Ana səhifə » Xəbər » Ən məhsuldar teatrşünas

Son yazılar

Müsahibə
May 10, 2019

“Bermud üçbucağı”nda – Gülşad Baxşıyeva

Afişa
İyun 13, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (13 iyun – 20 iyun)

Müsahibə
İyun 13, 2019

Dağlar Yusif – “dOM” Teatrından reportaj: ”Bu şəxsən mənimçün təzə deyil”

Xəbər
İyun 13, 2019

Bəsti Cəfərova – 60 yaş

Xəbər
İyun 13, 2019

“Leyli və Məcnun” operasının növbəti tamaşası keçiriləcək

Xəbər
İyun 12, 2019

Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

Xəbər
İyun 12, 2019

Azərbaycanlı rejissor dünyaya səs salan layihəyə imza atdı

Xəbər
İyun 11, 2019

Akademik Musiqili Teatrda ənənəvi mükafatlandırma olacaq

Xəbər
İyun 10, 2019

“Kubinka” tamaşasının premyerası baş tutacaq

Xəbər
İyun 9, 2019

Rus Dram Teatrı “Tənhalığın komediyası”nı təqdim edib

Xəbər
İyun 8, 2019

“dOM” Teatrı “Tuğanlıq” festivalında mükafat qazanıb

Persona
İyun 7, 2019

Aydın Talıbzadə – “SFİNKS VƏ KONTRABAS”

Xəbər
İyun 7, 2019

Nəsimiyə həsr olunmuş tamaşa Dərbənd qalasında

Xəbər
İyun 7, 2019

Teatrlarda PR işinin təşkili mövzusunda dəyirmi masa keçirilib

Xəbər
İyun 7, 2019

“Qızıl balıq” tamaşasının premyerası oldu

Xəbər
İyun 7, 2019

“Sonuncu”nun kinoversiyası çəkilir

Xəbər
İyun 7, 2019

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Mövqe
İyun 6, 2019

Bayram kimi festival

Xəbər
İyun 5, 2019

YUĞ Dövlət Teatrı bu gün “Novruz” Festivalında çıxış edəcək

Xəbər
İyun 5, 2019

Uşaqların üzünü güldürən festival

Xəbər
İyun 5, 2019

Serbiya, Özbəkistan və Azərbaycan opera ulduzları birgə çıxış edəcəklər

Xəbər
İyun 2, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı ikinci gününü başa vurdu

Xəbər
İyun 2, 2019

Lənkəran Teatr Festivalının birinci günü başa çatdı

Mövqe
May 30, 2019

Aynurə Mustafayeva – Niyə biz yaxşı dram yarada bilmirik?!

Xəbər
May 30, 2019

LƏNKƏRANDA I BEYNƏLXALQ TEATR FESTİVALI KEÇİRİLƏCƏK

Müsahibə
May 30, 2019

Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

Xəbər
May 29, 2019

I Lənkəran Beynəlxalq Teatr Festivalı keçiriləcək

Persona
May 29, 2019

Aygün Aslanlı – Sükutunu pozmayan İNSAN…

Xəbər
May 28, 2019

Akademik Musiqili Teatrı işə qəbul elan edir (R)

Xəbər
May 27, 2019

“Boy çiçəyi” tamaşası İlyas Əfəndiyevin 105 illik yubileyinə həsr olunub 

Xəbər
May 26, 2019

Səhnə “Bizim Don Kixot”undur

Ən məhsuldar teatrşünas

21 may 2019-cu il tarixində saat 12.00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpsunda yerləşən Elmi Şura otağında sənətşünaslıq üzrə elmlər doktoru, professor İlham Rəhimlinin kitablarının təqdimatı keçirilib.

Universitetin professor-müəllim heyətinin, tələbələrin və media nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan teatrının canlı ensiklopediyası İlham Rəhimlinin 5 cildlik “Azərbaycan teatr tarixi”, 3 cildlik “Səhnə fədailəri”, 3 cildlik “Azərbaycan teatr ensiklopediyası”,  “Gəncə teatrı”, “Azərbaycan dramaturqlarının əsərləri Akademik Milli Dram Teatrında” kitabları, həmçinin “Abbas Mirzə Şərifzadə”, “Ağasadıq Gəraybəyli”, “Mustafa Mərdanov”, “Kazım Ziya”, “İbrahim Həmzəyev”, “Həsənağa Turabov”, “Məmmədrza Şeyxzamanov”, “Mehdi Məmmədov”, “Mərziyə Davudova”, “Nəsibə Zeynalova”, “Fatma Qədri”, “Barat Şəkinskaya”, “Rza Təhmasib”, “Hökümə Qurbanova” və “Habil Əliyev” monoqrafiyaları təqdim olunub.

Təqdimat mərasimini giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bütün həyatını Azərbaycan teatr tarixinin araşdırılmasına həsr etmiş tanınmış teatrşünas İlham Rəhimlinin Azərbaycan mədəniyyəti və elmi üçün böyük xidmətləri olduğunu qeyd edib. “İlham Rəhimli 3 cildlik “Azərbaycan teatr ensiklopediyası”nı, 5 cildlik “Azərbaycan teatr tarixi”ni yazmaqla böyük bir elmi kollektivin işini təkbaşına görüb. Arxivlərdə işləyən adamlar bilirlər ki, bu necə böyük bir zəmətdir. Arxivlərdə saralmış vərəqlər arasında illərlə tədqiqat apararaq, tarixi faktları toplamaq, sistemləşdirmək və teatr tarixinin dolğun mənzərəsini yaratmaq olduqca mürəkkəb və dəyərli bir işdir. Bu ağır zəhmətin altına girmək insandan böyük fədakarlıq və teatr sənətinə qarşı tükənməz sevgi tələb edir.

İlham Rəhimli təkcə teatr tarixini deyil, bütünlükdə Azərbaycan mədəniyyətini tarixini dərindən bilən bir alimdir.

Onun tələbələri çox xoşbəxtdir ki, belə bir ensiklopedik biliyə malik alimdən dərs alırlar. Çox arzulayardım ki, tələbələrimiz zəhmətsevərliyi və teatr sevgisini İlham müəllimdən nümunə götürsünlər”.

Sonra çıxış edən Elm və yaradıcılıq işləri üzrə prorektor, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə tələbəlik dostu İlham Rəhimlinin arxivlərdə işləməkdən yorulmadığını, teatr tarixinə dair hər bir faktı həvəslə araşdırdığını və yazdığı kitablarla Azərbaycan teatr tarixinin qaranlıq məqamlarına işıq saldığını qeyd edib. “İlham Rəhimlinin tarixi tədqiqat əsərlərində, demək olar ki, milli teatr tarixinin yaranma dövründən müasir zamanadək olan böyük bir zaman kəsimi əhatə olunub. Onun qələmindən çıxmış dəyərli əsərlər, o cümlədən bu gün ictimaiyyətə təqdim olunan kitablar milli teatr sənətinin yaranma və inkişaf tarixinin, müxtəlif mövcudluq mərhələlərinin mənzərəsini daha aydın şəkildə rəsm etməyə imkan verir. Təqdirəlayiq haldır ki, İlham Rəhimli öz yaradıcılığında ölkəmizin hüdudlarından kənarda mövcud olmuş Azərbaycan teatrlarının fəaliyyətini də diqqətdən kənarda qoymur. Teatrşünas-alimin istər “Aşqabad Azərbaycan teatrı”, “Tiflis Azərbaycan teatı”, “Təbriz Azərbaycan Teatrı” kimi monoqrafiyalarında, istərsə də milli teatr sənətinin tarixinə həsr olunmuş digər tədqiqat əsərlərində ölkəmizdən kənarda yaranmış teatr truppalarının fəaliyyəti də ətraflı şəkildə işıqlandırılır. İlham Rəhimlinin teatr tarixinin ən müxtəlif problemlərinə həsr olunmuş tədqiqat əsərlərini oxuyarkən, diqqəti cəlb edən ümumi təsəvvür və mülahizələrlə yanaşı, teatr hərəkatı və sənətinə dair bir çox maraqlı məsələlər, konkret hadisələr, ayrı-ayrı tamaşalar, aktyor sənətkarlığı, qastrol səfərləri, ideya-yaradıcılıq münaqişələri və sair haqqında qiymətli məlumat əldə etmək olar.

