ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrı iyulun 6-da cari teatr mövsümünün paytaxt Bakıdakı son tamaşasını nümayiş etdirib. Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunan “Adamlar və siçanlar” tamaşası anşlaqla qarşılanıb. Tamaşanın nümayişindən əvvəl ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə inklüziv teatrının fəaliyyətini davam etdirmə çətinliklərindən və görülən işlərdən danışaraq bildirib ki, ƏSA Teatrını yaşadan tamaşaçıların sevgisi və rəğbətidir. Quruluşçu rejissorun tamaşaya əlavə etdiyi yeni interpretasiya tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. İnteraktiv şəkildə hazırlanan tamaşanın klassik üslubdakı versiyasından fərqi tamaşaçıların diqqətini daha çox çəkib. Qeyd edək ki, ƏSA Teatrının repertuarında olan “Adamlar və siçanlar” tamaşası teatr tarixində ilk dəfə film effektlərinin uğurla istifadə olunduğu tamaşa kimi yadda qalıb. Nümayişdən dərhal sonra tamaşaçılara gənc yazar Elman Süleymanovun “Üçüncü dünya müharibəsi” kitabı hədiyyə olunub. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailovdur. Rolları Elşən Əskərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz Qasımov, Cəmilə Məmmədli, Riad Sultanov, Fərid Əliyev, İmran Lələyev, Günay Məmmədova, Bəhram Rəhimli və Orxan Əliyev canlandırıb.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Fəridə Cəlilova – “Mehdi Məmmədov – 100” mövzusunda variasiyalar

Mehdi Məmmədovun quruluş verdiyi tamaşaları bilavasitə izləməyən nəsil bu gün, illər sonra böyük teatr xadiminin rejissor yaradıcılığı haqqında düşünərkən, ilk növbədə, gözünün qarşısında tərəddüd...

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Teatr bir məktəbdir. Kimisi bu məktəbdə zəif performans göstərdiyi üçün dərslərindən geridə qalır, kimisi də bu məktəbi əla qiymətlərlə bitirib istədiyi zirvəyə doğru yol...

Geriyə yolu olmayan kulisin mübarək!..

(xəfif hüznlü təbəssümlə...) Sən... ruhlarla “siz”lə danışmazlar. Hər şeyi burda qoyub Allah boyda SƏNin bir parçası olmaq necədi, görəsən?! Sən təptəzə həyatını, biz də köhnəlməkdə...

Recent

Dağlar Yusif – “Yoxluq-yoxluq oyunu: bir nəfəslik əsər-bəsər”

(lövhi-məhfuzdan oxunan kəlmələr) Yadındadı… Yadındadı, səndən soruşdum, bəs, K babanın vəziyyəti necədi?.. Cavab verdin ki, əşşi heç nə…ölüm ayağındadı… əsər-bəsər eləyir. Yadındadı?.. Təbii ki, yox…...

Paytaxt teatrlarının həftəlik repertuarı (28 fevral– 6 mart)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 28 Fevral N.V.Qoqol “Müfəttiş”, saat 12:00 1 mart C.Məmmədquluzadə “Ölülər”, saat 19:00 2 mart C.Məmmədquluzadə “Anamın kitabı”, saat 12:00 H.Mirələmov “Vəsiyyət”, saat 19:00 3 mart Elçin...

Hüseynağa Atakişiyev – 70

Ömrün “Qətl günü”ndən “Qara qutu”yadək olan məsafəsi...