Mozaika Ər-Toğrul Kamalov, "Yoxsa"...

Ər-Toğrul Kamalov, “Yoxsa”…

-

TeatrO.az saytının “Yoxsa” 21 ekspress sual layihəsində rejissor Ər-Toğrul Kamalov:
1. Şərq, yoxsa Qərb? – Şərq, çünki, özünü qərb kimi aparır.
2. Teatr, yoxsa kino? – Teatr, çünki, kino montaj olunur.
3. Control, yoxsa delete? – Control, alt, delete – çünki, yenilənmək lazımdır.
4. Prodüser, yoxsa rejissor? – Prodüser, o vaxta qədərki, rejissorluqdan alacağım maliyyə ilə ailəmi saxlaya biləcəm.
5. Şou, yoxsa biznes? – Biznes, çünki, şou istəsən də istəməsəndə tvlərimiz yaradacaq!!! (gülür)
6. Komediya, yoxsa tragediya? – Tragediya, çünki, komediya tragik situasiyalarda yarananda daha maraqlı olur.
7. Materializm, yoxsa idealizm? – Materializm, idealizm mənlik döyül qərdeşim.
8. Aktyor, yoxsa rejissor? – Rejissor, prodüsedən az, aktyordan çox maaş alır deyə.
9. Forma, yoxsa məzmun? – Ooooo.. Forma – çünki, banisi mənəm!!!
10. Ölülər, yoxsa dirilər? – Dirilər, ölülər enerjisizdir!
11. Keçmişdən zəng, yoxsa qaibdən dürlü xəbər? – Keçmişdən zəng, orda qaibdən dürlü xəbər verirdilər.
12. Tənqid, yoxsa təbliğ? – Tənqid, əgər mədəni çərçivəni aşmayacaqsa.
13. Oyun, yoxsa ayin? – Oyun, çünki, ayin yaxşı olsaydı uşaqlar oynamazdılar.14. Hoqqu, yoxsa hoqqa? – Hoqqu, hoqqa cahil işidir.
15. Əl-Qəzəli, yoxsa Əl-Fərabi? – Əl-Fərabi, Əl-Qəzəli olmayan dünyada.
16. Mirzə Cəlil, yoxsa Qoqol? – Mirzə Cəlil, mənimdir axı, onunla kongenialıq.
17. Rassel Krou, yoxsa Rasim Balayev? – Rasim Balayev, Rassel Krounun xasiyyətin bilmirəm, amma Rasim müəllim yaxşı insandır.
18. Akira Kurosava, yoxsa Vaqif Mustafayev? – Vaqif Mustafayev dilindən Akira Kurosava, danışa onun haqqında qulaq asasan.
19. Ramiz Rövşən, yoxsa Füzuli? – Ramiz Rövşən, Füzuli qəlizdir. Anlamıram.
20. Dəmir Qapı Dərbənd, yoxsa Badi-Kubə? – Badi-Kubə!!! Dəmir Qapılar cansıxıcıdır.
21. V.İbrahimoğlu, yoxsa Stanislavski? – Vaqif İbrahimoğlu – Stanislavskiyə Allah rəhmət eləsin!!!

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Son yazılar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də onda ayıldıq ki, yeni mövsüm qapımızın kandarındadır. “Mən gəldim” –...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq. Tamaşa 5 sentyabr...

ADMİU-da “Boksçu” adlı tamaşa hazırlanıb

Sentyabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Nofəl Vəliyevin quruluşunda yapon müəllif Kobo Abenin "Zamanın uçurumu"...

Emin Əliyev – “Sözün rəqs etdiyi yer, yaxud Rəqs teatrı”

Rəqs teatrı deyəndə gözümüzün önünə kimlər gəlir? Pina Bauşun “Tanztheater”i, Hicikata Tatsumi və Ohno Kazuonun “Buto” rəqsi, “Sasha Valtz...

YUĞ Teatrı yeni mövsümə hazırdır

Sentyabr ayının 3-də YUĞ Teatrında yeni teatr mövsümünün başlanması ilə bağlı yığıncaq keçirilib. Tədbirdə Teatrın direktoru Əməkdar mədəniyyət işçisi...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün açılışı oldu

Sentyabrın 3-də Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib. Açılış münasibətiylə bir yerə toplaşan teatr kollektivi ötən mövsümün...

Çox oxunanlar

Xəyalə Rəis – “Sən istə, yetər”

Elə bil dünən mövsümlə vidalaşıb tətilə yollanmışdıq, bir də...

Şah Mat Teatrının “Stullar”I

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü...
- Advertisement -

Oxumaq məsləhət görülürOxşar yazılar
Sizin üçün seçdik