İlham Rəhimlinin əsas özəlliyi odur ki, o, təkcə teatrdan yazmır. O, Azərbaycan incəsənətinin bütün sahələrini əhatə edən çox dəyərli kitabların müəllifidir. Onun kitabları təkcə tələbələr, gənc tədqiqatçılar üçün deyil, elə bizim özümüz üçün də qiymətli bir məxəzdir. İlham Rəhimli 98 kitabın müəllifidir. iki kitabı da çapa hazırlanır. Onun gecə-gündüz işləmək qabiliyyətinə, yaxşı mənada, qibtə edirəm. O, eyni zamanda, fenomenal yaddaşa sahibdir, heç nəyi unutmur. Bu, ona ilahidən verilən xüsusiyyətdir. Nə gözəl ki, İlham Rəhimli ilahinin verdiyi bu xüsusiyyətləri Azərbaycan teatrının təbliğinə yönəldib”. Məryəm xanım onu da qeyd edib ki, bugünkü tələbələrin əlində milli teatr tariximizə dair istənilən qədər material var və onlar Azərbaycan teatrının tarixini fərqli aspektlərdən araşdırmaqda çətinlik çəkməyəcəklər. “Teatrşünaslıq” kafedrasının müdiri professor Aydın Talıbzadə də İlham müəllimin müəllifi olduğu monoqrafiyaları, o cümlədən “Azərbaycan teatr ensiklopediyası”nı yüksək qiymətləndirib: “İlham Rəhimli Azərbaycan teatrının tarixini öyrənib, araşdırıb və öz kitablarına daxil edib. O, həddindən artıq zəhmətsevər insandır”. Teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov vurğulayıb ki, İlham Rəhimlinin uzun illərin zəhməti hesabına ərsəyə gətirilən əsərləri əsasında milli teatr tariximiz ən dərin qatlarına qədər araşdırılıb. Teatr tarixinin istənilən dövründə baş vermiş hər hansı bir sənət olayı, tamaşa, teatr və s. haqqında tam, dolğun və səhih informasiya əldə etmək üçün, ilk növbədə, İlham Rəhimlinin əsərlərinə nəzər salırıq. Çünki İlham Rəhimlinin tədqiqat əsərləri, demək olar ki, səhnə sənətimizin bütün tarixi dövrlərini, bütün problemlərini əhatə edir. Buna görə də İlham Rəhimlinin adı çəkilən və çəkilməyən onlarla kitabı, monoqrafiyası sonrakı teatrşünas nəsli üçün mənbə rolunu oynayacaq. “İlham Rəhimli hər zaman məhsuldar teatrşünas olub. Artıq İlham Rəhimlinin tədqiqatları o qədər çoxdur ki, biz elektron mənbələrdə və kitabxanalarda teatrla bağlı istənilən mövzunu araşdırarkən qarşımıza məhz onun kitabları çıxır”. Rektorun humanitar məsələlər üzrə müşaviri professor Aqşin Babayev, yazıçı-dramaturq Əli Əmirli, İlham Rəhimlinin bir neçə kitabının redaktoru olmuş teatrşünas Atababa Hacıbabayev, universitetin Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru professor Gülşən Əliyeva, elmi katibFatimat Məmmədova və Teatr sənəti fakültəsinin 2-ci kurs tələbəsi Elvin Nuri İlham Rəhimlinin kitablarını yüksək qiymətləndirərək, böyük zəhmətlə və yüksək peşəkarlıqla ərsəyə gətirdiyi Azərbaycan teatrının tarixinə həsr olunmuş tədqiqat əsərlərinin milli teatr tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Çıxış edənlər İlham Rəhimliyə cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıblar.

Tədbirin sonunda İlham Rəhimli əsərlərinin təqdimat mərasiminin təşkil olunmasına görə başda rektor olmaqla ADMİU-un rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkür edib və kitablarının bir neçə komplektini Universitetin kitabxanasına bağışlayıb.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir