülüb.
Biz də TeatrO.az sənət portalı olaraq teatrın meneceri Nicat Qulamzadə ilə əlaqə saxlayıb, bu barədə ətraflı məlumat aldıq və kollektivin gələcək yaradıcılıq planları ilə maraqlandıq.
Nicat Qulamzadə qeyd etdi ki, “Böyük nüzufa malik “Açıq dünya” proqramı ABŞ-da 1999-cu ildə təsis olunub. Bu il 2-12 may tarixlərində “Əlilliyin müdafiəsi, islahatlar və incəsənət” mövzusunda keçirilən proqrama Azərbaycan ilk dəfədir qoşulub. Bu proqram çərçivəsində dünyanın müxtəlif ölkələrindən 200-dən çox insan iştirak edir. Azərbaycanı təmsil edən beş nəfərlik heyət içində “Əsa” Teatrı da var. Teatrımızın Amerika səfəri ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə baş tutub. Kollektivimizin ABŞ-da iştirak etdiyi görüşlərdə məlum olub ki, Amerikada, əslində, sosial sfera, inklüzivlik sahəsində hər hansı bir problem olmasa da, bu cür peşəkar səviyyədə teatr yoxdur. Onlar yalnız dərnək səviyyəsindədir. Bu səbəbdən də Konqresdə Qafqazda, məhz Azərbaycanda ilk dəfə professional səviyyədə əlilliyi olan insanları incəsənətə adapdasiya edən, onları yönəldən, peşəkar səhnəyə çıxardan belə böyük bir teatrın mövcud olması çox təəccüblə qarşılanıb. Qarşıdakı günlərdə “Əsa” Teatrının özünün böyük bir layihəsinin təqdimatı olacaq. Bu böyük bir sosial biznes layihəsidir. Minlərlə fiziki məhdudiyyətli insanı mədəniyyətə, incəsənətə adaptasiya etməyi nəzərdə tutan layihə təkcə Bakını deyil, Azərbaycanın digər bölgələrini də əhatə edəcək. Teatrımız bu layihə ilə Amerikalı investorların qarşısında çıxış edib, onları Azərbaycana həmin layihəyə cəlb etmək istəyir.Mükafata gəlincə, qısacası onu bildirmək istəyirəm ki, “Konqres mükafatı” yalnız gənclərə və hər hansı bir sahədə fəqlənən, yenilik edən şəxslərə təqdim olunur. Bu il həmin mükafat “Açıq dünya” proqramı çərçivəsində yalnız bir neçə şəxsə verilib. Sevindirici haldır ki, onların arasında “Əsa” Teatrının kollektivi də var. Bu konqresin yeganə mükafatıdır və Nihat Qulamzadəyə Mark Amodei tərəfindən şəxsən təqdim olunub.
Belə bir teatrın qısa zaman çərçivəsində necə ərsəyə gəlib uğur qazanması da Amerikada böyük maraq doğuran məsələ olub. Teatrın təsisçisi Nihad Qulamzadə tərəfindən Azərbaycanın ən böyük teatr səhnəsi Opera və Balet Teatrı səhnəsində oynanılan “Siçanlar və adamlar” tamaşamız barədə səslənən fikirlər Amerika nümayəndələri və qonaqlar tərəfindən maraqla dinlənilib.
Əlavə olaraq onu da qeyd etmək istərdim ki, hazırda “Əsa” Teatrının aktyorları yeni əsər üzərində məşq edirlər. Bu barədə yaxınlarda ətraflı açıqlama verəcəyik. Sadəcə olaraq, ilk olaraq sizin sayta məlumat vermək istərdim ki, bu dəfə yerli dramaturgiyanın şah əsərlərindən birinə müraciət etmişik”.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir